29 in 23:45olke

UEFA səbətləri açıqladı

UEFA səbətləri açıqladı
Futzal üzrə Çempionlar Liqasında ilkin və əsas mərhələnin püşkü iyulun 5-də atılacaq. Artıq UEFA-nın rəsmi saytında yeni ad altında ilk dəfə keçiriləcək yarışın reqlamenti və qaydalar haqda məlumat yerləşdirilib. Turnirin loqosu da hazırdı. Xəbər verdiyimiz kimi, ümumilikdə yarışda 59 klub mübarizə aparacaq. Yeri gəlmişkən, liqada üç ölkəni - Türkiyə, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.
Dörd ölkə ilk dəfə 2 klubla mübarizə aparacaq. İspaniya, Portuqaliya və Rusiya ən yüksək reytinqə sahib olduqlarına görə bu hüquqa yiyələnib. Qazaxıstanın isə iki təmsilçi ilə qatılmasında İspaniya “İnter”inin yarışın son qalibi olmasının rolu danılmazdı. Məhz bu komanda ölkəsinin çempionu olduğuna görə Qazaxıstanın vitse-çempionu da güclülər sırasına qoşulub. Belə ki, turnirin son qalibi daxili çempionatı ilk iki pillədə başa vura bilməzsə, o zaman həmin ölkə Çempionlar Liqasında 3 komandayla təmsil oluna bilər. “İnter” İspaniya çempionluğunu da qazanıb və belədə bu ölkəni bu komanda ilə bərabər “Barselona” təmsil edəcək.
Püşkatma və oyun günləri:
5 iyul. İlkin və əsas mərhələnin püşkatması. Nyon. Saat 16.15
28 avqust – 2 sentyabr. İlkin mərhələnin oyun günləri
2-7 oktyabr. Əsas mərhələnin oyun günləri
12 oktyabr. Elit-raundun püşkatma mərasimi. Nyon. Saat 16.00
13-18 noyabr. Elit-raundun oyun günləri
2019-cu ilin əvvəli. Final mərhələsinin püşkatması
25 və ya 26 aprel. Yarımfinal oyunları
27 və ya 28 aprel. Final və üçüncü yer uğrunda oyun
İlkin mərhələdə 34 komandanın iştirakı gözlənilir. Burdan əsas mərhələyə 9 qrup qalibi yüksələcək. Yəni ilkin mərhələdə çıxış edən komandalardan hansısa əsas mərhələdə iştirak etmədən elit-raunda yüksəlməyəcək. Əsas mərhələdə isə 32 komanda yarışacaq. Məlumat üçün qeyd edək ki, ölkəmizi ÇL-də təmsil edəcək “Araz” mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Püşk zamanı komandalar iki səbətə bölünəcək. A səbətində 1-dən 11-dək və 16-dan 19-dək qərarlaşan, B səbətində 12-dən 15-ə, 20-dən 22-yə və ilkin mərhələdən yüksələcək 9 komanda yer alacaq. İştirakçılar yenə hər birində 4 komanda olmaqla, eyni sayda qruplara bölünəcək. A səbətində yer alan komandaların bölündüyü qruplardan 3 komanda, B səbətindəki komandaların qərarlaşdığı qruplardan isə ancaq birinci yerin sahibi elit-raundda iştirak hüququ qazanacaq. Elit-raundda 16 komanda 4 qrupda mübarizə aparacaq. A səbətində yer alan qrupların qalibləri elit-raundda hər biri bir qrupun ilk sakini olacaq. Mərhələni ikinci pillədə başa vuranlar da növbəti mərhələdə püşklə düşəcəkləri qrupda ikinci yerdə qərarlaşacaq. Ancaq əsas mərhələni eyni qrupda keçirən və ilk iki pilləni tutan komandalar elit-raundda bir qrupda yer almayacaq. “Dördlər finalı”na isə qrup qalibləri yüksələcək.
Səbətləri diqqətinizə çatdırırıq:
İlkin mərhələ
1-ci səbət
İnformatika Timişoara (Rumıniya)
Mostar (Bosniya və Hersoqovina)
Veles (Makedoniya)
Hohenstayn Ernstthal (Almaniya)
Rekord Bielsko-Biała (Polşa)
Uddevalla (İsveç)
Dinamo (Moldova)
Vytis (Litva)
Allstars Vayner Noystad (Avstriya)
2-ci səbət
Enkamp (Andorra)
Rasinq (Lüksemburq)
Kosmos Tallinn (Estoniya)
Murata (San Marino)
Vattsell (Şotlandiya)
Belfast Yunayted (Şimali İrlandiya)
Vanqir Jupiters (İslaniya)
3-cü səbət
Çelik NK (Monteneqro)
La Çaux-de-Fonds (İsveçrə)
Türkiyə çempionu
Makkabi Tel-Aviv (İsrail)
Tirana (Albaniya)
Futsamba Naas (İrlandiya)
Kardiff University (Uels)
4-cü səbət
Kampuksen Dinamo (Finlandiya)
Futsal Gentofte (Danimarka)
Valletta (Malta)
Varna Siti (Bolqarıstan)
Doukas SAC (Yunanıstan)
Ridinq (İngiltərə)
Lynx (Cəbəllütariq)
5-ci səbət
Leo (Ermənistan)
Hovosubo (Hollandiya)
TMC Tbilisi (Gürcüstan)
Sandefjord (Norveç)
Əsas mərhələ
B səbəti
6-cı səbət
Nikars Riga (Latviya)
Novo Vrijeme Makarska (Xorvatiya)
APOEL (Cənubi Kipr)
Luçenec (Slovakiya)
7-ci səbət
İlkin mərhələnin A qrupunun qalibi
8-ci səbət
A&S Futsal Pescara (İtaliya)
Araz (AZƏRBAYCAN)
Aktobe (Qazaxıstan)
A səbəti
9-cu səbət
Ekonomac Kragujevac (Serbiya)
Halle-Gooik (Belçika)
Doboveç (Sloveniya)
Feniks (Kosovo)
10-cu səbət
MFC Xerson (Ukrayna)
Kremlin-Bicetre United (Fransa)
11-ci səbət
Sibiryak (Rusiya)
EP Çrudim (Çexiya)
LSM Lida (Belarus)
12-ci səbət
Benfica (Portuqaliya)
Kayrat (Qazaxıstan)
Gyor (Macarıstan)
14-cü səbət
İnter FS (İspaniya)
Sportinq CP (Portuqaliya)
Qazprom-Yuqra (Rusiya)
Barselona (İspaniya)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar