27 in 12:56olke

Bordin qələbəylə başladı

Bordin qələbəylə başladı
Dünən "Neftçi" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirdi. Roberto Bordinin çalışdırdığı “ağ-qaralar” Makedoniya "Şkupi”si ilə qarşılaşdı. Bakı vaxtı ilə saat 18.00-da başlayan oyun flaqmanın məskunlaşdığı “Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutdu. Bu, Bordinin paytaxt təmsilçisinin "sükanı arxasında" ilk sınağı idi. Onun debüt matçında hansı nəticənin qeydə alınacağı maraq doğururdu.
"Neftçi" bu heyətlə mübarizə aparıb: 1. Səlahət Ağayev (94. Rəşad Əzizli, 65), 5. Anton Krivostyuk (26. Ömər Buludov, 86), 7. Namiq Ələsgərov (77. Elvin Sərkərov, 80), 8. Emin Mahmudov (4. Rəşad Eyyubov, 62), 9. Baqali Dabo, 10. Dario Federiko (22. Mirabdulla Abbasov, 55), 15. Ruslan Abışov (28. Slavko Braliç, 66), 17. Rəhman Hacıyev (51. Elçin Əsədov, 88), 21. Məhəmməd Mirzəbəyov (18. Tural Axundov, 66), 25. Kiril Petrov, 93. Soni Mustivar (70. Əli Şirinov, 88).
Ehtiyat oyunçular: 73. Nail Alışov, 37. Vüsal Əsgərov, 36. Xəlil Bəşirov, 6. Qoran Paratski.
Göründüyü kimi, yeni transferlərdən Dabo ilə Federiko ilk "11-lik"də yer alıb. Rəşad, Slavko və Tural isə ikinci hissədə meydana çıxıb. "Neftçi"nin ən son transferi olan Qoran matçı ehtiyat oyunçular skamyasından izləyib.
Sınaq görüşünə gəlincə, klubun "feysbuk" səhifəsində yaddaqalan epizodlar qeyd olunub. Belə ki, 13-cü dəqiqədə tir "ağ-qaralar"ın köməyinə çatıb. Az sonra Eminin fərqlənməsinə rəqib qapıçı mane olub. 25-ci dəqiqədə Petrovun ötürməsindən sonra Federiko "çərçivə qoruyucusu" ilə üzbəüz qalsa da, fürsəti dəyərləndirə bilməyib. Yarım saatın tamamında isə "Şkupi" təmsilçimizi həyəcanlandıran hücum təşkil edib. Hissənin sonuna yaxın "Neftçi" xeyli fəallaşıb. Əvvəlcə Mustivarın, ardınca Darionun vuruşu dəqiq alınmayıb. 43-cü dəqiqədə isə Rəhmanın zərbəsi təhlükəli olub. Cəmi 1 dəqiqə sonra Federiko da fərqlənməyə yaxın imiş. Bununla belə, ilk yarı qolsuz bitib.
İkinci hissənin əvvəlində Dario yenə də qeyri-dəqiq vuruşla diqqət mərkəzinə düşüb. 55-ci dəqiqədə Bordin braziliyalını Mirabdulla ilə əvəzləyib. Bundan 7 dəqiqə sonra "Neftçi" hesabı açıb. Məhz Mirabdullanın ötürməsindən sonra Namiq makedoniyalıları məyus edib. İtaliyalı çalışdırıcı isə qoldan sonra bir neçə dəyişikliyə əl atıb. 71-ci dəqiqədə Rəhman, bundan 4 dəqiqə sonra isə Namiq fərqlənə bilərmiş. Hacıyevə qeyri-dəqiqlik, Ələsgərova qapıçı mane olub. "Ağ-qaralar" növbəti qolu 86-cı dəqiqədə vurub. Abbasov gözəl zərbəylə "Şkupi"nin qapısına yol tapıb. Təmsilçimizə qarşı rəqibin heyətində sabiq “Qarabağ”lı Muarem Muaremin oynadığını da qeyd edək.
Beləliklə, "Neftçi" Bordinin rəhbərliyi altında ilk oyunda qələbəyə sevinib. Bakılılar növbəti sınaq matçını iyunun 28-də "Dunarea Kalarası"ya (Rumıniya) qarşı keçirəcək.
"Şkupi" ilə oyundan sonra Rəhman Hacıyev klub saytına bunları deyib: "Bu matçda vahid komanda kimi oynadıq. Çalışdıq ki, məşqçinin bütün tapşırıqlarını yerinə yetirək. Qələbə sevindirir, amma ən əsası rəsmi oyunlara qədər hazır olmaqdı. İyulun 12-də bizi çox çətin oyun gözləyir, buna hazır olmalıyıq. Hələ çox işləməliyik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Bu gün, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Bu gün, 23:13 U-17 yenə darmadağın oldu Bu gün, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Bu gün, 23:07 Yenilgidə hakim izi olmadı Bu gün, 23:06 Üzücü başlanğıc Bu gün, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Bu gün, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Bu gün, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Bu gün, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Bu gün, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Bu gün, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Bu gün, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Bu gün, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Bu gün, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Bu gün, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Bu gün, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Bu gün, 22:23 İkinci tur 2 günə sığacaq Bu gün, 22:21 Mik Benet təqdim olundu Bu gün, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar