29 in 23:36olke

"Neftçi"dən ikinci qələbə

"Neftçi"dən ikinci qələbə
Dünən "Neftçi” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb. "Ağ-qaralar" məskunlaşdığı "Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanında Rumıniya "Dunarea Kalarası”sı ilə üz-üzə gəlib. Qeyd edək ki, flaqman ilk yoxlama oyununda Makedoniya "Şkupi”sini 2 cavabsız qolla məğlub etmişdi. "Neftçi”nin rumınlarla oyunda start heyəti belə olub: 1. Səlahət Ağayev, 4. Rəşad Eyyubov, 9. Baqali Dabo, 10. Dario Federiko, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 28. Slavko Braliç, 93. Soni Mustivar. İlk dəqiqələrdən ehtiyatda isə bu oyunçular yer alıb: 94. Rəşad Əzizli, 73. Nail Alışov, 5. Anton Krivotsyuk, 6. Qoran Paratski, 7. Namiq Ələshərov, 8. Emin Mahmudov, 26. Ömər Buludov, 36. Xəlil Bəşirov, 37. Vüsal Əsgərov, 51. Elçin Əsədov, 70. Əli Şirinov, 77. Elvin Sərkərov. İlk matçla müqayisədə "11-lik"də bəzi dəyişikliklər diqqəti çəkir. Oyuna gəlincə, 10-cu dəqiqə cinahla irəliləyən Darionun ötürməsindən sonra Rəhman qapıya zərbə endirsə də, top müdafiəçidən qayıdıb. 21-ci dəqiqədə isə Hacıyev komanda yoıdaşına fərqlənmək imkanı yaradıb. Lakin Eyyubovun vuruşu zamanı top qapının üstündən keçib. Az sonra Rəhman yenidən diqqət mərkəzinə düşüb. Bu dəfə yarımmüdafiəçinin fərqlənməsinə "çərçivə qoruyucusu" imkan verməyib. "Neftçi"nin həmlələri 39-cu dəqiqədə bəhrə verib. Dario ağ-qara formada qol hesabını açıb. Fasiləyə qədər bakılılar daha bir dəfə fərqlənməyə yaxın olub. Mirabdullanın zərbəsindən sonra rəqib qapıçı topu kornerə çıxara bilib. İlk yarı bu hesabla da başa çatıb. İkinci hissənin əvvəlində Darionu Ələsgərov əvəzləyib. Namiqin 51-ci dəqiqədə "çərçivə"yə ünvamladığı topu qapıçı çətinliklə dəf edib. Az sonra rəqib də təhlükəli həmlə ilə yadda qalıb. Ancaq Səlahət rumınların sevinməsinə imkan verməyib. Çox keçmədən Rəşadın yerinə Qoran Paratski meydana çıxıb. Bu, xorvat futbolçunun "Neftçi"də ilk oyunu idi. Onun ayağı komandası üçün düşərli olub. Belə ki, bir saatın tamamında "Neftçi” hesab arasındakı fərqi artırıb. Rəhmanın ötürməsindən sonra Mirabdulla "Dunarea Kalarası”nı məyus edib. 66-cı dəqiqə Dabo fərqlənməyə yaxın imiş. Onun zərbəsindən sonra top qapının yanından keçib. Qalan dəqiqələrdə "Neftçi" bir dəfə Emin, bir dəfə isə Namiq ilə təhlükə yaradıb. Mahmudovun sevinməsinə qeyri-dəqiqlik mane olubsa, Ələsgərov qapıçı səddinə "ilişib". Bununla da "ağ-qaralar" ilk yoldaşlıq oyununda olduğu kimi, 2:0 hesablı qələbə qazanıb. "Neftçi” iyulun 5-də Rumıniyanın digər təmsilçisi "Politexnika” ilə üz-üzə gələcək. İyulun 2-dəki sınaqçı-rəqibin kimliyi haqda isə yaxın günlərdə məlumat veriləcək.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar