23 in 13:36olke

Rəqiblər üzərində üstünlüyümüz var

Rəqiblər üzərində üstünlüyümüz var
“Uypeşt” ölkəmizə gələcək ikinci Macarıstan klubu olacaq
Klublarımızın səbirsziliklə gözlədiyi an yetişdi. Çempionlar Liqasının və Avroliqaın ilk iki təsnifat mərhələsinin püşkü atıldı. “Qarabağ”ın ÇL-dəki rəqibi “Olimpiya” (Sloveniya) oldu. Avroliqadakı təmsilçilərimizə gəlincə, “Neftçi” “Uypeşt”lə (Macarıstan), “Keşlə” “Baltsan”la (Malta), “Qəbələ” isə “Proqres”lə (Lüksemburq) münasibətlərinə aydınlıq gətirəcək. Ötən sayımızda Sloveniya təmsilçisiləri ilə indiyəqədərki duelləri xatırlatmışdıq. İndi isə klublarımızın Macarıstan, Malta və Lüksemburq komandaları ilə qarşılaşmalarını yada salaq.
Lüksemburq
Maraqlıdı ki, Lüksemburq təmsilçiləri ilə 2016-cı ilədək qarşılaşmamışdıq. Lakin ardıcıl 3-cü mövsümdü püşk klubumuzu “cırtdanlar”la üz-üzə qoyur. Özü də ötən “futbol ili”ndə bu ölkənin iki komandası bizimkilərə rəqib oldu. Başqa sözlə, “Proqres” ölkəmizə gələcək 4-cü Lüksemburq təmsilçisi olacaq. “Cırtdanlar”la ilk duel Çempionlar Liqasına təsadüf edib. “Qarabağ” evdə məğlub etdiyi “Düdelanj”la səfərdə heç-heçə edib, mərhələ adladı. Yuxarıda qeyd etdiyimiz kimi, ötən yay Avroliqada iki duel baş tutdu. “Zirə” “Differdanj”ı hər iki oyunda məğlub etdisə, “İnter” (indiki “Keşlə”) uğurun davamını gətirə bilmədi. Paytaxt təmsilçisi “Fola”nı öz meydanında məğlub etsə də, səfərdə darmadağın oldu. Belə deyək, üç cəhddən ikisində bizimkilər, birində isə Lüksemburq təmsilçisi mərhələ adlayıb. Klublarımız 4, rəqib 1 qələbə qazanıb, 1 dəfə heç-heçə qeydə alınıb. Top fərqi də təmsilçilərimizin xeyrinədi – 9:6. Onu da bildirək ki, bzimkilər evdə bütün oyunlarda qalib gəlib, “doğma divarlar” arasında qol buraxmayıb.
2016. ÇL. Qarabağ – Düdelanj 2:0, 1:1
2017. AL. Zirə - Differdanj 2:0, 2:1
2017. AL. İnter - Fola 1:0, 1:4
Malta
Elə Malta təmsilçiləri ilə qarşılaşmalarımız da son illərə təsadüf edib. “Baltsan” isə bizə yetərincə tanış rəqibdi. Bu komanda 2-ci dəfə ölkəmizə səfər edəcək. “Cırtdan” ölkə təmsilçisi 2016-cı ilin yayında AL-in 1-ci təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşıb. Maraqlıdı ki, səfərdəki 2:0 hesablı qələbədən sonra “ağ-qaralar” evdə uduzdular. Lakin 1:2 hesablı məğlubiyyətə baxmayaraq, “Neftçi” mərhələ adlayan tərəf oldu. Bundan başqa, bizimkilərin Malta klubları ilə daha 2 dəfə yolu kəsişib. 2013-cü ildə “Xəzər Lənkəran” “Slima”nı, növbəti il “Qarabağ” “Valletta”nı mübarizədən kənarlaşdırıb. Ümumiyyətlə, indiyəqədərki duellərdə 4 qələbə qazanmışıq, 1 heç-heçə etmişik, 1 məğlubiyyət almışıq. Top fərqi də xeyrimizədi – 10:3.
2013. AL. Slima - Xəzər Lənkəran 1:1, 0:1
2014. ÇL. Valletta – Qarabağ 0:1, 0:4
2016. AL. Baltsan – Neftçi 0:2, 2:1
Macarıstan
Malta və Lüksemburqdan fərqli, indiyə qədər Macarıstan klublarından yalnız biri ilə üz-üzə gəlmişik. “Qəbələ” iki il öncə Avroliqada MTK ilə qarşılaşıb. “Qırmızı-qaralar” hər iki oyunda rəqibə qalib gəlməklə mərhələ adlayıb. Bu isə o deməkdi ki, “Uypeşt” ölkəmizə gələcək 2-ci Macarıstan klubu olacaq.
2016. AL. MTK – Qəbələ 1:2, 0:2
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar