04 iy 19:19olke

Azərbaycanlı futbol adamları Salahın qərarını alqışlayır

Azərbaycanlı futbol adamları Salahın qərarını alqışlayır
Ruslan Qurbanov: “Bundan sonra həm də qatı islamsevər kimi xatırlayacam onu”
Hazırda Rusiyada davam edən dünya çempionatında maraqlı anlara şahidlik etməkdəyik. Almaniya millisinin qrupda qalması, həmçinin Argentina və Portuqaliyanın mundialı erkən başa vurması böyük səs-küyə səbəb olan hadisələrdi. Lakin bəzi kiçik olaylar var ki, onlar bəlkə də “kölgədə yatır”. Belə deyək, ciddi söz-söhbətlərə yol açmır.
İyunun 25-də, A qrupunun son turu çərçivəsində keçirilən Səudiyyə Ərəbistanı – Misir qarşılaşmasında birincilər gözlənilmədən qələbə qazandı. Ərəblər əsas vaxta əlavə olunmuş dəqiqədə 3 xalı təmin etsə də, oyundan sonra matçın ən yaxşı futbolçusu üçün nəzərdə tutulan mükafata Məhəmməd Salah layiq görüldü. Altı nəfərdən ibarət komissiya məhz Misinin “10” nömrəsini 90 dəqiqənin ən diqqətçəkən futbolçusu seçdi. Bu da təsadüfi deyildi. Məhəmməd 22-ci dəqiqədə iki müdafiəçidən sıyrılıb, topu qapıçının başı üzərindən tora qovuşdura bilmişdi. Bundan başqa, özünün də qol imkanları olmuşdu, komanda yoldaşlarına fərqlənmək şansı yaratmışdı.
“Liverpul”un aparıcı futbolçusu ən yaxşı futbolçu üçün nəzərdə tutulan mükafatı almaqdan imtina etdi. Təbii ki, açıq şəkildə yox, üstüörtülü formada. Təşkilatçılara ayağında ağrıların olduğunu, təcili həkim müayinəsinə ehtiyac duyduğunu bildirən forvard mükafatı almağı lazım bilmədi. Halbuki 90 dəqiqə meydanda olmuşdu və heç bir zədədən söhbət gedə bilməzdi. İş burasındadı ki, həmin mükafat pivə şirkəti tərəfindən verilirdi və qatı müsəlman olan Salah da spirtli içkini reklam edən şirkətin ənamını götürmək istəmirdi. Ona görə də dolayı yolla da olsa, mükafatlandırmaya qatılmaqdan imtina etdi. Hazırda FİFA məsələni araşdırır. Nə vaxtsa Məhəmmədin zədəli olmadığı ortaya çıxsa, yəni dini futbola qatdığı aşkarlansa, özü, yaxud da Misir Futbol Assosiasiyası cərimələnəcək.
Son vaxtların üzdə olan isminin əməli ilə işimiz yoxdu. Addımı atan Salah olubsa, cavabını da özü verəcək. Bizə maraqlı olan dindar futbol adamlarının misirli futbolçunun hərəkətinə olan münasibətidi. Yəni namaz qılan, İslam qanunlarına əməl edən hansısa azərbaycanlı futbolçu, yaxud məşqçi bu addımı atardımı? Bəziləri ilə əlaqə saxladıq.
Anar Nəzirov, “Zirə”nin qapıçısı: “Açığı, bu haqda xəbəri mətbuatdan oxumuşdum. Amma heç bir yerdə Salahın açıqlamasına rast gəlmədim. Yəni elə bir fakt yoxdu ki, futbolçu əsl faktın yazılanlar kimi olduğunu təsdiqləsin. Ola bilsin, mülahizələrdi, gümanlardı. Bəlkə də niyyəti dediyiniz kimi olub. Hətta belə olubsa da, bu onun şəxsi işidi. Mən, yaxud kimsə deyə bilməz ki, Məhəmməd niyə o addımı atıb. Çünki axirətdə hər kəs öz əməlinə görə cavab verəcək. Bildiyiniz kimi, Misirdə dinə daha çox bağlılıq var. Ən kiçik detala belə diqqət yetirirlər. Ona görə də Salahın mükafatdan imtina etməsi hardasa başadüşüləndi. Onun yerində olsam, nə edərdim? Açığı, bu cür suala qəfil cavab vermək olmur. Çünki həmin anı yaşamalısan, duruma baxmalısan. Şəxsi fikrim belədi ki, dini futbola, yaxud başqa nəyəsə qatmaq olmaz. Namaz qılırsan, ibadət edirsən – bunlar Allah yolundadı. Belə deyim, niyyətin düz yolda olmaqdı. Futbol isə ailənə pul qazandığın sahədi. Hər işin öz incəlikləri, öz sirləri var. İnanırsız, mən heç yerdə ağzımı açıb demirəm ki, namaz qılıram və ya nəsə edirəm. Bu mənə aid olan məsələdi. Deməyim odu ki, dinin öz yeri var, futbolun üz yeri. Bunu deməklə Salahı nədəsə günahlandırmaq istəmirəm. Sadəcə, öz fikrimi deyirəm”.
Vurğun Hüseynov, “Sumqayıt”ın müdafiəçisi: “Qısa deyirəm: halal olsun! Həm futbolda o zirvəyə yüksələsən, həm də o dərəcədə qatı dindar olasan... Nə bilim, vallah. Deməyə söz tapmıram. Həqiqətən niyyəti dediyiniz kimi olubsa, o dünyasını fikirləşib. Görün nə qədər böyük insandı ki, nə insanların qınağını düşünüb, nə hansısa cəza və ya cəriməni, nə də karyerasını. İnanmıram ki, onun yerində olum. Ona görə də “onun yerində olsaydın, nə edərdin” sualına dəqiq cavab verə bilməyəcəm. Qısaca onu deyim ki, həmin an hansı qərar qəbul edəcəyimi deyə bilmərəm. Bəlkə də Salah qədər dərindən düşünməzdim. Ona görə də ona “halal olsun” deyirəm”.
Aftandil Hacıyev, “Səbail”in baş məşqçisi: “Hər bir insanın inancı, inancla bağlı əməlləri və qərarları özünə məxsusdu. Və nə vaxtsa buna görə cavab verəcək. Salah da çox güman, nəyisə düşünərək, nəyisə bilərək bu addımı atdı. Şəriətdə də buyurulub ki, spirtli içki içmək və ya kiməsə təklif etmək, məsləhət görmək günahdı. Dediyiniz pivə şirkəti mükafatı Salah kimi futbol ulduzuna təqdim etməklə bir növ spirtli içkini reklam etmək niyyəti gedür. Məhəmməd də bunu bildiyindən, mükafatdan imtina edib. Fikrimcə, doğru addım atıb. Onun yerində deyiləm, bu gün üçün olmağım da mümkünsüzdü. Amma buna bənzər hadisə ilə rastlaşsam, düşünürəm ki, eyni qərarı qəbul edərdim”.
Vüqar Nadirov, klubsuz futbolçu: “Açığı, məsələdən tam xəbərdar deyiləm. Çünki Salahın açıqlamasına rast gəlməmişəm. Amma həqiqətən niyyəti belə olubsa, düz edib. Başqaları üçün pis görünə bilər, əslində müsəlmanlıq borcunu yerinə yetirib. Pivə şirkətinin mükafat verməkdə məqsədi nədi? Məhsulunu reklam etmək. Belə çıxır ki, namaz qılan, dinə bağlı olan adam pivəni reklam edir. Ona görə də Məhəmmədin qərarını alqışlayıram. Bəli, onun yerində mən də olsaydım, eyni addımı atardım”.
Hüseynqulu Quliyev, işsiz mütəxəssis: “Bir müsəlman adına tam doğru qərar qəbul edib. Söhbət spirtli içkinin reklamından gedirsə, Məhəmmədin həmin mükafatı götürməmək hüququ var. Düşünmürəm ki, kimsə onu qınasın və ya cəzalandırsın. Çünki göstərə biləcəyi səbəb var. Ortada spirtli içki adı varsa, əlbəttə, mən də imtina edərdim”.
Ruslan Qurbanov, “Səbail”in hücumçusu: “Düzü, belə bir hadisənin baş verdiyini sizdən eşidirəm. Həqiqətən dediyiniz kimi olubsa, o əsl müsəlmanlıq nümayiş etdirib. Salah mənim gözümdə sadə insan və güclü futbolçu idi. Bundan sonra həm də qatı islamsevər kimi xatırlayacam onu. O anda o cür qərar qəbul etmək Məhəmmədin İslama olan sevgisini, hörmətini göstərir. İmanını heç bir mükafatın ayağına vermədən hərəkət edib. Eyni halla üzləşsəydim, mən də həmin qərarı qəbul edərdim. İslam qanunlarına görə içki haram buyurulubsa, deməli, içki şirkətini reklam etmək də qəbulolunmazdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar