29 in 14:00olke

“Qarabağ” heç-heçə etdi, Şehiç düşərgəyə baş çəkdi

“Qarabağ” heç-heçə etdi, Şehiç düşərgəyə baş çəkdi
Çempionun yeni transferi haqda bilmədikləriniz
Çempionlar Liqasında “Olimpiya” ilə qarşılaşacaq “Qarabağ” hazırlığı Avstriyada davam etdirir. Gündə iki dəfə Qurban Qurbanovun rəhbərliyi altında məşqə çıxan “köhlən atlar” eyni zamanda yoldaşlıq görüşlərində qüvvəsini sınayır. İyunun 23-də “Ludoqorets”lə qarşılaşan və meydanı 1:1-lik heç-heçə ilə tərk edən son 5 ilin çempionu ayın 26-da növbəti oyuna çıxıb. Budəfəki rəqib Avstriyanın 2-ci dəstə təmsilçisi “Vakker İnsburk” olub.
Qurbanov “Ludoqorets”lə matçla müqayisədə əsas heyətdə bəzi dəyişikliklərə əl atıb ki, ilk “11-liy”i belə olub: Şahruddin Məhəmmədəliyev, Ansi Aqolli, Yakub Jezniçak, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Miçel, Vild-Donald Gerye, Filip Ozobiç, Dani Kintana, Mahir Mədətov.
Baş məşqçi görüşün gedişində digər futbolçulara da özünü göstərmək imkanı yaradıb. Bunlar Abbas Hüseynov, Rahil Məmmədov, Coşqun Diniyev və Nicat Süleymanovdu. Oyunu canlı izləyənlər yeni transferi iş başında görmək istəsələr də, arzuları çin olmayıb. Belə ki, yalnız səhər məşqinə çıxan və “Lans”la hazırlığa cəmi bir həftə öncə başlayan Abdulla Zubir oyunu sona qədər kənardan izləyib. Hər halda, Qurban Qurbanov tam hazır olmayan oyunçunu riskə atmaq istəməyib. Zubir haqda daha ətraflı bir qədər sonra.
Oyuna gəlincə, rəqib aşağı dəstə təmsilçisi olmasına baxmayaraq, fiziki hazırlığından istifadə edərək ağdamlılara rahat nəfəs almaq imkanı verməyib. Hətta bəzi anlarda qol vurmaq şansları da olub. Matçboyu təşəbbüsü əldən verməyən təmsilçimiz Coşqunun, Miçelin, Maksimin, Ozobiçin ifasında qola yaxın olsa da, rəqib qapıçının ustalığı bizimkilərin fərqlənməsinin qarşısını alıb. Bəzi epizodlarda isə avstriyalıların qol vurmasına “Qarabağ”ın müdafiəçiləri imkan verməyib. Və beləliklə, ağdamlılar təlim-məşq toplanışındakı ikinci matçdan da heç-heçə ilə ayrılıb – 0:0.
Abdulla Zubirə gəlincə, bu futbolçunun “Qarabağ”a transfer olunacağını xəbər vermişdik. 1991-ci ildə Lilldə dünyaya gələn Mərakeş əsilli vingerin karyerası əsasən Fransa ilə bağlıdı. Qısa müddət “Hibernian”da və bir mövsüm “Petrolul”da çıxış edən Zubir son mövsümü 1-ci divizionda mübarizə aparan “Lans”da keçirib. Komandasının aparıcı fiqurlarından olub. Bunu bilmək üçün kürəyində daşıdığı “11”ə nəzər salmaq kifayətdi. Son iki mövsümdə 70 oyunda forma geymək şansı qazanıb və bu qarşılaşmalarda rəqib qapılarına 6 dəfə yol taparaq, 12 məhsuldar ötürmə müəllifi olub.
İlkin ehtimallara əsasən Abdullanın “Qarabağ”a faydalı olacağını söyləmək mümkündü. Başqa cür desək, tam Qurban Qurbanovun futbol fəlsəfəsinə uyğun gələn futbolçudu. Əsas cinah oyunçusu funksiyasını daşıdığından, bu mövqenin tələblərinə cavab verir. Kifayət qədər sürətlidi və hücumlar zamanı fərdi ustalığına güvənərək bundan maksimum yararlanır. Məsələn, kiçik ərazidə driblinqləri və cəldliyi sayəsində nəinki 1, bəzən 2-3 rəqibdən sıyrılmağı bacarır. Paxıl futbolçu deyil. Qol vurmaq imkanı olanda belə, ötürmə verməyi daha üstün tutur. Sanki bundan zövq alır. Həm qüvvətli, həm də hiyləgər zərbələrə sahibdi. Olduqca vacib üstünlüyü isə hər iki ayağından məharətlə istifadə etməsidi. Məhz buna görədi ki, hər iki cinahda – həm “sağ”da, həm də “sol”da komandası üçün faydalı olur. Texnikası var deyə oyunqurucusu funksiyasını da yerinə yetrirməyə qadirdi. Nəzərəçarpan əsas nöqsanı başla istənilən səviyyədə oynama bilməməsidi. Hə, bir az da top almaq baxımından problemi var. Lakin bu, vinger üçün ciddi nöqsan sayılmır. Yeri gəlmişkən, çıxış etdiyi komandalarda azarkeşlər onu daha çox daban ötürməsi verən və rəqib futbolçuların ayaqları arasından top keçirən oyunçu kimi xatırlayır.
Qeyd edək ki, Zubirin transferinin rəsmiləşməsi haqda “Qarabağ”ın saytı xəbər paylaşıb. Fransız oyunçu ilə 2 illik anlaşma əldə olunub. O, yeni komandasında “17” nömrəli futbolkanı geyəcək. Maraq üçün xatırladaq ki, “17” uzun illər Vüqar Nadirova məxsus olub.
Ağdam təmsilçisi növbəti, yəni 3-cü sınaq matçına iyunun 30-da çıxacaq. Rəqib Suriya millisi olacaq.
Sonda daha bir xəbəri sizinlə bölüşək. Avstriyada "Qarabağ"ın düşərgəsində xoş sürpriz baş verib. Ötən mövsümün sonunda komandadan ayrılan İbrahim Şehiç məşqə gələrək, futbolçu və məşqçi heyətiylə görüşüb. Təcrübəli qapıçı klubun rəsmi saytına fikirlərini bildirib:
"Qarabağ" mənim ailəmdi, çox möhtəşəm illər keçirmişəm. Klubdan ayrılanda bir çoxlarıyla görüşə bilməmişdim. Ona görə gəlib onlarla görüşməyi özümə mənəvi borc bildim. Hansı klubda çıxış etməyimdən asılı olmayaraq, hər zaman "Qarabağ"ı dəstəkləyəcəm, ürəyim bu komandayla döyünəcək".
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar