04 iy 19:18olke

Stankoviç “Qəbələ”nin hazırlığını dəyərləndirdi

Stankoviç “Qəbələ”nin hazırlığını dəyərləndirdi
“Proqres”in türk futbolçusu Karapetyanı ifşa etdi
Mövsümlərarası təlim-məşq toplanışının ikinci mərhələsini Sloveniyada keçirən “Qəbələ” 11-ci günü bir məşqlə başa vurub. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən hazırlıq prosesi fiziki təmrinlərin yerinə yetirilməsi ilə start götürüb. Ardınca futbolçular toplu çalışmaları icra edib.
Bu arada “qırmızı-qaralar”ın serbiyalı müdafiəçisi Voislav Stankoviç hazırlıq prosesini dəyərləndirib: “Sloveniyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsindəki hazırlıq prosesi yaxşı səviyyədə keçir.
Komandanın düşərgəsində yüksək əhval-ruhiyyə var, futbolçular əzmlə çalışır. Burda olduğumuz 10 gündə artıq iki yoxlama oyununda qüvvəmizi sınamışıq. Bizi daha iki yoxlama oyunu da gözləyir. Düşünürəm ki, bizim üçün ən əsası Avropa Liqasının 1-ci mərhələsinə tam hazır olmaqdı”.
Stankoviç komandanın Avroliqanın birinci təsnifat mərhələsindəki rəqibi - Lüksemburq “Proqres”i haqda da fikirlərini bölüşüb: “Proqres”in oyununu görmüşəm. Deyə bilərəm ki, bizi ilk mərhələdə yaxşı rəqib gözləyir. Lüksemburq təmsilçisi yay fasiləsində heyətinə 5-6 futbolçu dəvət edib. “Qəbələ” və “Proqres” arasında maraqlı oyunlar olacağını düşünürəm. Hesab edirəm ki, toplanışın sonunadək maksimum hazırlıq keçdikdən sonra mərhələ adlamağa yaxşı şanslarımız olacaq”.
Serb müdafiəçi “Qəbələ”nin yeni transferləri Sabien Lilay və Ceyms Adeniyinin komandaya faydalı olacağını qeyd edib: “Komandaya yeni qoşulan iki futbolçudan biri – Lilay yoxlama matçlarının ikisində də iştirak etdi. Onun komandamızı gücləndirəcəyini söyləyə bilərəm. Ceyms isə yalnız ikinci qarşılaşmada meydana çıxıb. Nigeriyalı yaxşı futbolçudu. O, komandayla bir müddət də hazırlıq keçdikdən sonra hücum xəttimizi gücləndirəcək. Bu transferlərlə “Qəbələ” daha güclü olacaq”.
Ötən saylarımızın birində “Proqres”in ən sərrast futbolçusu, ötən mövsüm Lüksemburq çempionatında 29 qol vuran Aleksandr Karapetyanın “Qəbələ” ilə keçiriləcək ilk oyun üçün Azərbaycana gətirilməyəcəyini xəbər vermişdik. Bununla bağlı klubun idman direktoru Tomas Qliqeman Lüksemburq mətbuatına açıqlama vermişdi. Klub rəsmisi bildirmişdi ki, Azərbaycanla Ermənistan arasındakı problemi nəzərə aldıqlarına görə belə addım atmağı lazım biliblər. Karapetyanın özü də azerisport.az saytına açıqlamasında ilk oyuna gələ bilməyəcəyini deyib. Onu da əlavə edib ki, komanda yoldaşı olan türk futbolçu ona Azərbaycana getməməyi məsləhət bilib. “Proqres”in heyətində yer alan yeganə türk futbolçu isə Mətin Karayerdi. Fransa vətəndaşı olan Mətin azerisport.az saytına açıqlamasında Karapetyanın fikirlərinə münasibət bildirib: “Komandada tək türk mənəm. Bir nəfər də rəhbərlikdə təmsil olunur. Türkiyə və Azərbaycan qardaş ölkələrdi. İnanıram ki, bizi orda xoş qarşılayacaqlar. Biz çox şadıq ki, Azərbaycana gedirik. Hamı Azərbaycan və Ermənistan arasında yaşanan gərginlikdən xəbərdardı. Bizim nəsə deməyimizə gərək yoxdu. Klub rəhbərliyi və Karapetyan qərara gəldilər ki, “Qəbələ” – “Proqres” oyunu dostluq ab-havasında keçsin”.
Türkəsilli müdafiəçinin sözlərindən də görünür ki, o erməni futbolçuya Azərbaycana getməməklə bağlı heç nə deməyib. Qərar klub rəhbərliyinə və Karapetyanın özünə məxsusdu. Görünür, erməni xisləti, daim türkü şərləmək siyasəti Karapetyanın da damarına işləyib. Forvard Azərbaycana gəlməkdən qorxduğunu gizlətmək üçün komanda yoldaşı olan Mətinin ona belə məsləhət verdiyini bildirib.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar