22 in 14:33olke

Eminlə Ruslan yeni transferlərdən razıdı

Eminlə Ruslan yeni transferlərdən razıdı
“Neftçi” bir neçə futbolçu ilə heyətini gücləndirdi. Transfer çalışmaları hazırda da davam edir. Bununla yanaşı, “ağ-qaralar” ötən mövsüm bürünc medalların qazanılmasında əməyi olan futbolçulardan bir neçəsi ilə də müqavilə müddətini uzatdı. Onlar arasında yığma üzvləri Ruslan Abışov və Emin Mahmudov da var. Hər iki futbolçu daha iki il flaqmanın uğurları üçün tər tökəcək. Adı çəkilən oyunçular klub saytına açıqlama verib. Onlar həm komandanın Bakıdakı hazırlığı haqda danışıb, həm də digər məsələlərlə bağlı fikirlərini dilə gətirib.
Emin Mahmudov: “Danışıqlar müəyyən müddət davam etdi və nəticədə hər iki tərəfi razı salan ortaq məxrəcə gəldik. Çox şadam, çünki "Neftçi”də qalmaq istəyirdim. Özümü burda çox yaxşı hiss edirəm. Rəhbərliklə, komanda yoldaşlarımla, xüsusilə ən çətin vaxtlarımda mənə dəstək olan azarkeşlərlə çox yaxşı münasibətlərim var. Mövsüm başa çatandan sonra yığma ilə toplanışlarda oldum deyə, ancaq 6 gün dincələ bildim. Təbii ki, müəyyən yorğunluq var, amma biz artıq növbəti mövsümə köklənməliyik. Həm də yeni baş məşqçimizi daha yaxşı tanımalıyıq. Onun iş üslubu ilə, verdiyi tapşırıqlarla tanış olmalıyıq. Odu ki, işimiz yetərincə çoxdu. Roberto Bordinin rəhbərliyi alıtında keçdiyimiz hazırlıq prosesinə gəlincə, bu, standart məşqlər idi. Qaçışlarla kifayətlənirdik, daha sonra dünən topla işlədik. Formamızı bərpa edirik, ona görə də ilk təəssüratdan danışmaq çətindi. Avroliqada asan rəqib olmur. Dünya çempionatı zəif rəqiblərin qalmadığını aşkar göstərdi. Braziliya və Argentina heç-heçə etdi, Almaniya məğlub oldu. Özümüzə əmin olmalıyıq, amma eyni zamanda rəqibi düzgün qiymətləndirməliyik. Yeni transferlər? Baqali Dabonun yüksək səviyyəyə malik futbolçu olduğu hamıya məlumdu. O, ötən mövsümün ən məhsuldar oyunçusudu. Dario Federiko isə diqqətimi elə "Kəpəz”də cəlb etmişdi. Çox yaxşı futbolçudu. Rəşad Eyyubovla Tural Axundovu da tanıyıram. Şadam ki, onlar artıq bizə qoşulub. Xorvatiyalı Slavko Braliçə də komandamızda uğurlar arzulayıram. Rəhbərlik uğur qazanmaq üçün lazımı işlər görür. İnanıram ki, həm yeni futbolçular, həm də komandada olanlar bu mövsüm üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirəcək”.
Ruslan Abışov: "Qarşıdakı mövsümün hazırlığına yeni baş məqşçi ilə başladıq. İnanıram ki, hər şey komandamız üçün yaxşı olacaq. Biz futbolçuların üzərinə düşən vəzifə baş məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdi ki, oyunlarda daha yaxşı çıxış edək. Yeni transferlərimiz oldu. Dabonun səviyyəsi məlumdu. Federiko da onun kimi. Çox sevinirəm ki, "Neftçi”yə belə futbolçular transfer olunub. Əlbəttə, xorvatiyalı müdafiəçi Slavko Braliçi də bura aid edərdim. Əminəm ki, yeni transferlər qısa zamanda komandaya uyğunlaşıb, həm çempionatda, həm də Avroliqada uğurlu mübarizə aparmağımız üçün bizə kömək edəcəklər. Turalın və Rəşadın da bizə qoşulması komandaya əlavə güc qatacaq. Düzdü, avrokubokların formatı çətinləşib. Amma bizim oyunlara hazırlaşmağımızdan çox şey asılıdı. Maksimum uğurlu çıxış etmək istəyirik. "Neftçi” və Azərbaycan adına yaxşı nəticə göstərmək üçün əlimizdən gələni etməliyik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar