05 iy 20:18olke

“Xəzər Lənkəran” ən fəal azarkeşini itirdi

“Xəzər Lənkəran” ən fəal azarkeşini itirdi
Hüseyn Cəbrayıloğlu: “İslandiya azarkeşlərinə xas ritmi birinci Kamran yaradıb”
İki gün əvvəl “Xəzər Lənkəran”ın mətbuat katibi Hüseyn Cəbrayıloğlunun “feysbuk”da bu paylaşımı qarşımıza çıxdı: “Ağır, çox ağır xəbər oldu. Onun haqda çoxdan yazmaq istəyirdim. Şəkli də çəkdirməkdə məqsədim bu idi zatən. Amma bu qədər erkən bizdən ayrılacağını düşünməmişdim. Son bir ildə "Xəzər Lənkəran" üç ən böyük amiqosunu itirib - Xeybər kişi, Arif dayı və Kamran. Sonuncu iki nəfər xüsusən özəl insan olub. Kamran klubun ilk günündən rəsmi fanklubun amiqosu olub, ölkədə tribunada onun tayı-bənzəri olmayıb. İlk sinxron əl hərəkətləriylə tribuna və bütün "Fırtınalar meydanı"nı coşduran amiqo olub. Vallah və billah, hələ 2007-ci ildə indi İslandiya azarkeşlərinin dünyaya yaydığı "çəpik şou"nu eyni ilə Kamran hazırlayıb həyata keçirib. Səsini heç vaxt sevdiyi kluba əsirgəməyib, son günə kimi boğuq səslə danışmasının səbəbi də bu idi. Allah sənə rəhmət eləsin. Çox üzüldüm. Klubumuz isə sonuncu amiqosunu itirdi. Nədi bu itki ardıcıllığı?”
1971-ci ildə anadan olmuş Kamran Məmmədov haqda daha ətraflı məlumat əldə etmək üçün qəzetimizin sabiq əməkdaşıyla əlaqə saxladıq. Cəbrayıloğlu bunları deməklə kifayətləndi: “Dəhşət insan idi. “Xəzər Lənkəran”ın aşağı yaş qrupları üzrə komandalarının oyunlarına belə gəlirdi. O qədər kənardan tapşırıq və motivasiya verirdi ki... Çox çılğın idi. Bir dəfə “böyük oyun”da Böyükağa Hacıyevlə ciddi münaqişə də yaşamışdı. Məşhur bayrağın altından keçmək söhbətini deyirəm. Mütləq sübut edəcəm ki, İslandiya azarkeşlərinə xas ritmi birinci Kamran yaradıb. Bunun video görüntüsünü tapacam. Mərhum adi bir hərəkətiylə bütün stadionu idarə edirdi. Futbolçuları tribunaya çağıran da o idi.
Atasının sovet dovründən qalma kiçik yeməkxanası vardı. Onu işlədirdi. Ölümünün səbəbinə gəlincə, son 6-7 ayda iki dəfə beyninə qan sızmışdı. İki gün öncə özünü pis hiss edib, aparıblar xəstəxanaya. Həkim resept yazıb. Ailə üzvləri dərmanları alana kimi Kamran vəfat edib. Mən onun ölümünü “Xəzər Lənkəran”ın ən böyük itkisi sayıram. Kimsəni ona tay tutmaq olmaz. Bütün ölkə futbolu tribunası üçün itkidi. Bu adam çiyni ilə ritm tuturdu. Bəzən sol çiyni ilə sol tərəfdəki sektorları, sağ çiyni ilə da sağdakı tribunaları hərəkətə gətirirdi”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar