11 iy 10:38olke

“Vətən”də rüsvayçılıq: futbolçu futbolçunu döyüb, ayaqqabısını yaladıb

“Vətən”də rüsvayçılıq: futbolçu futbolçunu döyüb, ayaqqabısını yaladıb
Aşağı yaş qrupları üzrə komandalarda qalmaqallarla tez-tez rastlaşırıq. Nəzarət güclü olmadığından bəzi məşqçi-müəllimlər səlahiyyət həddini aşaraq, vəziyyətdən sui-istifadə edirlər. Gah qeyri-qanuni olaraq, valideynlərdən pul yığırlar (ezam, inventar, geyim və s. üçün), gah da sərəncamındakı uşaqlara zor tətbiq edir, onları döyür-söyür, alçaldırlar. Buna bənzər hadisə nüfuzlu futbol məktəblərindən sayılan “Vətən”də baş verib. Femida.az saytında çalışan həmkarımız Günay Arda “feysbuk” səhifəsində bunları yazıb: “Dostluğumda olan idman müxbirlərinin diqqətinə: “Vətən” Futbol Məktəbinin "müəllim"i Samir Əbdürrəhmanovun hoqqalarından agah olun. Deməli, uşaqlar döyülür, təhqir olunur, sonra da videoya çəkilib uşaqların arasında yayılır. Müəllim də “uşaqlar arasında olar. Heç nə olmaz” deyir. Hələ deyir, Vaqif Sadıqovun bacısı oğluyam, nağaracaqsız maa?”
Jurnalist “Vətən”də çıxış edən övladı zorakılığa məruz qaldığına görə prokurorluğa şikayət edəcəyini də qeyd edib. O vurğulayıb ki, Rəsul adlı futbolçu oğlunu döyüb və sonra ayaqqabısını öpdürərək videoya çəkib. Uşaq əvvəlcə valideynlərinə bu hadisəni danışmayıb. Məlum olayın video görüntüləri yayıldıqdan sonra hadisə üzə çıxıb.
Dünən olayın təfərrüatına aydınlıq gətirmək üçün əvvəlcə zərəçəkmişin mövqeyini öyrəndik. Döyülən uşağın anasıyla əlaqə saxladıqda məsələylə bağlı ölçü götürüldüyünü öyrəndik: “Təhqir edən uşaq klubdan çıxarıldı. İndi iclasdan gəlirəm. Rəsulun valideynləri üzr istədi. Amma oğlumun orda futbola davam etməsini istəmirəm. Uşağı ordan çıxaracam. Çunki bu məsuliyyətsizlikdən sonra artıq qorxuram. Oğlum Ardanın 8, Rəsulun 11 yaşı var. Bizi dəhşətə gətirən məsuliyyətsizlikdi. Bu məsələ gizlədilib bizdən. Başqa uşaqların ələ salması açıb məsələni. Bizə deyildi ki, uşağınıza ayaqqabı öpdürüb, videosunu yayırlar. Yoxsa uşaq qorxusundan sona kimi demirdi. Mən hələ belə dəhşət yaşamamışdım. Gözümün qabağına gələndə ürəyim partlayır. Bu hadisə Minskdə yarışda olanda baş verib. Rəsulla Arda bir otaqda qalıb. Komanda dünən (iyulun 8-də) qayıdıb. Samir hadisədən orda xəbər tutub. Əslində Ardanın atası, bacısı da orda idi. Amma uşaq başqa otaqda qalıb. Başqa uşaqlar Bakıya çatanda deyib ki, oğluna ayaqqabı yaladıb, döyüb videosunu çəkib, indi də hamıya göstərir. Valideynlər də görüb, müəllim də. Amma müəllim nə məlumat verib, nə də ölçü götürüb. Komanda geri qayıdandan sonra məşqçiyə zəng elədim. Məni “vatsap” qrupundan da çıxardı. Dedi ki, heç nə edə bilməzsiz. Vaqif Sadıqovun bacısıoğluyam. Ancaq mən dünən status yazandan, işə media qarışandan sonra iclas çağırıldı. Allah hamınızdan razı olsun. Oğlum orda qalmayacaq. Ancaq cəzasızlıq olsaydı, uşagımın aldığı zərbəni sağalda bilməzdim. İclasda “Vətən”in rəhbərliyindən heç kim yox idi. Ancaq məşqçi və valideynlər idi. Rəsulun valideynləri üzr istədi. Həmin uşaq artıq “Vətən”dən uzaqlaşdırılıb. Bu olaydan Təhsil Nazirliyi və AFFA-nın da xəbəri var. Gerisi bizim ixtiyarımızda deyil. Yenə deyirəm, media olmasaydı, yenə də ört-basdır olacaqdı”.
Daha sonra Samir Əbdürrəhmanovun fikirlərini öyrəndik. Müxtəlif klublarımızda oynamış, hətta yığmamızın şərəfini qorumuş veteran futbolçu fərqli fikirlər səsləndirdi. Məşqçi günahının olmadığını və Günay xanımın ona böhtan atdığını söylədi: “Sizə təşəkkür edirəm ki, mənimlə əlaqə saxladız. Çünki bəzi mətbuat orqanları həqiqəti əks etdirməyən şeylər yazır. Bütün jurnalistlərə böyük hörmətim var. Ancaq istərdim ki, ən azı mənimlə əlaqə saxlayıb, daha ətraflı informasiyanı məndən alardılar. Belarusun paytaxtı Minskdə keçirilən turnirə qatıldıq. U-11 komandasıyla getdik. Otaqda uşağın biri digərinin ayaqqabısını yalayıb. O da bunu videoya çəkib. Bundan xəbər tutan kimi iclas keçirdim və hadisəni çəkən uşağı (Rəsulu nəzərdə tutur – S.) tənbeh elədim. Komandanın qarşısında üzr istədi. Dedim ki, komandada belə şeylər yolverilməzdi və Azərbaycana qayıdandan sonra daha geniş tədbirlər görəcəm. “Valideynin burda olmadığı üçün xəbərdarlıqla kifayətlənirəm. Tədbirimi ölkədə görəcəm” söylədim. Amma həmin iclasda Arda yox idi. Atası məndən icazəsiz uşağı götürüb, şəhərə gəzməyə getmişdi. Buna baxmayaraq, iclası keçirdim və həmin video kimdə vardısa, onu sildirtdim. Rəsula onun haqda ölçü götürəcəyimi dedim. Ertəsi gün səhər vətənə qayıtmaq üçün hava limanına yollananda Ardanın valideyni arxadan Rəsulu vurmaq istəyəndə onun qarşısını aldım. Bunun yolverilməz olduğunu və həmin uşaqla bağlı ölkəyə qayıtdıqdan sonra tədbirlər görüləcəyini dedim. Dünən vətənə qayıtdıqdan sonra Ardanın anası zəng elədi. Media ilə əlaqələrinin olduğunu və “belə edəcəm, elə edəcəm” söylədi. Mənə şər-böhtan atmaqla məşğuldu. Ona səbirli olmasını və ertəsi gün iclasda hər şeyin yoluna qoyulacağını dedim. Bir məşqçi kimi üzərimə düşən işi görmüşəm. Bu gün iclas keçirdik. Rəsul durub hamının qarşısında üzr istədi və komandadan da kənarlaşdırıldı. Mən pedaqoqam və buna yol verə bilməzdim. “Vətən” Futbol Məktəbində uğurlarım var. U-11 ilə ölkə çempionu olmuşam. Sadəcə, böhtanla uğurlarıma kölgə salırlar. Bu gün iclasda Günay xanıma da bunu dedim. Bəzi saytlar qarşı tərəfin mövqeyini öyrənmədən ağızlarına nə gəldi, yazırlar...
Bu turnirə əslində seleksiya üçün yollanmışdıq. “BakuCity” adıyla getmişdik. Bu, bir növ hazırlıq qrupuydu. “Vətən” Futbol Klubuna əsas seçimlər sentyabrda başlayacaq. Ancaq bu yarışda uşaqları sınaqdan keçirdim. Nəticə üçün Minskə yollanmamışdıq. Orda çoxlu komanda var idi. Hətta “Şaxtyor”un U-11 komandasına qalib də gəldik”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar