22 in 14:06olke

“Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir

“Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir
Qurban Qurbanov: “Mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”
Srağagün və dünən Nyonda təmsilçilərimizin Çempionlar Liqası və Avropa Liqasındakı rəqiblərinin adına aydınlıq gəldi. Bu üzdən püşklə bağlı səslənən fikirlər maraq doğurmaya bilməz. Əlbəttə, “Qəbələ” və “Keşlə”dən fərqli, “Qarabağ”la “Neftçi”nin bəxtinə nisbətən sanballı rəqiblərin düşdüyünü etiraf etməliyik. Bunu komandaların baş məqşçilərinin və futbolçularının açıqlamalardan da hiss etmək mümkündü.
Qurban Qurbanov, “Qarabağ”ın baş məşqçisi: "Çox çətin rəqiblə qarşılaşacağıq. Bu rəqiblə qarşılaşmaya pley-off matçı kimi çıxacağıq. Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü".
İliya Stolitsa, “Olimpiya”nın baş məşqçisi: "Əlbəttə, Çempionlar Liqasının təsnifat mərhələsində asan rəqiblər olmur. Ölkə çempionu olan istənilən komanda hörmətə layiqdi. Fikrimcə, 5 potensial rəqibimiz arasında Cənubi Kipr APOEL-i ilə "Qarabağ" yüksək keyfiyyətli komandalar idi. Lakin siz də ən yaxşılar arasında olmaq istəyirsizsə, ən yaxşılara qarşı oynamalı və qələbə qazanmalısız. Oyunçularımın əzmkarlığından və işə yanaşmalarından razıyam. "Olimpiya"da çox yaxşı insanlar və oyunçular toplaşıb. Standart mövqelərdə bir neçə oyunçusuz qalmışıq. Komandadakı itkiləri qısa müddətdə “sığortalamaq” üçün əlimizdə sehirli çubuq yoxdu. Təbii ki, onları ən azı özləri keyfiyyətdə oyunçularla əvəzləməliyik. Baş məşqçi olduğum müddətdə buna can atacağam. Komandamızın güclü xarakteri var. "Olimpiya" qələbəni düşünür və yeni transferlərdən sonra komandamız gənc sloveniyalı oyunçulardan və keyfiyyətli legionerlərdən ibarət olacaq. Hazırda yalnız vaxt çatışmazlığımız var. İdman xoşbəxtliyinin də köməyi ilə avrokuboklarda qalmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Püşkün sonuna doğru rəqib qismində "Videoton" və "Qarabağ" qaldıqda, mən bizə ikincinin rəqib olmasını arzulayırdım. Macarıstan təmsilçisini çalışdıran dostum və "Olimpiya"dakı sələfim Marko Nikoliçlə qarşılaşmaq istəmirdim. Marko ilə bir-birimizi yaxşı tanıyırıq. Hərçənd “Qarabağ” maliyyə cəhətdən güclüdü və daha yüksək reytinqə malikdi".
Rəşad Sadıqov, “Qarabağ”ın kapitanı: "Çətin iki oyun olacaq. "Olimpiya"nın gücü bəllidi, ölkəsinin çempionudu. Ciddi hazırlaşmalıyıq. Bu tip qarşılaşmalarda bir səhv həlledici olur. Əlimizdən gələnin maksimumunu etməyə çalışacağıq".
Ansi Aqolli, “Qarabağ”ın müdafiəçisi: “Rəqibimiz güclüdü. İlk təsnifat mərhələsi üçün çətin komandadı. Bilirik ki, Sloveniyada futbol necə inkişaf edir. Ötən il “Maribor” Çempionlar Liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdi. Rəqibə hörmətlə yanaşırıq, heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz. Artıq hazırlıqlara başlamışıq, Avstriyaya yollanacağıq. Bu matçlara yaxşı hazırlaşacağıq. Ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq”.
Branko İliç, “Olimpiya”nın kapitanı: “Çətin rəqiblə qarşılaşacağıq. Ancaq “Qarabağ”ı keçmək gücündəyik. Bu rəqibi məğlub etmək və ikinci mərhələyə adlamaq üçün əlimizdən gələni edəcəyik. Komandamıza inanırıq. Biz artıq keyfiyyətimizi sübut etmişik. Yaxşı hazırlaşmalıyıq”.
Sənan Qurbanov, “Qəbələ”nin baş məşqçisi: “Püşkatmadan öncə 5 mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə “Proqres”lə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. “Proqres” kifayət qədər ciddi rəqibdi. Ümumilikdə hazırkı durumda şanslar bərabərdi. Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq. Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidi. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə qarşılaşmaya qədər vaxtımız azdı. Hər gün, hər məşq vacibdi. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil. Birinci növbədə komandanın hazır olmasıdı. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”.
Roberto Bordin, “Neftçi”nin baş məqşçisi: “Uypeşt” kifayət qədər güclü bir kollektivdi, xüsusilə fiziki cəhətdən. Amma bizim qarşımızda böyük məqsədlər var. Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.
Yuri Maksimov, “Keşlə”nin baş məşqçisi: "Müasir futbolda artıq zəif komanda anlayışı yoxdu. Avropa Liqasına vəsiqə qazanıbsa, deməli, zəif rəqib deyil. Rəqibi yaxşı təhlil etməliyik və ciddi hazırlaşmalıyıq. Bizi çətin, eyni zamanda maraqlı qarşılaşma gözləyir".
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-02-2019, 19:33 Liderlər üçün asan gəzinti 21-02-2019, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu 21-02-2019, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı 21-02-2019, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri 21-02-2019, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır 21-02-2019, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da 21-02-2019, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır 21-02-2019, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək 21-02-2019, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür 21-02-2019, 19:09 Sərxan Hacıyev Budapeştdədi 21-02-2019, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” 21-02-2019, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir 21-02-2019, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır 21-02-2019, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı 21-02-2019, 19:02 Lider dəyişəcəkmi? 21-02-2019, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq 21-02-2019, 18:52 İlk dueli türklər qazandı 21-02-2019, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı 21-02-2019, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” 21-02-2019, 18:44 Delarj durumundan məmnundu 21-02-2019, 18:43 Dördüncü “Media turniri” başlayır 21-02-2019, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar