05 iy 20:15olke

“Qəbələ”nin rəqibi darmadağına sevindi

“Qəbələ”nin rəqibi darmadağına sevindi
Cavidin “Proqres”lə oyunda iştirak edib-etməyəcəyi dəqiqləşməyib
Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” 12-ci günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən hazırlıq prosesi fiziki və toplu çalışmalardan ibarət olub. Ardınca isə futbolçular ikitərəfli oyun keçirib.
Zədəyə görə bir müddət kollektivdən ayrı düşən, iyunun 27-də komandaya qoşulan Cavid Hüseynov bərpa xarakterli məşqləri davam etdirir. Yarımmüdafiəçi topsuz, fərdi şəkildə fiziki çalışmaları yerinə yetirib.
Yeri gəlmişkən, “qırmızı-qaralar”ın kapitanı klubun rəsmi saytına açıqlama verib. Komandasının təlim-məşq toplanışını dəyərləndirən təcrübəli futbolçu əhval-ruhiyyənin yüksək olduğunu bildirib: “Zədəmlə bağlı komandaya bir az gec qoşuldum. Komandada əhval-ruhiyyə yüksək səviyyədədi. Futbolçular arasında mehriban ünsiyyət hiss olunur. Oyunçularla baş məşqçi arasında peşəkarlığa söykənən yaxın münasibətlər var. Bu da sevindirici haldı. Sənan Qurbanov daha əvvəl bir neçə oyunluq komandaya baş məşqçi kimi rəhbərlik edib. Bu dəfə onun fəaliyyətinin uzunmüddətli və “Qəbələ” üçün uğurlu olacağına inanıram. Məşq prosesi də yaxşı səviyyədə keçir. Bütün oyunçuların səylə məşq etdiyi, inkişafa çalışdığı hiss olunur. Qarşıda bizi Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirəcəyimiz oyunlar gözləyir. Bu turnirdə yaxşı nəticə qazanmaq istəyirik”.
Yarımmüdafiəçi Lüksemburq “Proqres”i ilə ilk qarşılaşmaya qədər hazır olmağa çalışdığını qeyd edib: “Əsas müalicə dönəmini arxada qoymuşam. İki-üç günə komanda ilə kollektiv çalışmalara qoşulacam. “Proqres”lə ilk görüşdə iştirak edib-etməyəcəyim hələ dəqiqləşməyib. Zədədən sonra tam sağalsam belə, meydana çıxmağımla bağlı qərarı baş məşqçi verəcək. Komandanın uğuru üçün hansı addım məqsədəuyğundusa, o addım da atılacaq”.
Cavid Hüseynov Lüksemburq təmsilçisiylə bağlı fikirlərini də bölüşüb: “Rəqib barədə əldə etdiyimiz məlumatlara əsasən onları təhlil etmişik. Yetərincə ciddi rəqib, yaxşı komandadı. Komandamız da qarşılaşmaya ciddi yanaşır. Bizim üçün ən vacib olan nəticədi. Bunu istəyiriksə, rəqibi özümüzdən üstün saymalı, buna uyğun hazırlıq keçməliyik”.
Bu arada isə “qırmızı-qaralar”ın sabiq çalışdırıcısı, hazırda “Astana”nın “sükanı arxasında” olan Roman Qriqorçuk “Qəbələ”ni yada salıb. Qazaxıstan çempionatının son turunda “Ordabası”nı 5:3 hesabı ilə məğlub etdikləri oyunu şərh edən ukraynalı mütəxəssis yerli jurnalistlərdən birinin “sabiq klubunuz “Qəbələ” ilə “Astana”nı müqayisə edə bilərsizmi” sualına bu cür cavab verib: “İşlədiyim bütün komandalar və futbolçular mənə çox əzizdilər, hər birini sevirəm. Onları o qədər sevirəm ki, heç kimlə müqayisə edə bilmərəm. Onlar mənim üçün ən yaxşı olaraq qalırlar. İndi mənim komandam “Astana”dı. Hansı ki, mən onu möhkəm sevdim və bu komanda üçün çox şeyi qurban verməyə hazıram”.
Sonda “Qəbələ”nin Avropa Liqasının birinci mərhələsindəki rəqibi “Proqres”lə bağlı xəbəri sizlərə çatdıraq. Lüksemburq təmsilçisi hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. “Arılar” Almaniya regional liqasında çıxış edən “Rehlinq Felklinqen”lə üz-üə gəlib. Qarşılaşma “qırmızı-qaralar”ın rəqibinin böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar