28 in 13:31olke

Avrokubok iştirakçılarını incələyərkən...

Avrokubok iştirakçılarını incələyərkən...
“Keşlə”nin durumu narahatlıq doğurur
Ölkəmizi avrokuboklarda təmsil edəcək klublar bu yöndə hazırlığı davam etdirir. “Qarabağ”, “Qəbələ” və “Neftçi” ölkə xaricindədisə, “Keşlə” hələ ki vətəndə təlim-məşq toplanışı keçir. Onu da xatırladaq ki, “Qarabağ”ın ÇL-dəki rəqibi “Olimpiya” (Sloveniya) oldu. Avroliqa təmsilçilərimizə gəlincə, “Neftçi” “Uypeşt”lə (Macarıstan), “Keşlə” “Baltsan”la (Malta), “Qəbələ” isə “Proqres”lə (Lüksemburq) münasibətlərinə aydınlıq gətirəcək. “Köhlən atlar”ın ilk oyununu iyulun 11-də, AL–dəki komandaların isə bir gün sonra keçirəcəyini də bildirək. Deməli, təmsilçilərimizin tam hazır olmaq üçün qarşıda 15 günü var. Bu müddətdə həm transfer çalışmalarında önəmli addımlar atılmalı, həm də yoxlama oyunları ilə bağlı plan doldurulmalıdı. Hər halda, klublar hazırlığın müəyyən hissəsini geridə qoyub, heyəti gücləndirmək yönündə bəzi addımlar atılıb. Avrokubok ərəfəsində komandaların hazırkı durumunu gözdən keçirmək olar. Transfer məsələləri və yoxlama oyunları baxımından vəziyyəti incələməyə çalışacağıq.
Qarabağ
Qurban Qurbanovun komandasının ÇL-dəki yolu o qədər də asan olmayacaq. Növbəti mərhələlər haqda indidən nəsə demək doğru olmaz. Elə 1-ci təsnifat mərhələsindəki rəqiblə bağlı “asan yem” düşüncəsini də qətiyyən yaxına buraxmaq olmaz. Qurbanov özü də püşkdən sonrakı açıqlamasında “Olimpiya”nı “potensial rəqiblər arasında ən çətini” adlandırıb. Təbii, Sloveniya çempionuna yuxarıdan aşağı yanaşmaq Ağdam təmsilçisinə baha başa gələ bilər. Hər halda, adı çəkilən ölkənin digər iddialısı “Maribor”un gücünə bələdik. Düzdü, “Qəbələ” sloveniyalıları yolundan kənarlaşdırmışdı (3:1, 0:1), lakin cavab oyununda “qırmızı-qaralar”ın hansı çətinliklə üzləşdəyi yadımızdadıdı. Bu üzdən “Qarabağ”ın sloveniyalılarla matça qədər bacardıqca hazır olması şərtdi. Aydın məsələdi ki, ilk rəsmi matça qədər ideal formada olmaq mümkün deyil. Ancaq maksimumu etmək olar. Məlum olduğu kimi, mövsüm başa çatandan sonra “Qarabağ” 9 futbolçu ilə yollarını ayırdığını açıqladı. Xüsusən İbrahim Şehiçlə Riçard Almeydanın gedişi Ağdam klubu üçün çətinlik yarada bilərdi. Artıq yarımmüdafiədəki boşluq aradan qaldırılıb. Əvvəlcə “Qəbələ”də səviyyəsini ortaya qoymuş Filip Ozobiç transfer edildi, son olaraq isə Abdulla Zobir heyətə qatıldı. Rahil Məmmədovun transferi daha çox çempionat üçün düşünülüb. Hər halda, Bədavi Hüseynov, Rəşad Sadıqov və Yakub Jezniçak olan yerdə beynəlxalq matçda Rahilin oynaması çətin məsələdi. Yalnız qapıçı axtarışı həllini tapmayıb. Şotland Con Maklaflin və italiyalı Vinçentso Fiorillo variantları gerçəkləşmədi. Qurbanovun Anton Kanibolotski və Şahruddin Məhəmmədəliyevlə yola davam etmək fikrində olması inandırıcı deyil. Bir sözlə, “Qarabağ”ın transfer çalışmaları normal gedir və “çərçivə qoruyucusu” da tapılsa, hansısa ciddi boşluq olmayacaq.
Təlim-məşq toplanışına Bakıda start verən və ardınca Avstriyaya yollanan “köhlən atlar” artıq bir yoxlama oyununda qüvvəsini sınayəb. Son Bolqarıstan çempionu “Ludoqorets”lə “sülh bağlayan” (1:1) ağdamlılar daha üç yoldaşlıq matçı keçirəcək. Komanda bu il Avstriya elitasına vəsiqə qazanan “Vakker İnsbruk”, DÇ-nin final mərhələsinə yüksəlmək şansını pley-offda əldən verən Suriya yığması və Ukryana çempionatının gümüş medalçısı Kiyev “Dinamo”su ilə qarşılaşacaq. Təbii, rəqiblər “Qarabağ”ın səviyyəsinə uyğundu. Bu isə oyun təcrübəsi baxımından Qurbanovun komandasına fayda verəcək. Bir sözlə, “köhlən atlar” ÇL mübarizəsi zamanı problem yaşamamalıdı.
Qəbələ
“Qırmızı-qaralar”ın Avroliqadakı rəqibi “cırtdan” ölkə təmsilçisi olsa da, “Proqres”lə qarşılaşmaya qədər bəzi çatışmazlıqlar aradan qalxmalıdı. Öncə onu qeyd edək ki, mövsüm başa çatandan sonra “Qəbələ” ukraynalı çalışdırıcı Roman Qriqorçukla vidalaşdı. Filip Ozobiç, Baqali Dabo kimi aparıcı futbolçularla da yollar ayrıldı. Hələ Ruslan Qurbanov, Elvin Məmmədov və Vitali Vernidubu ciddi itki saymırıq. Ancaq həm Ozobiçin, həm də Dabonun önəmi böyük idi. Hələ ki Rauf Əliyevlə Sabien Lilaydan başqa transfer gerçəkləşdirilməyib. Ancaq Sənan Qurbanov AL-də uzun yol düşünürsə, heyəti gücləndirməlidi. Nəzərə alaq ki, “Anortosis”dən qayıdan Araz Abdullayevin yenidən xaricə yollanmaq variantı var. Deməli, transfer çalışmaları davam etdirilməlidi. Təlim-məşq toplanışına doğma Qəbələdə start verən “qırmızı-qaralar” ölkədə bir yoxlama oyunu keçirib, Sloveniyaya yollandı. MOİK-lə Bakıda keçirilən dueldə qalibin müəyyənləşmədiyini (1:1) qeyd edək. “Qəbələ” Sloveniyada də artıq bir sınaq matçında qüvvəsini sınayıb. Albaniya çempionatının gümüş mükafatçısı “Kukesi” ilə matç heç-heçə (1:1) başa çatdı. Qurbanovun komandası Sloveniyada daha üç yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri hələ bəlli deyilsə, digər ikisinin adı bilinir. Bunlardan biri ötən mövsüm Polşa çempionatında ikinci “8-liy”i lideri kimi başa vuran “Krakoviya”dı. O biri sınaqçı-rəqib isə Xorvatiya çempionu olan Zaqreb “Dinamo”sudu. Göründüyü kimi, “Qəbələ” heç də zəif komandalarla qarşılaşmayacaq. Sadəcə, həm heyət komplektləşməyib, həm də rəqiblərdən birinin adı bəlli deyil. Bu isə bəzi suallara yol açır.
Neftçi
Hərçənd ikinci təsnifat mərhələsində “Sevilya” ilə rəqib olacağını düşünəndə, “ağ-qaralar”ın Avroliqa yolu o qədər də uzun görünmür. Ancaq ispanlarla duelə qədər “Uypeşt” səddi var. Macarıstan təmsilçisini keçmək “Neftçi” üçün möhtəşəm uğur sayılmamalıdı. Düzdü, bunu rəqibə yuxarıdan aşağı baxmaq mənasında demirik. Ancaq hazırlıq prosesi belə düşünməyə əsas verir. Komanda italiyalı mütəxəssisə tapşırıldı, üzdə olan yerli oyunçulardan Tural Axundov, Rəşad Eyyubov transfer olundu. Lazımsız legionerlər komandadan uzaqlaşdırıldı. Ölkə çempionatından səviyyəsinə yaxşı bələd olduğumuz Baqali Dabo, Dario Federiko kimi legionerlər transfer edildi. Bundan başqa, yeni əcnəbilər - Slavko Braliç və Qoran Paratski heyətə qatıldı. İqnasio Errera ilə Derlis Meza Kollidən başqa, komandanı tərk edən oyunçular üçün “ciddi itki” fikrini səsləndirə bilməyik. Adıını çəkdiyimiz futbolçuların yeri isə artıqlaması ilə doldurulub. Hələ də transfer çalışmaları davam edir və bu baxımdan “Neftçi”nin işləri yolundadı. Bakıdakı toplanışın ardınca Türkiyəyə üz tutan “flaqman” ilk yoxlama oyununu keçirdi. Makedoniya təmsilçisi “Şkupi” ilə dueldə iki cavabsız qolla qalib gəlməklə “Neftçi” Bordinin rəhbərliyi altında ilk oyunda qələbə qazandı. Qeyd edək ki, “Şkupi” ötən mövsüm Makedoniya çempionatında 4-cü yeri tutub. Bordinin komandası Türkiyədə daha 3 yoxlama matçı keçirəcək ki, rəqiblərdən biri hələ bilinmir. İkisi isə Rumıniya təmsilçiləri "Dunarea Kalarası” və "Politexnika”dı. İlk adı çəkilən klub bu il 2-ci liqanın qalibi olaraq elitaya vəsiqə qazanıb. "Politexnika” isə çempionatı 6-cı yerdə başa vurub. Düzdü, “Neftçi”nin rəqibləri “Qarabağ” və “Qəbələ” ilə müqayisədə geri qalır. Ancaq söhbətin yoxlama oyunlarından getdiyini unutmayaq.
Keşlə
Ölkə kubokunu qazanmaqla Avroliqaya vəsiqəni əldə edən “Keşlə”nin durumu isə o qədər də ürəkaçan deyil. Bu komanda təlim-məşq toplanışına digər avrokubok iştirakçılarının hamısından gec start verdi. Avroliqa oyununa 15 gün qalsa da, hələ də yoxlama oyunlarındakı rəqiblər bilinmir. Bundan başqa, komandanın xaricə yollanıb-yollanmayacağı da dəqiqləşməyib. Doğrudu, Yuri Maksimov 20 günə komandanı hazır vəziyyətə gətirəcəyini deyib. Ancaq hazırkı durum heç də müsbət proqnoz üçün əsas vermir. Heyətlə bağlı işlərin də axarında olmadığını deməliyik. Amil Yunanovla Azər Salahlının transferi paytaxt təmsilçisini gücləndirə bilər. Pərdis Fərcad-Azadın başqa kluba keçəcəyi an məsələsidi. Bundan başqa, “Keşlə”nin ötən mövsümkü uğurunda əsas pay sahibi olan Sezar Meza Kollinin taleyi bəlli deyil. Bir sözlə, digər 3 klubdan fərqli, “Keşlə”nin durumu daha çox narahatlıq doğurur. Baxmayaraq ki, Maksimovun komandası da “cırtdan” ölkə təmsilçisi ilə qarşılaşacaq. Elə ötən mövsüm “Fola” ilə duel arxayınlığın nə ilə nəticələnəcəyini göstərdi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar