24 in 13:36olke

İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı

İlqar Qurbanov rəqibi kiçiltməməyin tərəfdarıdı
“Proqres”in idman direktoru “Qəbələ”ni cütün favoriti sayır
Mövsümlərarası fasilədə təşkil olunan təlim-məşq toplanışının ikinci mərhələsini Sloveniyada keçirən “Qəbələ” dünən iki məşqə çıxıb. Baş məşqçi Sənan Qurbanov günün ilk yarısındakı hazırlıq prosesində yetirmələrini daha çox fiziki təmrinlər üzərində çalışdırıdıb. Axşam məşqində isə futbolçular toplu çalışmalara üstünlük verib.
Komanda ilə birgə Sloveniyada olan İlqar Qurbanov klub saytına açıqlama verib: “Sloveniyada hazırlığın ilk gününü arxada qoyduq. Çox maraqlı, yüksək səviyyədə məşqlər keçirik. Millinin düşərgəsindən qayıtdığım üçün hazırlığın ilk mərhələsində iki gün iştirak etdim. Avropa Liqasında iyulun 12-də keçirəcəyimiz ilk oyuna az vaxt qalib. Buna görə daha səmərəli çalışıb, oyun formamızı tam yığmalıyıq. Yeni baş məşqçi və yeni heyətlə uğur qazanmaq istəyirəm. Qitəmiqayslı turnilərdə zəif rəqib olmur. Ona görə də qarşılaşmalara ciddi hazırlaşmalıyıq. Heç bir rəqiblə görüşə arxayın çıxmaq olmaz. Həmişə rəqib komandanı özündən üstün saymalısan. Toplanış prosesində yaxşı məşq edib, məsuliyyətli, ciddi hazırlaşmaq vacibdi. İlk görüşün evdə və ya səfərdə keçirilməsinin fərqi yoxdu. Əsas odu ki, yaxşı formada olasan”.
Ölkə kubokunun finalından sonra millinin düşərgəsinə yollanan və bu səbəbdən yeni mövsümün hazırlığına gec qoşulan futbolçu öz forması haqda da danışıb: “Mövsüm bitəndən sonra millinin düşərgəsinə qatıldığıma görə məşqlərimə yalnız 6-7 gün fasilə verdim. Belə qısa müddətdə formadan çox düşmürsən. Ona görə də formanı tez bərpa edəcəyimə inanıram. Qarşıda yoxlama oyunları olacaq. Məşqləri yaxşı şəkildə gerçəkləşdirib, bu matçlara ciddi yanaşıb, “Proqres”lə ilk matça hazır olmalıyıq. İlk oyunlar həmişə çətin alınır. Ötən mövsüm “Yagelloniya” ilə ilk matç da bunu göstərmişdi. Ciddi hazırlaşıb, rəqib haqda çox düşünməməliyik. Daha çox özümüz barədə fikirləşməliyik. Çünki özün güclü olmalısan, yoxsa heç bir rəqibi üstələyə bilməzsən”.
Bildiyiniz kimi, ötən mövsümün gümüş mükafatçısı Avropa Liqasının ilk mərhələsində Lüksemburq təmsilçisi “Proqres”lə qarşılaşacaq. “Qəbələ”nin rəqibinin idman direktoru Tomas Gilqman Lüksemburq mətbuatı üçün püşkü dəyərləndirib və uzun səfərin onları qorxutmadığını bildirib: “Ötən mövsüm “Reyncers” üzərindəki qələbədən sonra populyarlaşmışıq. Düzü, bu mövsüm “Qəbələ” ilə düşəcəyimizi hiss etmişdim. Azərbaycana uzun səfər üçün hər şeyi təşkil edəcəyik. Səyahət agentlikləri ilə əlaqə saxlamışıq və hər şey qısa zamanda yüksək səviyyədə həll olunacaq”.
İdman direktoru cütün favoriti qismində Azərbaycan təmsilçisini gördüyünü də vurğulayıb: “Qəbələ”ni kəşf etmək üçün çox araşdırma aparmağa ehtiyac yoxdu. Çünki rəqibimiz son illər iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Onlar “Borussiya” (Dortmund), “Krasnodar”, PAOK, “Anderlext”, “Maynts-05”, “Sent-Etyen” kimi komandalarla qarşılaşıb. Yəni bizim üçün çox çətin olacaq. Hər halda, biz hələ də autsayderik. Ötən il “Reyncers” və AEL ilə görüşlərdə olduğu kimi. Püşkatmada “səpələnmişlər”in sırasına düşmək üçün hələ çox xal toplamalıyıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar