01 iy 16:23olke

Rizvan Fərzəliyev legioner limitinin əleyhinədi

Rizvan Fərzəliyev legioner limitinin əleyhinədi
“Kubok “Araz” üçün perspektivsiz yarış idi”
Adama elə gəlir ki, Zaur Axundov “futzalın başını buraxıb”, bütün vaxtını, pulunu, enerjisini böyük futbola, konkret “Keşlə”yə ayırıb. Hər halda, sön dövrlər “kiçik futbol”da müşahidə olunan qeyri-müəyyənliklər belə düşünməyə əsas verir. Elə götürək “Araz”ı, az qala hər gün bir nəfərin komandadan ayrıldığı haqda xəbər yayılır. Qallonun gedişindən sonra gücü əhəmiyyətli dərəcədə azalan Naxçıvan təmsilçisi Eduardonu da itirdi. Millimizin üzvü Fransa klubuna keçib. Bu isə çempiona yaxşı heç nə vəd etmir. Düzdü, Çempionlar Liqası payızda start götürəcək. Konkret Joze Alesio da Silvanın yetirmələri qitə turnirinə oktyabrın əvvəlində yollanacaq. Başqa sözlə, yarışa üç ay vaxt qalır. Ancaq nəzərə almaq lazımdı ki, təmsilçimiz hazırlığa avqustda başlayacaq. Üstəlik, klub transfer çalışmalarını yayda həyata keçirir. İndiki məqamda isə nəinki yeni transferlər, gedənlər diqqəti çəkir.
Komanda ilə bağlı əsas sualları iyulun sonlarında Bakıya dönəcək braziliyalı baş məşqçi üçün saxlamışıq. Ancaq indiki məqamda kapitan Rizvan Fərzəliyevlə danışmağı məqsədəuyğun saydıq. Həm də təkcə son proseslərdən yox, “Araz”ın kubokda mübarizəni dayandırması, özünün karyerası, məşqçiliyə başlamasından da danışdıq.
- Millinin kapitanı yayın istisində harda dincəlir?
- Evdə, kondisionerin altında (gülür). İstirahət üçün harasa getməyi planlaşdırmamışam.
- İstirahəti qoyaq bir kənara, kommersiya turnirlərinə qatılmağa necə baxırsan? Təklif olub? Məsələn, “Araz”dakı komanda yoldaşların Xətaiylə Ramiz, həmçinin Seymur Məmmədov, Emin Kürdov, Fərid Ələkbərov ötən ay Aktauda təşkil edilən beynəlxalq turnirə qatılıblar, 3 min dollar qazanıblar. Tyaqo da hazırda Dubayda komersiya xarakterli yarışda iştirak edir.
- Qazandıqları halal xoşları olsun. Əziyyət çəkiblər, bu onların haqqıdı. Xeyir işlərə xərcləsinlər. Fasilə dövrüdü, onlar da boşluqdan istifadə ediblər. Özümə gəlincə, axşamlar dostlarla yığışıb futbol oynayırıq. Sırf formada qalmaq üçün, pul qazanmaq üçün yox. Vaxtımı daha çox ailəmə sərf edirəm. Açığı, pullu turnirə təklif də olmayıb.
- Deyəsən, məşqçiliyə başlamısan...
- Nəyi nəzərdə tutursan? Mən hələ karyeramı bitirməyə tələsmirəm.
- Səni “Fənər”in məşqlərində görmüşük.
- Oğlum orda oynayır, 9 yaşı var. Məşqçisi Azər Cabbarovdu, Rəcəb Fərəczadə də ordadı. O düzdü ki, uşağı məşqə aparanda Azərlə Rəcəbə kömək edirəm. Amma hələ məşqçiliyə başlamaq üçün tezdi.
- Dedin ki, butslarımı mismardan asmağa tələsmirəm. “Araz”ı başa düşdük, bəs millidə gənclərə meydan verməyin vaxtı çatmayıb?
- İstər “Araz”da olsun, istərsə də millidə, görsəm ki, hansısa gənc yetişib və məni adıma görə oynadırlar, o isə ehtiyatda qalıb, dərhal gedərəm. Amma bu gün özümü kimdənsə zəif saymıram. Fiziki hazırlığım da yerindədi. Məsələ burasındadı ki, gənc futzalçılar biz veteranları sıxışdıra bilmir. Vaxtilə mən, Vitali Borisov, Namiq Məmmədkərimov bir yerdə gəldik futzala. Bizdən sonra Xətai Bağırov, İsa Atayev, Rövşən Hüseynli, Ramiz Çovdarov və Samir Həmzəyev çıxdı üzə. Ancaq Samir ona verilən o qədər şansa rəğmən, özünü göstərə bilmədi və gerilədi. Rövşən qapıçıdı və sözün həqiqi mənasında “1 nömrə”di. Rizvanın yaşı 38 olub, bizdən sonrakı nəsilin üzvləri də 28-30 yaşındadı. Təəssüf ki, bu gün 20-25 yaşlı futzalçımız yoxdu. Halbuki başqa ölkələrin yığmalarında orta yaş 23-25-di. Yaxın illərdə bu əsl başağrıya çevriləcək.
- Qallonun ardından Eduardo da “Araz”dan ayrıldı, karyerasını Fransada davam etdirəcək. Kapitan kimi bu barədə nə deyə bilərsən?
- Edu da dəqiqləşdi? Açığı, onun özünə klub tapdığını bilmirdim, sizdən eşitdim. Nə deyə bilərəm? Yəqin ki, rəhbərlik çarə fikirləşəcək. Əvvəlki illərdə də bizdə “yarpaq tökümü” olub, ancaq yeni transferlər hesabına boşluqlar doldurulub. ÇL-ə hələ çox var. Baş məşqçi hazırda vətənindədi və şübhəsiz, rəhbərliklə əlaqə saxlayırlar. O axtarışdadı, yeni legionerlərə baxır, danışıq aparır. Qallo və Eduardo gedibsə, ən azı onların yerinə legioner gətiriləcək.
- Komanda nə vaxt yığışacaq?
- Hələ toplanışın vaxtı ilə bağlı xəbər verməyiblər. Adətən, iyulun sonunda yığışırıq. Bildiyimə görə, Alesio gələn ayın ikinci yarısında Bakıya qayıdacaq. Gələn kimi plan tərtib edəcək, ona uyğun məşq qrafiki hazırlanacaq.
- Hazırkı durumu da nəzərə alsaq, ÇL-də “Araz”dan nə gözləmək olar?
- Həmişəki kimi, iddialı olacağıq. Ötən avrokubok mövsümü boşa verilmiş, çıxışımız uğurlu alınmamışdı. Bu dəfə ciddi hazırlaşacağıq. Minimum hədəf elit-mərhələ, əsas tapşırıq “dördlər finalı”nda iştirak etməkdi.
- “Araz” 2017/18 mövsümündə də çətinlik çəkmədən qalib oldu. Rəqabətsiz mühit milli üzvlərinə daha çox ziyan vurur.
- Deməzdim ki, rahat çempion olduq. Xüsusilə qış fasiləsinə qədər çətinlik yaşadıq. “Marafon”, “Ekol”, “Neftçi”, “İtaldizayn” asan təslim olmurdu. Çempionatı məğlubiyyətsiz başa vursaydıq, dediyinizlə razılaşmaq olardı. Amma bir neçə oyunda xal itkilərimiz oldu, uduzduq, heç-heçə etdik. Hətta “Yasamal” da legionerlərin hesabına rəqabət yarada bilirdi.
- Legionerlərdən söz düşmüşkən, hesab etmirsən ki, onların sayı həddən artıqdı və limit tətbiq olunmalıdı? Axı belədə gənc yerli oyunçular ehtiyatda qalır.
- İnanın, yerli futzalçı olsa, komandalar elə özümüzkülərə şans verər. Futzalda pul çoxdu ki, gedib İrandan, Belarusdan, Braziliyadan legioner gətirsinlər? Qeyd etdiyim kimi, yerli uşaq tapılmır, yetişmir! Rəhbərlik də məcbur olub xaricə üz tutur. Deyək ki limit tətbiq etdik, xaricdən heç kimi gətirmədik, kim oynayacaq onların yerinə? Əvvəl futzalçı yetişdirməliyik, sonra balansı düşünərək legionerə limit tətbiq etməliyik. Az-çox səviyyəli oyunçular “Araz”da, “Neftçi”də, “Ekol”da və “İtaldizayn”dadı. Yerlilərlə uzağı 4 komanda formalaşdırmaq olur, bəs qalanları? İmkan verək komandalar legioner gətirsin, çempionatda rəqabət artsın, liderlə başqaları arasında səviyyə fərqi aradan qalxsın. İnanıram ki, növbəti mövsüm daha gərgin, maraqlı keçəcək. Kubokda “Uğur”un ifasında iddalı komanda peyda oldu. Çempionata qatılsalar, mübarizə gərginləşəcək.
- Amma “Araz” kubokda “Yasamal”ın ikinci komandasıyla bacarmayıb mübarizəni elə birinci mərhələdə dayandırdı.
- Bildiyiniz kimi, “Araz” əvvəlki illərdə də kuboka önəm verməyib. Çünki ÇL-də iştirak üçün vəsiqəni yüksək liqadan qazanmaq olur, onu da bir qayda olaraq, biz götürürük. Bu il də belə oldu. Mövsümə kubokla yekun vurulur, onda da legionerlərimiz çıxıb gedir. Kubok start götürəndə artıq baş məşqçimiz vətəninə yollanmışdı. Düzdü, “Yasamal”la oyunda futzalçıların heç də hamısı getməmişdi. Oynamaq, mərhələni adlamaq olardı. Ancaq həm zədəlilərimiz var idi, həm də bilirdik ki, legionerlər çıxıb gedəcək və birinci mərhələdə olmasa da, 1/4-də, yarımfinalda mübarizə aparmaq çətin olacaq. Belədə məsləhətləşib çıxışımızı elə əvvəldən dayandırdıq. Fikrimcə, doğru olanı etdik. Yarımçıq heyətlə kubokda mübarizə aparmaq əlavə itki, yersiz güc sərfi olacaqdı. Bir sözlə, perspektivsiz yarış idi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar