10 iy 17:51olke

Qadzenin işə yanaşması Ayxan Abbasovu qane etmirmiş

Qadzenin işə yanaşması Ayxan Abbasovu qane etmirmiş
Bum isə karyerasını daha çox qazanacağı ölkədə davam etdirmək istəyir
Avroliqaya vəsiqə qazanmaq şansını son anda əldən verən “Zirə” növbəti mövsümə hazırlığını davam etdirir. Beynəlxalq arenalardan kənarda qalmaq bir tərəfdən komanda üzvlərinə pis təsir etdisə, digər yandan xeyirlərinə olmalıdı. Baş məşqçi mövsüm ərzində gördüyü əyər-əskikləri aradan qaldırmaq üçün əla imkan qazanıb. Bu müddətdə problemlər üzərində çalışmalı, ideyalarını ortaya qoymalıdı. Təbii, ən vacib məqam heyətin gücləndirilməsidi.
Bir neçə aparıcı legionerlə yolları ayıran qəsəbə təmsilçisi hələ ki boşluqları doldura bilməyib. Əsas heyətdə möhkəmlənə bilməyən Viktor İbokoyinin gedişi gözlənilən idisə, oynadığı futbolla məşqçilər heyətini razı salan Milan Duriçin ən böyük bəlası meydandakı intizamsızlığı idi. Məhz bu səbəbdən özünü böyük futbolçu sayan dayaq yarımmüdafiəçisi ilə yollar birdəfəlik ayrıldı. Gedənlər arasında Riçard Qadzenin olması isə olduqca təəccüblü qarşılandı. “Zirə”nin “vuran ayağı” sayılan “43 nömrə” çempionatın ilk yarısını pis keçirməmişdi. Hətta forvardın mövsümü bombardir kimi başa vuracağını düşünənlər də var idi. Bir ara Qadzenin daha iddialı kluba keçəcəyi, başqa ölkələrdən təkliflərinin olduğu da deyilirdi. Yola salınması isə boşuna deyilmiş. Riçardın yanvardan sonra məşqlərə və oyunlara həvəssiz yanaşması, konkretləşdirsək, bir neçə qarşılaşmada bilərəkdən zəif çıxış etməsi baş məşqçi və klub rəhbərliyinin səbr kasasını daşırıb. Maaşının artırılması üçün bu yola əl atan qanalı hücumçunun əməli “Zirə” başbilənlərinin xoşuna gəlmədiyindən, ona qapı göstərilib.
Klubla müqavilə müddətinin davam etməsinə baxmayaraq, hələ də kollektivə qoşulmayan Jozef Bumun əməli də təxminən eynidi. Bir müddət əvvəl ərəb ölkələrinin birindən yaxşı müqavilə təklifi alan müdafiəçi bu haqda rəhbərliyə məlumat versə də, komandanı tərk etməsinə icazə verilməyib. Bum hətta keçid qarşılığında öz cibindən müəyyən vəsait ödəməyə hazır olduğunu dilə gətirib. Di gəl ki, “Zirə”ni tərk etməsinə icazə verilməyib. Belədə təcrübəli futbolçu gah məşqlərə soyuq yanaşıb, gah da zədəsinin olduğunu əsas gətirərək, oyunlara çıxmaqdan boyun qaçırıb. Belə bəhanələrin də işə yaramadığını görüncə, çıxış yolunu toplanışa qatılmamaqda görüb.
Düzdü, klub rəhbərliyi məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət edib, Bumun cəzalandırılmasını, yaxud cərimələnməsini istəyir. Əldə etdiyimiz son məlumata görə isə buna ehtiyac duyulmayacaq. Çünki tərəflər arasında “körpü söhbəti” olub və belə qərara gəlinib ki, Bum başqa kluba keçməsi üçün “Zirə”yə lazım olan vəsaiti ödəsin. Qısası, kamerunlu müdafiəçinin karyerasını Azərbaycanda davam etdirməsi gündəmdə deyil. O daha çox maaş təklif edən klublardan birinə üz tutmaq istəyir.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar