10 iy 14:41olke

“Bayıl Arena”da dostluq qazandı

“Bayıl Arena”da dostluq qazandı
Şənbə günü axşama doğru əksəriyyət dünya çempionatının İngiltərə - İsveç oyununu izləyirdi. Ancaq həmin görüş davam edərkən “Bayıl Arena”da keçirilən qarşılaşmanı izləyənlər də vardı. Həmin gün “Səbail” yoxlama oyununda “Sabah”la qüvvəsini sınayırdı. Tribunalarda təxminən yüzə yaxın adam var idi. Klub rəsmilərinin, futbol adamlarının, futbolçuların yaxınlarının tribunada olması hardasa gözləniləndi. Ancaq yoxlama oyununa sıravi azarkeşlərin təşrif buyurması xoş sürpriz oldu. Bayıl sakinləri ara-sıra “Səbail”ə dəstək şüarları da səsləndirirdi…
Oyuna keçməmiş diqqətimizi çəkən bəzi məqamları nəzərinizə çatdıraq. “Sabah” təşkilati problemləri tədricən həll etməkdədi. Artıq klubun avtobusu hazırdı və komandanın ixtiyarına verilib. Elə çempionatda istifadə ediləcək formalar da. “Sabah” premyer-liqa və kubok oyunlarında “Macron” firmasından sifariş edilmiş göy köynək və ağ şort (səfərdə əksi olacaq) geyəcək. Debütant yoxlama oyununa tam hazır formada çıxmışdı. Qonaqlar adlarının və nömrələrinin yazıldığı geyimdə meydanda qaçırdısa, ev sahibləri haqda eyni sözləri deyə bilməyəcəyik. “Səbail” qara rəngli, adsız və nömrəsiz formalarda meydana çıxmışdı. “Sabah”ın kapitanı da diqqətimizi çəkdi. Baş məşqçi Elşad Əhmədov sarğını Kərim Diniyevə həvalə etmişdi. İkinci hissədə isə Diniyevin yoxluğunda sarğı Məqsəd İsayevin qolundaydı.
Əhmədov qapını Saşa Stamenkoviçə tapşırmışdı. Müdafiənin solunda Məqsəd İsayev, sağında Novruz Məmmədov, mərkəzində isə Filip İvanoviçlə Kərim Diniyev yer almışdı. Dayaqda Yosip Baliçlə Tərzin Cahangirov çıxış edirdi. Elgün Nəbiyev sol, Bəxtiyar Soltanov sağ cinah yarımmüdafiəçisi mövqeyində idisə, “Qarabağ”dan yenicə transfer olunan Elşən Abdullayev mərkəzdə qərarlaşmışdı. Tural Qürbətov hücumun “sivri ucunda” yer almışdı.
“Səbail”ə gəlincə, qapını Emil Balayev qoruyurdu. Müdafiə “4-lüy”ü Şəhriyar Rəhimov, İqor Korotetski, Tamazi Tsetsxaladze və Eltun Yaqubludan ibarət idi. Rahid Əmirquliyevlə Vüqar Bəybalayev müdafiəçilərin önündə yer almışdı. Hücumçu Ruslan Qurbanova nisbətən arxadan Ağabala Ramazanov, baxışda olan braziliyalı Lukas Nasimento və Fəhmin Muradbəyli dəstək verməliydi.
Yoxlama oyunu olduğundan görüşün gərgin mübarizə şəraitində keçməməsi gözlənilən idi. Xüsusən də hələ komandaların formaya düşmədiyini və yeni transferlərin komandaya uyğunlaşmadığını nəzərə almaq lazımdı. "Səbail"də diqqət mərkəzində olan yeni transferlərdən Əmirquliyev, Ramazanov, Rəhimov, Qurbanov və Bəybalayev idi. Onlardan Şəhriyar daha hazır göründü. Ruslan isə hücumda az-çox fəallıq nümayiş etdirdi. Elə hesabı da 13-cü dəqiqədə Qurbanov açdı. Onun zərbəsini Stamenkoviç dəf etməyə çalışsa da, topa təması kifayət etmədi. Halbuki buna qədər Soltanov qonaqları sevindirə bilərdi. Bəxtiyarın itibucaq altından zərbəsi qapıdan yan keçdi. 20-ci dəqiqədə isə İvanoviç “status-kvo”nu bərpa etməyə borclu idi. Kornerdən asma zamanı qapının bir metrliyində nəzarətsiz qalan Filip topu “çərçivə”yə göndərə bilmədi. Yarımsaatın tamamında Ramazanovun cərimə zərbəsi yaddaqalan oldu. Haşiyə çıxıb qeyd edək ki, hakim hər hissədə bir dəfə su fasiləsi verdi.
İkinci yarıda hər iki mütəxəssis ehtiyatdakı bütün oyunçulara özünü göstərmək şansı yaratdı. Maraqlıdı ki, Elşad Əhmədov ilk hissədən sonra meydandan çıxardığı İvanoviçi oyunun sonlarında yenidən süni qazona buraxdı. Ancaq Filip bu dəfə Baliçin mövqeyində - dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Yeri gəlmişkən, serbiyalı futbolçu 82-ci dəqiqədə fərqlənməyə yaxın oldu. Ancaq cinah ötürməsi zamanı qapıçı “Sabah”ın yeni transferini qabaqladı. Buna qədər isə İsayev hesabı bərabərləşdirmişdi. Məqsədin güclü zərbəsi zamanı top müdafiəçilərdən birinin belinə dəyib, qapıdan keçdi. Oyunda başqa qol olmadı və yoldaşlıq görüşlərinə xas hesab (1:1) qeydə alındı.
Bu arada “Sabah”ın Ukraynadan tapdığı yarımmüdafiəçi dünən axşam saatlarında Bakıya gəlib. Bu gün tibbi müayinədən uğurla keçsə, pleymeykerlə münasibətlər rəsmiləşəcək və adı ictimaiyyətə açıqlanacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-02-2019, 16:02 Yığma üzvləri darmadağından danışdı 17-02-2019, 16:00 Fərid Nəbiyevə Slovakiya və Sloveniyadan təkliflər olub 17-02-2019, 15:59 “Qarabağ” Dedanı “Karpatı”ya satmağa hazırlaşır 17-02-2019, 15:58 PFL divizionun oyunlarını canlı yayınlayır 17-02-2019, 15:56 Moldova yığmasının üzvü "Neftçi"də 17-02-2019, 15:55 "Bayıl Arena"da 10 qol vurulsa da... 17-02-2019, 15:53 “Qarabağ”dan qorxmuruq, çəkinmirik” 17-02-2019, 15:52 Cavid Hüseynov “Qarabağ”la oyunda 1 xala razıdı 17-02-2019, 15:50 "Qəbələ" həvəslə hazırlaşır 17-02-2019, 15:42 Yurçeviçli millinin nağıl arzuları bəllidi 17-02-2019, 15:40 10 saatlıq tur 17-02-2019, 15:38 “Keşlə” yığmanın marağını klub marağından üstün tutub 17-02-2019, 15:37 Sürprizsiz tur 17-02-2019, 15:35 “Qaranın yerini silkələmək üçün çox çalışdım, alınmadı” 17-02-2019, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi 17-02-2019, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət 17-02-2019, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı 17-02-2019, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı 17-02-2019, 12:47 Miloş Velebit kimdi? 17-02-2019, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir 17-02-2019, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın 17-02-2019, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq 17-02-2019, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət 17-02-2019, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil 17-02-2019, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib 17-02-2019, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı 17-02-2019, 12:25 Stuxlik Xorvatiyaya gedəcək 17-02-2019, 12:23 “Red Black Army” narahatdı 17-02-2019, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli 17-02-2019, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” 17-02-2019, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib Bütün xəbərlər
Ən çox oxunanlar