06 iy 00:27olke

Tofiq Rzayev “Mehdi Hüseynzadə”də yad olundu

Tofiq Rzayev “Mehdi Hüseynzadə”də yad olundu
Abdulla Məmmədov: “Heç bir irəliləyiş olmasa da, ümidimizi itirmirik”
Ötən gün Sumqayıtda respublikanın əməkdar məşqçisi, mərhum Tofiq Rzayevin xatirəsinə həsr olunan turnirə yekun vuruldu. Artıq üçüncü dəfə təşkil olunan yarışa bu dəfə 12 komanda – “Vətən”, “Sumqayıt”, “Uğur”, “Təhsil” (Bakı), “Sunami”, “Şabran”, UGİM-1, “Xaçmaz”, “Quba”, “Məhəllə uşaqları”, “Neftçi” İK, İOGUİM (Sumqayıt) qatılmışdı. Yarışın Əsasnaməsinə görə komandalar 4 qrupa bölünmüşdülər. Hər qrupda ilk yeri tutanlar yarımfinala vəsiqə qazanacaqdılar. 3 gün davam edən turnirin qalibi adına UGİM-1 komandası sahib çıxdı. Onlar maraqlı idman mübarizəsində keçən final qarşılaşmasında “Sunami”yə 4:2 hesabı ilə qalib gəldi. İOGUİM–i 4:1 yenən “Sumqayıt” isə turnirin üçüncüsü oldu. Xatırladaq ki, turnirdə 2009-10 doğumlu uşaqlar iştirak edirdilər. Yarışdan sonra mükafatlandırma mərasimi keçirildi. Şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, Tofiq Rzayevin tələbələri olmuş veteran futbolçular qaliblərə kubok və medallar təqdim etdilər. Turnirdə özünü yaxşı tərəfdən göstərən futbolçulara da xüsusi hədiyyələr verildi.
Mükafatlandırma mərasimindən sonra turnirin təşkilində əsas pay sahibi olan Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədova yaxınlaşıb, yarışla bağlı fikirlərini öyrəndik.
- Artıq 3-cü ildi əməkdar məşqçi Tofiq Rzayevin xatirəsinə turnir təşkil olunur. Yarışın təşkil olunmasında göstərdiyi köməyə görə Gənclər və İdman Nazirliyinə, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkür etmək istəyirəm. Mənim müraciətim əsasın nazirlik bu turniri illik təqvim-planına daxil etmişdi. Artıq ənənə halını almış yarışda bu dəfə 12 komanda iştirak etdi.
- Məndə olan məlumata görə, bu dəfə yarışa Gürcüstandan iki komanda qatılmalıydı. Ancaq iştirakçılar arasında onları görə bilmədik. Qonşu ölkənin təmilsçilərinin gəlişinə nə mane oldu?
- Bəli, belə fikir var idi. Hətta Gürcüstan komandaları ilə danışıqlar aparmışdıq. Lakin son anda qarşı tərəf uşaqların sənədlərini vaxtında hazırlaya bilmədiklərini deyib, gələ bilməyəcəkləri üçün üzrxahlıq etdilər. Və növbəti il mütləq turnirdə iştirak edəcəklərini söylədilər.
- Turnirə qatılacaqları halda Gürcüstan komandalarının xərclərini kim qarşılayacaqdı?
- Yol xərclərini özləri çəkəcəkdilər. Məskunlaşma isə bizlik idi. Valideynlərlə bu haqda danışmışdıq. Gürcü uşaqlar ayrı-ayrılıqda hər biri azərbaycanlı ailədə qalacaqdı. Gürcülərdən başqa Lənkəran və başqa rayonların komandaları da turnirdə iştirak etmək istəyirdi. Sadəcə, havaların isti keçməsi səbəbindən onların də gəlişi alınmadı. Buna baxmayaraq, Sumqayıt və Bakı ilə yanaşı, Şimal Regional Futbol Federasiyasına daxil olan Xaçmaz, Şabran və Quba təmsilçiləri yarışa qatıldılar.
- Turnirin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirildiyini bildirdiz. Bəs futbolin inkişafına cavabdehlik daşıyan AFFA? Onlar niyə kömək etmədilər?
- Əvvəlki iki turnirdə AFFA bizə yaxından kömək etmişdi. Ancaq bu dəfə şəhərin Gənclər və İdman Baş İdarəsi bütün xərcləri öz boynuna çəkəcəyini bildirdi və bu üzdən AFFA-ya müraciət etmədik. Yenə deyirəm, Şimal Regional Futbol Federasiyasının təşkil etdiyi bütün tədbirlərə assosiasiya rəhbərliyi lazımınca dəstək verir.
- Turnirin keçirildiyi günlərdə kəskin istilər yaşandı. Belə havada uşaqların futbol oynaması nə dərəcədə düz idi?
- Özünüz də görüdüz ki, oyunlar keçirilən zaman stadionda təcili tibbi yardım maşını növbə çəkirdi. Bundan əlavə, hava şəraitini nəzərə alıb, oyunları daha erkən saatlara salmışdıq. Saat 9-da başlayır, 11-ə qədər yekunlaşdırırdıq ki, hansısa problemlə üzləşməyək.
- Siz eyni zamanda Mehdi Hüseynzadə adına stadionun direktor müavinisiz. Heç bir yerdən maliyyələşməyən, təsərrüfat hesablı idman qurğusunu saxlamaq çətin deyil?
- Açığı, kommunal xərclərin ödənilməsində çox çətinlik çəkirik. Ancaq çalışırıq ki, arena fəaliyyətini davam etdirsin. Bu işdə AFFA rəhbərliyi bizə pis-yaxşı dəstək olur. Qız komandalarının burda məşq etməsi, müxtəlif yaş qrupu üzrə liqaların çempionat oyunlarının stadionumuzda keçirilməsi sayəsində hesabımıza vəsait köçürülür. Biz də həmin maliyyədən kommunal xərcləri ödəyirik ki, işıq, qaz, su problemi ilə üzləşməyək. “Sumqayıt” və şəhərin Gənclər və İdman Baş İdarəsi də çalışır ki, hansısa yolla stadiona kömək etsin. Klubun aşağı yaş qrupları bizdə məşq edir. Sabahdan (bu gündən) isə əvəzedici heyət də yeni mövsümə hazırlığa start verəcək.
- İlyarıma yaxındı ki, “Mehdi Hüseynzadə”nin əsaslı təmir olunacağı ilə bağlı söz-söhbət dolaşır. Bir ara tez-tez stadiona mühəndislərin də baş çəkdiyinin şahidi olduq. Ancaq nədənsə hətta bir tərəfi hasarlanmış stadionun bəxtinə gün doğmur. Təmirlə bağlı vəziyyət nə yerdədi?
- Hazırda bu yöndə heç bir irəliləyiş olmasa da, ümidimizi itirmirik. Məndə olan məlumata görə, şəhər rəhbərliyi stadionun təmir məsələsini gündəmdə saxlayır. Böyük ehtimalla, yaxın gələcəkdə “Mehdi Hüseynzadə”də təmir işlərinə başlanılacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar