11 iy 11:07olke

“Məncə, “Olimpiya” “Qarabağ”ı mübarizədən kənarlaşdıracaq”

“Məncə, “Olimpiya” “Qarabağ”ı mübarizədən kənarlaşdıracaq”
“Futbol+”in sualı Vobayı özündən çıxardı
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Olimpiya” azərbaycanlı futbolsevərlər, xüsusən də “Neftçi” azarkeşləri üçün tanış komandadı. Düzdü, indiyə qədər Azərbaycana səfər etməyiblər. Nə də hansısa yığma üzvü bu komandanın şərəfini qoruyub. İş burasındadı ki, vaxtilə “Xəzər Lənkəran”la “Neftçi”nin şərəfini qoruyan və oyunu ilə rəğbət qazanan Culius Vobay ölkəmizi tərk edəndən sonra məhz Sloveniyaya üz tutmuşdu. 2016/17 mövsümünü Lyublyana təmsilçisinin heyətində keçirən Syerra Leone yığmasının üzvü “Olimpiya”da əsas heyət üzvü olmağı bacarmışdı. Hər halda, bir mövsümdə 33 oyunda meydana ayaq basması belə düşünməyə əsas verir.
Təbii, Vobayın “Olimpiya”dan ayrılmasının üstündən bir il keçib. Və bu dönəmdə klubda, komandada çox şey dəyişib. Amma bir çox məqamlar var ki, zaman ötsə də, onlar dəyişmir. Dünən əlaqə saxladığımız Culiusla söhbətdə ”Olimpiya“ və “Qarabağ” mövzusunda danışdıq.
- Xeyli vaxtdı səs-sorağın gəlmir. Haralardasan?
- Vətənimdə - Syerra Leonedəyəm. Hazırda millinin düşərgəsində məşqlərimi davam etdirirəm.
- İnternet qaynaqlarında klubsuz olduğun üzə çıxır...
- Ötən il “Olimpiya”dan ayrılandan sonra bir müddət gözləməli oldum. Düzünü desəm, istirahətə ehtiyacım vardı. Bir az dincəldikdən sonra dəvət gözləsəm də, artıq gec idi. Çünki komandaların çoxu heyətini komplektləşdirmişdi. Bəzi agentlərdən təkliflər alsam da, həmin komandaların və çıxış etdikləri çempionatların səviyyəsi xoşuma gəlmədi. Mən oynamaq xatirinə oynamaq istəmirəm. Karyeramı davam etdirmək haqda düşünürəmsə, həmin komandanın məqsədi olmalıdı. Ona görə də hələ ki gözləyirəm.
- 34 yaşını tamamladın. Olmaya getmək vaxtı çatıb?
- Heç yerə getmək fikrim yoxdu (əsəbləşir). Siz məni qocalmış düşünürsüzsə, dünya çempionatında çıxış edənlərin yaşlarına baxın. 36-38, hətta 40 yaşında oynayanlar var. Sağlıq olsun, hansısa komandayla müqavilə bağlayım, onda baxarıq kim qocadı, kim cavan.
- Niyə əsəbləşirsən?
- Əsəbləşmirəm. Siz sual verdiz, mən də cavab verdim. Deməyim odu ki, bundan sonra daha 2-3 il oynamağa istəyim və gücüm var.
- “Xəzər Lənkəran”la “Neftçi”nin heyətində keçirdiyin unudulmaz illərdən sonra Avropaya üz tutdun. Maraqlıdı, bu dönəmdə Azərbaycan klublarından təklif göndərən olub?
- Eşitməmişəm, görməmişəm. Yəqin ki, xidmətimdə maraqlı olsaydılar, əlaqə saxlayardılar.
- Özün necə, karyeranı Azərbaycanda davam etdirməkdə maraqlısan?
- Yaxşı komanda olsa, niyə istəməyim?! Vaxtilə oynadığım çempionatdı, futbolçuların çoxunu tanıyıram, Bakını da özümə doğma bilirəm.
- Avropa futbolu ilə maraqlanırsan?
- Əlbəttə. Guya başqa nə işim var? Bütün gün futbollara baxıram, nəticələrlə maraqlanıram.
- Vaxtilə şərəfini qoruduğun “Olimpiya”nın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin kimliyindən xəbərdarsan?
- Çox çətin sual oldu (uca səslə gülür). Əlbəttə, bilirəm. “Qarabağ”la oynayacaqlar.
- Püşkün nəticələri bilinəndən sonra bir anlıq “kaş “Olimpiya”nın heyətində “Qarabağ”a qarşı oynayaydım və ya əksinə” şəklində düşündün?
- Təbii, belə olmasını çox istərdim. Çünki hər iki ölkədə məni tanıyırlar. Fikrimcə, maraqlı olardı. Amma arzulamaqla heç nə olmur. Reallığı sevən adamam.
- “Olimpiya” necə komandadı? Üstün və zəif keyfiyyətləri haqda nə deyə bilərsən?
- Sürpriz etməyi və futbol oynamağı bacaran yaxşı komandadı. Savadlı məşqçiyə və səviyyəli futbolçulara sahibdilər. Üstün və zəif keyfiyyətləri haqda danışa bilməyəcəm. Çünki mən futbol mütəxəssisi yox, karyerasını davam etdirən futbolçuyam. Ona görə də bu haqda nəsə deməyi etik cəhətdən düzgün saymıram. Özünüz hər şeyi görəcəksiz. Son 3 ildə “Maribor”u iki dəfə qabaqlayıb Sloveniya çempionu ola biliblərsə, deməli, nəsə var.
- Atletik futbola üstünlük verirlər, yoxsa daha çox topa nəzarət edirlər?
- Hər ikisini yaxşı bacarırlar. Bir çox futbolçuların fiziki hazırlığı yüksəkdi. Eyni zamanda texnikalı futbol oynayırlar. Mənim nəsə deməyimlə iş bitmir. İlk oyuna baxıb özünüz qiymət verərsiz. Ondan sonra oxucular üçün maraqlı yazılar da hazırlayarsız.
- Səncə, cütün favoriti kimdi?
- Futbol sürprizlərlə doludu. Dəqiq nəsə demək olmur. Amma şəxsi fikrimi bilmək istəyirsizsə, məncə, “Olimpiya” “Qarabağ”ı mübarizədən kənarlaşdıracaq. Mənim favoritim “Olimpiya”dı.
- “Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının qrupunda oynadığını bilirsən?
- Əlbəttə, bilirəm. Dediyim kimi, futbol sürprizlərlə doludu. Heç də hər zaman güclü gördüyümüz qalib gəlmir. Siz sual verdiz, mən də düşündüyümü dilə gətirdim.
- Təhlükəli oyunçuları kimdi?
- Əsas heyətdə yer alanların hamısından təhlükə gözləməyə dəyər. Hər biri seçilərək “Olimpiya”ya cəlb olunan futbolçulardı. İliç təcrübəli və güclü futbolçudu. İssah isə gənc olsa da, olduqca təhlükəlidi. Sürətlidi və yaxşı zərbələrə malikdi.
- İki klubun büdcəsi arasında fərq çoxdu? Səncə, maliyyə baxımından hansı daha yüksəkdə dayanır?
- Bu suala cavab verməyim mümkün deyil. Çünki “Qarabağ”ın durumundan xəbərim yoxdu. Bilirəm ki, yaxşı futbolçular alırlar, həmçinin satırlar. Amma nə qədər maaş təklif etdiklərindən xəbərdar deyiləm. “Olimpiya”dakı vəziyyət isə Avropa səviyyəsinə görə yaxşıdı. Belə deyim, hər ikisi imkanlı klubdu.
- “Olimpiya”nın azarkeşləri haqda nə deyə bilərsən?
- Komandalarına inanılmaz dəstək verirlər. Çox fəaldılar, rəqibi təzyiq altında saxlamağı bacarırlar. “Olimpiya” onların dəstəyi altında daha inamlı oynayır.
- Stadion dolacaq?
- Mütləq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar