29 in 23:24olke

“Qəbələ” “Dinamo” ilə bacarmadı

“Qəbələ” “Dinamo” ilə bacarmadı
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ”dünən hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirdi. “Qırmızı-qaralar”ın rəqibi Xorvatiyanın dəyişməz çempionu olan “Dinamo” idi. Zaqreblilərlə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda baş tutdu. Bakı vaxtı ilə saat 20.00-da başlayan oyunda şimallıların baş məşqçisi Sənan Qurbanov ilk dəqiqələrdən bu futbolçulara meydana çıxmaq şansı yaratmışdı: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Stiven Monroz, 10. Rauf Əliyev.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə.
Gərgin və maraqlı mübarizə şəraitində keçən matçın ilk yarısında hesab açılmayıb. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”nin heyətində 65-ci dəqiqədə Alıyev Camalovu, 90-cı dəqiqədə isə Hacıyev Lilayı əvəzləyib. Onu da qeyd edək ki, Xorvatiya klubunun rəsmi saytı oyunu canlı yayınlayırdı. Oyunun Sloveniyada keçirlməsinə baxmayaraq, tribunada təxminən 100-ə yaxın xorvat azarkeş var idi ki, onlar da 90 dəqiqə boyunca dayanmadan sevimli komandalarını irəli səsləyir, müxtəlif mahnılar oxuyur, şüarlar səsləndirirdilər.
Matçdakı hər iki qol ikinci 45 dəqiqəyə təsadüf etdi. Bezatosnının qoruduğu qapıdan iki top keçirən xorvatlar matçı qalib başa vurmağı bacardılar. İlk qolda şimallıların mərkəz müdafiəçilərinin mövqe səhvinə yol verdiyini qeyd edək. Voislavla Bəhlul bir-birinə arxayın olaraq rəqib forvardın üzərinə getmədilər. Bundan yararlanan rəqib futbolçu isə çox asanlıqla “çərçivə”ni dəqiq nişan alıb komandasını hesabda önə keçirdi. Zərbə anını gözdən qaçıran Bezotosnı komandasının xilaskarı ola bilmədi. Matçın son dəqiqələrinə təsadüf edən ikinci qol isə ukraynalının ayağına yazılmalıdı. “Dinamo”nun oyunçusu təxminən 25 metrdən o qədər də güclü olmayan zərbə ilə toru silkələdi. Ancaq nədənsə Dmitri yaxın küncə yönələn zərbəni dəf edə bilmədi. Həmin an ona heç kim mane olmurdu, topun traektoriyasını da görürdü. Yeri gəlmişkən, Bezotosnı Zaqreb klubu ilə qarşılaşmada o qədər də inamlı təsir bağışlamırdı. O bir neçə dəfə çıxışda da səhvə yol verdi. Ancaq komanda yoldaşları onu “sığortalamaqla” rəqibin sevinməsinə imkan vermədi. Qurbanovun yetirmələrinin də fərqlənmək üçün imkanı oldu. Ancaq Qismət Alıyev Ürfan Abbasovun cinadan əla ötürməsini layiqincə dəyərləndirə bilmədi. Gənc yarımmüdafiəçi yaxın məsafədən topu düz qapıçının üstünə vurdu. Ondan əvvəl isə Təmkin - Asif cütlüyünün divar paslaşmasından sonra birinci toru yandan silkələdi. Beləliklə, iki qol vuran xorvatiyalılar görüşdən qalib ayrılmağı bacardılar. “Qırmızı-qaralar” isə Sloveniya toplanışında ilk məğlubiyyətə üzüldülər.
Sənan Qurbanov oyundan sonra klub saytına açıqlama verib: “Bu gün daha sürətli oyun izlədik. Zaqreb “Dinamo”su ilə qarşılaşma bizim üçün yaxşı rəqabət oldu. Belə rəqibə, sürətli komandaya qarşı oynamaq çox faydalıdı. Çünki hansı rəqibə qarşı necə oynamaq lazım olduğunu görürük. Avropa Liqasında da belə komandalarla qarşılaşmışıq. Futbolçular da belə matçlara necə yanaşmaq, necə məşq etmək lazım gəldiyini bilirdilər. Belə rəqiblərlə oynamaq bizim üçün müsbət haldı”.
Qurbanov Sloveniya toplanışındakı iki yoxlama oyununa əsasən komandada dəyişikliklərin olduğunu da qeyd edib: “Komandanın oyununda inkişaf görünür. Futbolçular meydanda daha hərəkətlidi. Ehtiyatda oyunçularımız nisbətən az olduğundan bu gün meydana çıxanlar nisbətən çox yükləndi. Yeni transferimiz Ceyms Adeniyi komandayla məşqlərə başlayıb. Cavid Hüseynov da heyətə döndükdən sonra gücümüzə güc qatacaq. “Dinamo” oyunu iki heyətlə keçirdi. Futbolçularımız 90 dəqiqə rəqibə qarşı düzgün mübarizə apardı. Hesabda geri düşdükdən sonra da oyunçular matçda dönüş yaratmaq üçün çalışdılar, sonadək oyun intizamını pozmadılar. Düzgün mübarizə apardılar. Amma oyunun sonlarında rəqibin sürəti həlledici rol oynadı. “Proqres”lə iyulun 12-də keçiriləcək matça qədər komandamızın yaxşı forma yığacağını düşünürəm”.
Xatırladaq ki, “Qəbələ” Sloveniyada keçirdiyi ilk yoxlama oyununda Albaniya “Kukesi”si ilə heç-heçə etmişdi – 1:1.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar