27 in 13:05olke

“Səbail”i Bolqarıstana “Sabah” yola salacaq

“Səbail”i Bolqarıstana “Sabah” yola salacaq
"Tutto Udinese"dən şok Emil Balayev iddiası
İyunun 20-də növbəti mövsümün hazırlığına başlayan “Səbail” məşqləri davam etdirir. Həftəiçi məşqçilər korpusunu tam formalaşdıran baş məşqçi Aftandil Hacıyev bütün diqqətini transferlərə yönəldib. Düzdü, bakılılar 6 yeni oyunçu transfer edib. Ancaq mövsüm başa çatandan sonra komandanın sıralarını 13 futbolçunun tərk etdiyini nəzərə alsaq, əksər mövqelərdə boşluqlar var. Xüsusilə də legioner transferi yubanır. Yerli bazardan Rahid Əmirquliyev, Ağabala Rəhimov, Ruslan Qurbanov, Şəhriyar Rəhimov, Vüqar Bəybalayev və Orxan Bəybalayevi sıralarına qatan “Səbail” 4-5 əcnəbi almağı planlaşdırır. Yeri gəlmişkən, gedən legionerlərin sayı elə 5 olub. Hacıyev əsasən hücumçu və pleymeyker axtarışındadı: “Yerli transfer bazarında müəyyən qədər iş görmüşük. Hazırda diqqəti legioner seçiminə yönəltmişik. Bu istiqamətdə fəal iş gedir. Rəsmiləşməyənə qədər kimlərlə danışıq apardığımızı deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, indiki məqamda bizə hücumçu və mərkəz yarımmüdafiəçisi lazımdı. Daha doğrusu, bu mövqelərdəki boşluğu əcnəbilərlə doldurmaq istəyirik. Səviyyəli hücumçu tapmaq çətindi. Seçimdə yanılmaq istəmirik. Hələ vaxt var, bir-iki həftəyə transferləri tamamlamağa çalışacağıq. Ola bilər ki, işin gedişatından asılı olaraq, başqa mövqelərə də legioner lazım oldu. İlk növbədə ciddi ehtiyacımız olan mövqeləri gücləndirməyə çalışırıq”.
Məşqləri davam etdirən “Səbail”in ilk yoxlama oyununun vaxtı açıqlanıb. Klubun mətbuat xidmətindən verilən bilgiyə görə, Aftandil Hacıyevin yetirmələri iyulun 7-də premyer-liqanın debütantı “Sabah”la münasibətləri aydınlaşdıracaq. Qarşılaşma saat 18.00-da “Bayıl Arena”da başlayacaq. “Səbail” bundan 2 gün sonra təlim-məşq toplanışının ikinci mərhələsi üçün Bolqarıstana yollanacaq. Ölkə xaricindəki toplanış çərçivəsində azı 4 sınaq matçı planlaşdırılıb. İkihəftəlik təlim-məşq toplanışının gedişində komandanın kimlərlə qarşılaşacağı hələ dəqiqləşməyib. Amma təşkilatçılar “Səbail”in olacağı məkana APOEL, “Anortosis” kimi klubların da hazırlıq keçməyə gələcəyini və onlarla danışıq aparıldığını bildiriblər.
"Səbail"lə bağlı daha bir xəbər isə qapıçısı Emil Balayevin İtaliyanın "Udineze" klubunun maraq dairəsinə düşməsi ilə bağlıdı. Bu barədə "Tutto Udinese" nəşri xəbər yayıb. İtaliyalı həmkarlarımıza inansaq, 24 yaşlı qolkiper Udine komandasını tərk edəcəyi gözlənilən Aleks Meretin əvəzinə mümkün variantlardan biri kimi nəzərdən keçirilir. 35 milyon avro qiymət qoyulan Meretlə "Roma" və "Napoli" maraqlanır. "Udineze"nin diqqətində olan digər qapıçılar isə "Yuventus"dan Emil Audero və Yunanıstan AEK-indən Vasilios Barkasdı. Xəbərdə Balayev "Qarabağ"ın üzvü və "Azərbaycanın Buffonu" kimi təqdim olunub. Onunla "Roma"nın da maraqlandığı diqqətə çatdırılıb. Lakin "Səbail"in mətbuat katibi Törə Əhmədova qəzetimizə açıqlamasında xəbəri təkzib etdi: “Balayevə heç bir təklif gəlməyib. Onunla birillik müqaviləmiz var. Həm də Emil müqavilə üzrə "Qarabağ"a yox, "Səbail"ə məxsusdu”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar