22 in 13:25olke

Mahmud Qurbanov hədəfləri açıqladı

Mahmud Qurbanov hədəfləri açıqladı
“Mənə məğlubiyyətlə barışmayan, əzmkar futbolçular lazımdı”
“Neftçi”nin əvəzedicilərinin Mahmud Qurbanova həvalə olunduğunu xəbər vermişdik. Gənc mütəxəssis klubun rəsmi saytına müsahibə verib. Keçmiş günləri xatırlayan çalışdırıcı bəzi planları haqda da danışıb.
- 13 ildən sonra yenidən "Neftçi”yə qayıtdız. Təəssüratınız necədi?
- Təəssüratım çox yaxşıdı. Düzdü, bazamız dəyişib. Bu 13 il ərzində Nobel prospektindəki bazaya cəmi iki dəfə gəlmişəm, indi isə hər gün burada olacam. Bu da çox sevindirici haldı.
- Köməkçiləriniz kimlər olacaq?
- İndi bu suala cavab verə bilmərəm. İyunun 20-dən sonra seleksiya xarakterli toplanışlarımız olacaq. Həmin toplanışlarda həm əvəzedici, həm də U-19 komandasının futbolçuları iştirak edəcək. Həmin toplanışdan sonra bir çox məsələyə aydınlıq gələcək.
- Əvəzedici komandanın əsas məqsədi nə olacaq: çempion olmaq, yoxsa əsas komanda üçün futbolçu yetişdirmək?
- Əsas məqsəd futbolçuların arzularının reallaşmasına kömək etmək olacaq. Hər bir oyunçu dərk etməlidi ki, Azərbaycanın ən köklu klubunda oynayır, istər əsas, istərsə də əvəzedici heyətdə. Təbii, komandamızın nəticələri uğurlu olsa, biz liderlərin sırasında olsaq, əsas komandanın da diqqətini cəlb edəcəyik. Amma yenə deyirəm, oyunçuların inkişafına kömək etmək ən önəmli məqsədimiz olmalıdı.
- Azərbaycanın ən titullu futbolçususuz, 11 dəfə ölkə çempionu olmusuz. Bundan başqa, ölkə kubokunu qazanmısız, "Birlik kuboku”nun qalibi olmusuz. Futbolçulara qalib psixologiyasını, qələbə ruhunu necə aşılayacaqsız?
- Hər bir komanda üçün qələbə ruhu vacibdi. Mənə “artırmağı” arzulayan, öz üzərində çalışan, məğlubiyyətlə barışmayan, əzmkar futbolçular lazımdı. Əlbəttə, biliklərimi, oyunçu və məşqçi kimi topladığım təcrübəni onlarla bölüşəcəm. Fərdi danışlıqlarımız da olacaq. Hər oyunçuya xüsusi yanaşma lazımdı. Məşqçi heyəti futbolçulara, futbolçular da məşqçi heyətinə inanmalıdı. Uğurun açarlarından biri məhz budu.
- Futbolçu və məşqçi kimi bir çox mütəxəssislə çalışmısız. Onlardan hansı sizə daha çox təsir göstərib?
- İşlədiyim hər bir məşqçi mənim üçün xüsusi rol oynanyıb və məşqçi kimi formalaşmağımda hər bir mütəxəssisin öz payı var. Berti Foqts, Robert Prosineçki, Ağasəlim Mircavadov - onların futbola baxışları fərqlənsə də, hər birindən ən yaxşını alıb, öz işimdə istifadə etməyə çalışıram.
- "Neftçi”də oynadığınız dövrdə üç ən yaddaqalan oyun və ya hadisə hansı olub?
- Birinci yerdə mənim üçün həmişə 2005-ci ildə Gəncədə keçirilən "qızıl oyun” olacaq. "Xəzər Lənkəran”ın güclü komandası var idi. Biz ilk hissədən sonra hesabda geridə olsaq da, ikinci yarıda iki qol vuraraq çempion olduq. Sonra "Pünik”i məğlub etməyimiz gəlir. Həmin il finalda uduzub, "Birlik kuboku”nu qazana bilməsək də, "Pünik” üzərində qələbə həmin oyunda iştirak edən futbolçularımızdan heç birinin yadından çıxmaz. Üçüncü yerdə isə... Bilirsiz, "Neftçi”nin heyətində qazandığım hər bir titul mənim üçün əzizdi. Ona görə də komandamızın heyətində qazandığım ölkə çempionluğu və kubokun qalibi titullarını məhz bu pilləyə yerləşdirərdim.
- Azarkeşlərə nə demək istəyirsiz?
- "Neftçi”nin azarkeşləri Azərbaycan futbol tarixinin bir parçasıdı. Onlar həmişə öz komandalarının yanındadılar. Azarkeşlərimizdən xahişim budu ki, əsas komandanı dəstəklədikləri kimi, gəlib əvəzediciləri də dəstəkləsinlər. Biz isə onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar