05 iy 20:06olke

“Şəmkir”in kapitanı əsri Qusarda yarıladı

“Şəmkir”in kapitanı əsri Qusarda yarıladı
Mehman Yunusov: “Utandığımdan ona heç nə deməyib kupeyə qayıtdım”
Müstəqillik illərində üzdə olan futbolçulardan biri də Mehman Yunusovdu. Mehman bəy Sumqayıt futbol məktəbinin yetirməsi olsa da, futbolsevərlər onu daha çox “Şəmkir”in kapitanı kimi xatırlayır. Veteran futbolçu dünən 50 yaşını qeyd edirdi. Yubiley günündə “3 nömrə” ilə söhbətləşməyi lazım bildik.
- Mehman bəy, əvvəlcə sizi 50 yaşınız münasibəti ilə təbik edirik.
- Təbrikə görə təşəkkür edirəm.
- Yubileyinizi harda və kimlərlə qeyd etməyi planlaşdırırsız?
- Hazırda ailə üzvlərimlə birgə Qusardayam.
- Ad gününüzü qeyd etmək üçün Qusara yollanmısız, yoxsa istilərin əlindən qaçıb, dağlara çəkilmisiz?
- Əslən Qusardan olduğumuza görə uşaqlarla birgə qohum-əqrəbaya baş çəkmək üçün bura gəlmişik. Yaxın günlərdə yenidən Sumqayıta qayıdacam. Elə alındı ki, ad günüm də bu ərəfəyə təsadüf etdi. Yəqin ki, axşam yeməyində ailə üzvlərim, qohumlarla masa arxasında əyləşib yüngülvari də olsa, yubileyi qeyd edəcəyik.
- 50 yaşda özünüzü necə hiss edirsiz?
- Lap yaxşı, hələ ki maşallah, gümraham.
- Bu gün meydana çıxıb futbol oynaya bilərsiz?
- 90 dəqiqə olmasa da, müəyyən qədər qaça bilərəm.
- Bəlkə buna görədi ki, bu gün də Mehman Yunusova ehtiyac var. Gah sizi deputatların komandasında görürük, gah da səsiniz Moskvadan gəlir. Hələ veteranlar arasında keçirilən oyunları demirəm...
- Gücüm çatan qədər oynamağa çalışıram. Bəzən özümüzü cavan kimi aparmaq istəsək də, yaş istər-istəməz özünü göstərir. Əvvəlki Mehman olsaydım, veteranlarla oynamazdım ki (gülür).
- Gəlin bu gün keşmişə qayıdaq. Futbolda ilk addımlarınızı xatırlayırsız?
- Əlbəttə. Bütün uşaqlar kimi, mənim də ilk məktəbim küçə futbolu olub. Məhlədə uşaqlarla tez-tez öz aramızda futbol oynayırdıq. Məndən böyüklər görəndə ki, “qabımda” nəsə var, məsələhət etdilər ki, futbol bölməsinə yazılım. 1978-ci ildə rəhmətlik Tofiq Rzayevin rəhbərliyi altında məşqlərə başladım. Həmin vaxt 10 yaşım var idi. O gündən həyatım futbola bağlandı.
- İlk peşəkar müqaviləni neçə yaşında bağlamısız?
- SSRİ vaxtında peşəkar futboldan söhbət gedə bilməzdi. Partiyanın qanunlarına görə idmançıların hamısı həvəskarlar olmalıydı. İlk dəfə ustalardan ibarət komandaya isə 1985-ci ildə cəlb olunmuşam. İlk komandam da Sumqayıt “Xəzər”i idi. O komanda ilə Azərbaycan çempionu da olmuşduq. Elə həmin ildə Ağasəlim Mircavadov məni “Neftçi”nin əvəzedici heyətinə dəvət etdi. O vaxt Zaqafqaziya birinciliyi keçirilirdi. Həmin yarışda Azərbaycan, Ermənistan və Gürcüstan komandaları iştirak edirdi. Ağasəlim müəllim də Bakıdakı oyunlardan birində görüb dəvət göndərmişdi. Onu da qeyd edim ki, həmin vaxt 17 yaşım var idi.
- Karyeranız ərzində bir çox klubların şərəfini qorumusuz. Onlardan hansı sizə daha doğma olub?
- 37 yaşına kimi futbol oynamışam. Bu illər ərzində “Xəzər”dən başqa “Neftçi”də, “Şəmkir”də, “Qarabağ”da, “Karvan”da çıxış etmişəm. Bütün klublarda özümə hörmət görmüşəm. Ancaq iki klub mənə daha doğma olub. Onlardan biri Sumqayıt “Xəzər”i, digəri isə “Şəmkir”di. “Xəzər” maliyyə probelemləri səbəbindən dağıldı. Ordan “Neftçi”yə yollandım. Ondan sonra isə “Şəmkir”dən dəvət aldım. “Şəmkir”də daha çox oynadığıma görə, yoxsa özüm də bilmədiyim başqa səbəbdən o komandanı daha çox sevdim. Oranın insanları da mənim xətrimi çox istədi və bu günə kimi də hörmətimi saxlayırlar. Bu gün Şəmkirdən xeyli sayda təbrik zəngləri gəlib. Rayona yolum düşəndə və yaxud Rusiyada olanda şəmkirlilər daim mənimlə görüşürlər. O rayonda yaşayan dost-tanışım da çoxdu.
- Mehman Yunusovun kapitanı olduğu “Şəmkir” Çempionlar Liqasında mərhələ adlayan Azərbaycan klubu kimi tarixə düşüb. O günləri necə xatırlayırsız?
- “Skonto”ya səfərdə bir top fərqi ilə uduzsaq da, cavab görüşündə qalib gələcəyimizə inanırdıq. Həmin matçın son dəqiqələri bu günə kimi yadımdadı. Hakimin final fitindən sonra hamımız dəli kimi sevinir, göz yaşlarımızı saxlaya bilmirdik. Paltardəyişmə otağında aləm bir-birinə dəymişdi. Sevincdən atılıb-düşürdük. Allah rəhmət eləsin Saşa dayıya (“Şəmkir”in o vaxtkı prezidenti Şahbaz Süleymanovu nəzərdə tutur), bütün komandanı oyundan sonra birbaşa restorana aparıb ziyafət təşkil etdi.
- Saşadan söz düşmüşkən, onu necə xatılayırsız?
- Yenə deyirəm, Allah ona qəni-qəni rəhmət eləsin. Adam bir futbol xəstəsi idi. Elə insanlar az-az gəlir dünyaya. Hər bir futbolçuya öz övladı kimi yanaşır, hamının nazını çəkirdi. O heç vaxt razı olmazdı ki, “Şəmkir”in hansısa oyunçusu problemlə üzləşsin. Komandanın uğuru üçün əlindən gələni edirdi. Onun evinin darvazaları heç vaxt bağlı olmayıb. Hər qələbədən sonra futbolçuları evinə dəvət edərdi, süfrə arxasında əyləşib söhbətləşərdik.
- “Skonto” ilə matçdan sonra göz yaşlarınıza hakim olmadığınızı bildirdiz. Kənardan baxanda çox zəhmli adam təsiri bağışlayırsız. Ancaq sizi yaxından tanıyan biri kimi bilirəm ki, ürəyiniz çox yumşaqdı. Futbolda çox ağlamısız?
- Cəmi iki dəfə. Hər ikisi də “Şəmkir”də olub. Birini artıq dedim. 1998-ci ildə doğma meydanda “Kəpəz”ə uduzduğumuza görə əsəbimdən özümü saxlaya bilmədim. Gəncəlilər son saniyələrdə bir qol vurub qalib gəldilər. Yəqin ki, həmin illər yadınızdadı. İndiki futbolçular üçün udmaqla uduzmağın heç bir fərqi yoxdu. Udanda sevinirlər. Çünki mükafat alacaqlar. Uduzanda isə heç nə olmayıbmış kimi gülə-gülə başlarını dik tutaraq stadionu tərk edirlər. Bizim vaxtımızda isə hər şey fərqli idi. “Neftçi”yə, Turan”a, “Kəpəz”ə məğlub olanda utandığımızdan azı bir həftə azarkeşlərin gözünə görünməməyə çalışırdıq. Adını qeyd etdiyim komandalarla oyunlarımız çox gərgin ab-havada keçirdi. Hamı xarakter nümayiş etdirir, sözün həqiqi mənasında meydanda vuruşurdu.
- Karyeranız ərzində neçə dəfə çempion olmusuz?
- “Şəmkir”lə 3 dəfə qızıl medal qazansaq da, biri qeydə alınmadı. Bundan başqa, “Neftçi” ilə bir dəfə çempion, iki dəfə isə ölkə kubokunun qalibi olmuşam.
- Yığmanın da şərəfini qorumusuz.
- 2002-ci ildə İqor Ponomaryov millinin baş məşqçisi təyin olunanda məni də yığmaya dəvət etdi.
- Amma nədənsə yığmaya yaşınız ötəndən sonra dəvət aldız. Nəyə görə Ponomaryovdan əvvəlki məşqçilər sizə ögey münasibət göstərirdi?
- Bunu onlardan soruşsaz, yaxşıdı. Yəqin ki, Bakı yox, bölgə təmsilçisinin heyətində oynadığıma görə. Cavan vaxtlarında da dəvət edirdilər. Sadəcə, oynamaq şansı yaratmırdılar. Ponomaryov isə 34 yaşım olmasına baxmayaraq, mənə güvəndi.
- Bu gün ailədə yolunuzu davam etdirən var?
- İkinci oğlum nəsə etmək istəyir. Hələ ki mənim yolumla getməsə də, buna çalışır.
- Futbolçu olmaq asandı, yoxsa məşqçi?
- Hərəsinin özünə görə çətinliyi var. Ancaq ümumi götürəndə futbol oynamaq daha asandı. Məşqçi işi çox çətindi.
- Adətən, keçmiş nəsil indiki nəsli bəyənmir. “Bizim vaxtımızda belə idi, indi belə. Bizə belə şərait yaradılsaydı, daha uğurlu nəticə qazanardıq” söyləyən çox veteran futbolçu görmüşük. Bəs siz necə düşünürsüz?
- O cür düşünənləri tam dəstəkləməsəm də, onların da sözündə həqiqət var. İndiki nəsil çox ərköyün böyüyür. Özüm də hazırda “Sumqayıt”ın futbol akademiyasında çalışıram. Bundan əvvəl “Qəbələ”də də işləmişəm. İndikilərdə yaradıcılıq çatışmır. Başlarını işlədib özlərindən nəsə icad edə bilmirlər. Gözləyirlər ki, məşqçi kənardan nə tapşırıq verəcək. O vaxt isə vəziyyət tam fərqli idi. Mahmudun hansı anda kimə və hara ötürmə edəcəyini “oxumaq” mümkün deyildi. Yunis Hüseynovla Vidadi Rzayevin yarımmüdafiədəki “yaradıcılığı” göz oxşayırdı. İndi Zaur Tağızadə kimi sürətli futbolçu var? Hərdən futbola baxanda çox əsəbləşirəm. Biz oynadığımız dönəmdə hücumçu müdafiəçidən çəkinirdi. Qorxurdu ki, bir-iki dəfə onu aldatsa, 3-cü dəfə meydanda üstünə həkim gələcək. İndi isə müdafiəçi hücumçudan çəkinir. Ona görə də nəsillərarası intiriqa həmişə olacaq.
- Uzun illər futbol oynadığınızdan, heç şübhəsiz, başınıza çox maraqlı hadisələr gəlib. Onlardan hanısını indi xatırlaya bilərsiz?
- Həqiqətən də belə hadisələr çox olub. Ancaq indi yadıma düşəni yoxdu (bir qədər düşünür). “Şəmkir”də oynadımız vaxtlar idi. Maaşımız bir qədər gecikirdi. Komanda olaraq qərara gəldik ki, pulumuzu alanadək məşqə çıxmayaq və hamımız sözü bir yerə qoyub, bazanı tərk edib evə yollandıq. Bakı və Sumqayıtda qalan futbolçular qatarla qayıtmalı idi. Qatara minib getmək vaxtını gözləyirdik. Bir müddət gözlədikdən sonra gördük ki, qatar deyilən vaxtda yerindən tərpənmir. Bələdçiyə yaxınlaşıb qatarın getməməsinin səbəbi ilə maraqlandım. Dedi ki, rayonun icra başçı Aslan Aslanovun göstərişidi. Futbolçulardan bəziləri bazadan qaçıb. O da tapşırıb ki, onlar geri qayıtmayınca, qatar yerindən tərpənməyəcək. Yazıq bilmirdi ki, həmin futbolçular bizik və onun vaqonundayıq. Hələ dalımızca da yaxşı söyüşlər söydü. Utandığımdan ona heç nə deməyib kupeyə qayıtdım və hamıya durumu başa saldım. Sonda qərara gəldik ki, bizə görə heç kim əziyyət çəkməsin və kor-peşman qatardan düşüb bazaya döndük (gülür). Belə hallar çox olub. Ancaq Aslan müəllimin də zəhmətini unutmaq olmaz. O da komandanın inkişafı üçün çox əziyyət çəkib.
- Mehman bəy, Türkiyə ilə səfərdə keçirdiyniz oyunu xatırlayırsız? Həmin matçda nə oldu ki, yerdə qaldız?
- Bilridim ki, bu sualı mənə verəcəksən.
- Həmin an deyəsən, türk futbolçu fintlərlə başınızı fırlatdı və yerə yıxıldız...
- Rəqib futbolçu heç bir fint etmədi. Sadəcə, həmin an ayağım sürüşdyünə görə yerə yıxıldım. Oyundan əvvəl meydanı sulamışdılar deyə ot sürüşkən idi (gülür). Belə hallar istənilən futbolçunun başına gələ bilər. Sən isə hər dəfə bunu ironiya ilə yada salmağı xoşlayırsan.
- Şablon olsa da, bu sualı verəcəm. 50 yaşında geriyə boylanarkən həyatınızı futbola bağladığınıza görə peşman deyilsiz ki?
- Şablon sualına tam səmimi cavab verəcəm. Heç vaxt peşman olmamışam. Futbol mənə çox şey verib. Yenidən dünyaya gəlsəydim, yenə bu yolu seçərdim. Ancaq bir qədər fərqli addım atardım. İlk növbədə legioner həyatı yaşamağa çalışardım. Karyeram ərzində bir neçə dəfə belə imkanım olub. Ancaq bundan istifadə etməmişəm. Futbolçu inkişaf etmək, daha yüksək zirvələri fəth etmək istəyirsə, mütləq ölkə xaricinə çıxmalıdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar