04 iy 19:29olke

“Futbolçulardan tələbim topla sürətli oynamaq və ani zaman kəsiyində qərar verməkdi”

“Futbolçulardan tələbim topla sürətli oynamaq və ani zaman kəsiyində qərar verməkdi”
Nazim Süleymanova Ukraynadan köməkçi gəlib
İki gün dəniz kənarında kross qaçışından sonra “Sumqayıt” şənbə günündən etibarən toplu çalışmalara start verib. “Kapital Bank Arena”nın ot örtüyunün dəyişdirilməsi üzündən Bakıya köçən “kimyaçılar” hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında davam etdirməyi lazım bilib. Dünən saat 18.30-a təyin olunan məşqi izləyənlər arasında bəndəniz də var idi. Havanın hərarətinin yüksək baxmayaraq, sumqayıtlılar böyük həvəslə baş məşqçinin tapşırıqlarını yerinə yetirir, var qüvvələri ilə çalışırdılar. Yeri gəlmişkən, “ağ-göylər”in dünənki hazırlığında 33 futbolçu iştirak edirdi ki, onların arasında ötən mövsüm əvəziedici heyətdə forma geyənlərlə yanaşı, baxışda olanlar da var idi. Baxışda olanlardan vaxtilə “Sumqayıt”ın şərəfini qorumuş Tofiq Mikayılov, Ruslan Tağızadə və Seymur Əsədovu qeyd etmək olar. Bir ara elitada AZAL-ın heyətində çıxış edən Qvanzav Maqomedov, ötən “futbol ili”ndə Avstriya regional liqasında mübarizə aparan Vyana “Qarabağ”ının heyətində çıxış edən Dmitri Nağıyev də hazırlıq prosesinə qatılanlar arasında idi. Onlardan başqa “kimyaçılar”ın mövsümlərarası fasilədə heyətinə qatdığı Aleksandr İsayev, Ukrayna “Şaxtyor”unun əvəzedici heyətində icarəyə götürülən Murad Xaçayev də komanda ilə birgə məşqdə iştirak edirdi. Haşiyə çıxaraq onu da vurğulayaq ki, kluba yaxın mənbələrdən bizə ötürülən bilgiyə görə “Sumqayıt” rəhbərliyi bu həftə həm Qvanzav, həm də Dmitri ilə müqavilə bağlayacaq. “Sumqayıt”la müqavilə müddəti davam edən Rail Məlikovla Nicat Qurbanov isə zədə səbəbindən kollektivdən ayrı düşmüşdü. Fərdi hazırlıq keçən, daha dəqiq desək, meydanın ətrafında qaçan futbolçular hazırlıq prosesi başa çatmadan məşqi tərk etdilər. Məşqə gəlincə, komandanın baş məşqçisi Nazim Süleymanov ilk dəqiqələrdən futbolçuları iki hissəyə böldü. Birinci qrup toplu çalışamlar və ikitərəfli oyunda gücünü sınadığı zaman, ikinci qrup meydanın ətrafında qaçır, fiziki hazırlıq üzrə məşqçinin tapşırıqlarını yerinə yetirirdilər. Onu da qeyd edək ki, elitanın başqa təmsilçiləri kimi, “kimyaçılar” da baş məşqçinin fiziki hazırlıq üzrə köməkçisini ölkə xaricindən dəvət edib. Ukraynadan olan mütəxəssis 90 dəqiqə ərzində boş dayanmadı, futbolçulara yaxınlaşaraq tapşırıqlarını verməklə yadda qaldı. Saatyarımlıq məşq prosesinin ardından Süleymanov futbolçuları bir araya gətirib söhbət etməklə məşqi yekunlaşdırdı. Məşqdən sonra “ağ-göylər”in baş məşqçisinə yaxınlaşıb söhbətləşdik. Nazim bəy toplanışı dəyərləndirməklə yanaşı, heyətə cəlb olunan yeni futbolçulrla bağlı fikirlərini bölüşdü.
- Bu gün təxminən 30-dan çox futbolçu rəhbərliyiniz altında məşq edir. Hazırlığın ilk günləri barədə fikirlərinizi bilmək istərdik.
- Daha dəqiq desək, bu gün məşqdə 33 futbolçu iştirak edir. Toplanışa həm əvəzedici heyətdən dəvət olunanlar, həm də baxışda olanlar qatılıblar. Hələ ki həmin futbolçuları gözdən keçiririk. Toplanışa iyunun 28-də başlamışıq. İyulun 15-nə kimi ilk mərhələ davam edəcək. Bu müddətdə iki yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq. Rəqiblərdən biri “Sabah” olacaq. İkinci oyun üçün isə axtarışımız davam edir. “Sabah”la iyulun 11-də üz-üzə gələcəyik. 14-də qarşılaşacağımız rəqibin kimliyinə isə yaxın günlərdə aydınlıq gələcək. Toplanışın ikinci mərhələsini Türkiyədə keçirəcəyik. Sonuncu mərhələ isə yenə də Azərbaycanda olacaq.
- Məşq boyunca futbolçulardan daim hərəkətli olmağı tələb edirdiz. Xüsusilə son nöqtəni qoymaq yönündə tapşırıqlar verirdiz. Məşqi izləyib belə qənaətə gəldik ki, Süleymanovun “Sumqayıt”ı daha çox hücum futbolu sərgiləyəcək.
- Hələ ki o haqda danışmaq tezdi. Bu gün hava şəraitini də nəzərə alsaq, futbolçulardan sürətli oyun tələb etmək düzgün çıxmaz. Onu da nəzərə alaq ki, hələ toplanışın ilk mərhələsidi. Ancaq ümumi götürsək, baş məşqçi kimi futbolçulardan istəyim və tələbim topla sürətli oynamaq və ani zaman kəsiyində qərar verməkdi. Bunu bacara bilsək, qarşıya qoyulan məqsədə çatmaq mümkün olacaq. Ancaq hələ ki istədiklərimi görə bilmirəm. Bəzən futbolçular istini bahənə edib çox qaçmırlar. Ancaq düşünürəm ki, tədricən çatışmazlıqları aradan qaldıracağıq.
- Ötən mövsüm “Sumqayıt” sərgilədiyi oyunla azarkeşlərin rəöbətini qazanmışdı. Yeni “futbol ili”ndə komandadan nə gözləyək?
- Onu gələcək göstərəcək. İndidən nəsə deməyim düz çıxmaz.
- Baş məşqçi olaraq siz hansı oyun modelinə üstünlük verirsiz?
- Bu suala cavab vermək çox çətindi. Bu suala ancaq təlim-məşq toplanışından sonra, komandanın potensilına tam bələd olandan sonra cavab vermək mümkündü.
- Baş məşqçi təyin olunandan sonra ilk açıqlamnızda komandanın qarşısına minimum avrokuboklara vəsiqə qazamaq vəzifəsinin qoyulduğunu bildirmisiz. Çətin olmayacaq ki?
- Yenə həmin fikri təkrarlayıram. Bizim qarşımıza Avropa Liqasına vəsiqə qazanmaq məqsədi qoyulub. Çətin və ya asan - bunu zaman göstərəcək.
- Mövsümlərarası fasilədə “Sumqayıt”a yeni oyunçular cəlb olunub. Bu oyunçularla hədəfə çatmaq mümkün olacaqmı?
- Doğrudan da, bu yay komanda xeyli yeni oyunçu cəlb olunub. Onların hamısı komandaya fayda verəcək səviyyədədi. Hər bir məşqçi istədri ki, belə futbolçularla işləsin. Sevindirici haldı ki, onların hamısının ustalıq səviyyəsi yüksəkdi. Ancaq bütün bunlar hamısı kağız üzərindədi. Çalışmalıq ki, yaşıl meydanda da bunu sübut edək.
- Fiziki hazırlıq üzrə köməkçiniz ukraynalıdı. Onu siz dəvət etmisiz, yoxsa klub rəhbərliyinin istəyi ilə məşqçilər korpusuna cəlb olunub?
- Siz jurnalistlər həmişə qeyd edirsiz ki, ukraynalı futbolçular fiziki hazırlığına görə seçilirlər. Onu tanıdığımıza görə komandaya dəvət etmişik. O həm Kiyev “Dinamo”sunun akademiyasında və yuxarı yaş qruplarında, həm də “Şaxtyor”da çalışıb. Ukrayna klubları ilə əlaqələrimiz olduğuna görə onu klubda görmək istədik. Bu həm rəhbərliyin, həm də mənim istəyimdi.
- Cavid İmamverdiyevə Rusiyanın elita klubundan təklif gəlib. Klub prezidenti Riad Rəfiyev qəzetimizə açıqlamasında sizinlə məsləhətləşəndən sonra klubun mövqeyini ortaya qoyacağını bildirmişdi. Baş məşqçi kimi İmamverdiyevin mümkün gedişinə münasibətinizi bilmək istərdik.
- Komanda olaraq qarşımıza ciddi məqsəd qoyulub. Hədəfə çatmaq üçün isə səviyyəli, komandanı arxasınca apara biləcək oyunçulara ehtiycımız var ki, Cavid məhz belə oyunçulardan biridi. Təcrübəli oyunçumuzu sataq. Bəs biz nə edək? “Sumqayıt”ın siyasəsti hamıya bəllidi. Ancaq yerli oyunçuların xidmətindən yararlana bilərik. Bütün bunları nəzərə alıb, İmamverdiyevi satmağın məqsədəuyğun olmadığını düşündük. Bu məsələ ilə bağlı Cavidin özünün də fikirlərini öyrəndik. O da klubda qalmağa üstünlük verdi. O da komandaya kömək etmək istədiyini, qarşıya qoyulan məqsədə çatmaq üçün “Sumqayıt”da qalmaq istədiyini bildirdi.
Nazim bəyin ardından “Sumqayıt”ın düşərgəsində baxışda olan və böyük ehtimalla, müqavilə bağlayacağı Dmitri Nağıyevlə söhbət etdik. Ötən mövsüm Avstriyanın regional liqasında top qovan müdafiəçi ilə söhbətə elə “Qarabağ”dan başladıq.
- 2017/18 mövsümündə Vyana “Qarabağ”ının şərəfini qorumusan. Bu klub artıq satıldığından adını dəyişib. Bunun səbəbini bilmək istərdik.
- Mənim klubla müqaviləmin müddəti birillik idi. Açığı, yaşananların səbəbini tam təfsilatı ilə bilmirəm. Ancaq mənə elə gəlir ki, rəhbərlik qarşıya qoyulan məqsədə çata bilmədiyindən klubu satmağa qərar verdi. Rəsmilər düşünürdülər ki, komanda geridə qalan mövsümdə birinci diviziona vəsiqə qazana biləcək.
- Necə oldu ki, “Sumqayıt”a gəldin?
- Klub prezidenti Riad Rəfiyev mənimlə əlaqə saxladı və komandada görmək istədiyini bildirdi. Mənim babam əslən Sumqayıtdandı və o həmişə məni futbolçu görmək istəyib. Bu gün babam həyatda olmasa da, arzusu həyata keçib və mən futbol oynayıram. Əslində babam oğlunun futbolçu olmasını istəyib. Ancaq Allah ona oğlan qismət etməyib və qız övladı, yəni anam olub. Çox sevinirəm ki, oğlu olmasa da, nəvəsi, yəni mən onun arzusunu yerinə yetirmişəm. İnşallah, yeni klubumla avrokuboklara vəsiqə qazanmaqla onun göylərdə olan ruhunu bir daha şad edəcəm. Sumqayıt bizim üçün doğma şəhərdi. Orda bir çox qohumlarımız qalır. Ana vətənimin təmsilçisinin şərəfini qoruyacağıma görə çox xoşbəxtəm.
- Sumqayıtda olmusan?
- Açığı, şəhərdə olsam da, çox gəzmək imkanım olmayıb. Ancaq gördüklərimə əsasən onu deyə bilərəm ki, çox gözəl, cəlbedici şəhərdi. Qohumlarla da görüşmək imkanım olmayıb. Toplanışın ilk mərhələsini başa vurandan sonra Sumqayıtda dincəlməyi düşünürəm. Həmin vaxt da qohumlarımla görüşüb doyunca söhbətləşəcəm.
RƏŞAD
Buy Anabolic Steroids Onlines
Buy Legal Steroids

<a href="https://buysteroidsca.com/#">8 Best Legal Anabolic Steroids For Sale</a>

9 Best Legal Anabolic Steroids For Sale
Anabolic Steroids For Sale

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar