04 iy 19:10olke

Hüseynqulu Quliyev “Zirə”ni öz istəyi ilə tərk edib

Hüseynqulu Quliyev “Zirə”ni öz istəyi ilə tərk edib
“Bəzi məsələlərdə ortaq məxrəcə gələ bilmədik”
Vaxtilə “Qəbələ”nin Futbol Akademiyasında çalışmış, lakin son mövsümdə “Zirə”nin əvəzedicilərindən ibarət komandaya rəhbərlik edən Hüseynqulu Quliyev işdən ayrılıb. Onu həmin postda əsas komandada Ayxan Abbasovun köməkçisi işləmiş Kamen Vasiliyev əvəzləyib.
Yalnız Azərbaycanda mövsümü mükafatla başa vuran mütəxəssislər işdən kənarlaşdırıla bilər. Xatırlayırsızsa, “Neftçi”nin 5 illik medalsızlıq sindromuna Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda son qoydu. “Ağ-qaralar” çoxlarının gözləmədiyi halda 3-cü pilləyə yüksəlib, Avroliqaya vəsiqəni təmin etdi. Lakin Əhmədovun müddəti başa çatan müqaviləsi yenilənmədi və onun yerinə Roberto Bordin gətirildi.
Eyni durumla Hüseynqulu Quliyev də üzləşdi. Təcrübəli mütəxxəsisin çalışdırdığı kollektiv əvəzedicilərin çempionatında “Neftçi”, “Qarabağ”, “Keşlə” kimi rəqiblərini qabaqlamaqla bürünc medal qazandı. Yekunda Quliyevlə yollar ayrıldı. Maraqlıdı, niyə? Fikir ayrılığına nə səbəb olub? Olmaya Hüseynqulu bəy öz istəyi ilə komandanı tərk edib? Öz dilindən eşidək: “Əvvəla onu qeyd edim ki, məni heç kim işdən çıxarmayıb. Özüm öz xoşumla ayrılmışam. Mövsüm başa çatandan sonra klub rəhbərliyi ilə söhbətimiz oldu. Lakin bəzi məsələlərdə ortaq məxrəcə gələ bilmədik. Belədə getməyi qərara aldım. Hansı məsələlər olduğunu mətbuata açıqlamaq istəmirəm. Bu aramızda olan söhbətdi və belə də qalması məsləhətdi. Pul? Yenə deyirəm, təfərrüata varmaq istəmirəm. Mənim üçün vacib olan münasibətdi. Şükürlər olsun ki, heç kimlə düşmən deyiləm. Hamı ilə dost kimi ayrıldıq. İndiyə qədər çalışdığım klublarda heç kimlə problemim, şəxsi qərəzim olmayıb. İnşallah, bundan sonra da olmaz. Belə baxanda, “Zirə”də qarşıma konkret hədəf qoyulmamışdı. Sadəcə, bacardıqca irəliləməyimiz lazım idi, həm də əsas komanda üçün futbolçu yetişdirmək. Onu da bacardıq. Məncə, 3-cü pillə pis göstərici sayıla bilməz”.
Hüseynqulu bəy bundan sonra nə etmək fikrindədi? Bəlkə cəlbedici təklif alıb deyə, şərtləri nisbətən zəif olan “Zirə”dən ayrılmaq qərarına gəlib? Amma yox, Quliyev axtarışdadı: “Düzü, bu gün hansısa real təklif, real söhbət yoxdu. Özünüz də bilirsiz ki, Azərbaycan futbolunda komanda qıtlığı var. “Qəbələ”yə qayıdıram? Xeyr, belə bir söhbət yoxdu. Görək də, inşallah, bir iş tapıb işləyərəm. Yaxın bir həftə ərzində hansısa xəbər çıxar. Allah böyükdü, bir qapı açar, işimizi davam etdirərik. Amma “Zirə”dən hansısa klubun təklifinə görə ayrılmağım doğru ehtimal deyil. Dediyim kimi, sırf şərtlərimiz üst-üstə düşmədi deyə, əməkdaşlığı davam etdirmədik. Fürsətdən istifadə edib həm əvəzedici, həm də əsas komandaya növbəti mövsümdə uğurlar arzulayıram”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar