15 in 14:07olke

Legionerlərimizin 2017/18 mövsümü

Legionerlərimizin 2017/18 mövsümü
Araz Abdullayev parlaq çıxışın davamını gətirə bilmədi...
Mövsümün gedişində ölkə xaricində çıxış edən futbolçularımızı da diqqətdən kənarda qoymuruq. Yığma üzvü olub-olmaması fərq etmir. Müntəzəm olaraq onların çıxışını, komandadakı durumlarını diqqətinizə çatdırıq. Ötən “futbol ili”ndə legioner həyatı yaşayan futbolçularımızın hamısının çıxışı eyni olmadı. Kimi uğurlu performansla yadda qaldı, kimi də zəif çıxışla bizi üzdü. Təbii, bizimkilərin daha güclü çempionatlarda çıxış etməsini, özü də bunun davamlı şəkildə olmasını istəyirik. Lakin bu məqam ölkə futbolunun ağrılı yerlərindən biri olaraq qalır. Əsasən də futbolçularımızın xaricdə davam gətirməməsi ciddi problemdi. Bu arzuolunmaz məqamın zamanla aradan qalxacağına ümid etsək də, kəskin dəyişiklik yoxdu. İndi isə legionerlərimizin ötən mövsüm necə yadda qaldığını xırdalayaq.
Araz Abdullayev
“Qəbələ”də lazımi effekti verməyən yarımmüdafiəçi icarə əsasında “Anortosis”ə üz tutdu. Təbii, Arazın Cənubi Kipr çempionatında özünü doğrultmaq üçün potensialı var idi. Onun adadakı çıxışı heç də pis alınmadı. Son bir neçə ayı nəzərə almasaq, Abdullayev sərgilədiyi oyunla bizləri sevindirdi. Onun karyerasında yüksəlişin yaşanması yığmanın da xeyrinə idi. Öncə onu qeyd edək ki, 26 yaşlı futbolçu “Anortosis”in heytində 30 çempionat oyununda şans qazandı. Həmin 1753 dəqiqə ərzində 3 qol vuran və məhsuldar ötürmələrlə yadda qalan Araz 3 dəfə sarı vərəqə ilə cəzalandı. Yarımmüdafiəçi AEK, AEL və “Alki Oroklini” ilə oyunlarda fərqlənmişdi. Kubokda isə 4 oyunda meydana çıxan Araz 283 dəqiqə mübarizə apardı. Xeyli müddət “Anortosis” turnir cədvəlinin lideri olsa da, sonradan mövqeyini əldən verdi. Larnaka təmsilçisi sonda 3-cü yeri tutaraq Avroliqada iştirak hüququ qazandı. Hə, cənubi kiprlilərin Abdullayevi birədəflik transfer etmək variantı da gündəmə gəlmişdi. Bunun üçün yunanların mövsümün sonunda “Qəbələ”yə 150 min avro ödəməyə hazır olduğu da deyilirdi. Lakin “futbol ili”nin sonuna doğru vəziyyət dəyişdi. Arazın get-gedə əsas heyətdə yerini itirməsi nəticəsində “Anortosis”in onu transfer etmək variantı da gündəmdən düşdü. Səbəb isə baş məşqçinin sistemi dəyişməsi, yığma üzvünün formasının ən yaxşı vaxtında zədələnməsi oldu. Beləliklə, Cənubi Kipr çempionatında “bürünc” qazanan Araz müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıtdı.
Dəniz Yılmaz
Hücumçunu yığma üzvü saymağın nə qədər doğru olduğunu söyləmək çətindi. Robert Prosineçkinin dövründə milliyə çağırılsa da, sonradan məhz elə xorvat çalışdırıcının qəzəbinə tuş gəldi. Almaniya ilə matçda Prosineçkinin oynatmaq istədiyi mövqedən imtina edən forvard o vaxtdan bəri yığmaya çağırılmır. Əslində Qurban Qurbanovun da onu dəvət etmək üçün tutarlı səbəbi yoxdu. Fakt budu ki, Yılmaz karyerasında eniş yaşayır. 30 yaşlı futbolçu mövsümün ilk yarısını “Bursaspor”da keçirdi. “Timsahlar”ın heyətində 4 oyunda 247 dəqiqə meydanda olan hücumçu fərqlənə bilmədi. Ancaq “yaşıl-ağlar”ın formasında kubokda meydana çıxdığı 3 matçda (300 dəqiqə), “Tarsus İdman Yurdu” ilə görüşdə dubl edə bilmişdi. Dəniz qış fasiləsində “Gənclərbirliyi”nə üz tutdu. Ankara klubunda da parlaq oyun sərgiləyə bilmədi. “Qırmızı-qaralar”ın heyətində çempionatda 7 oyunda 287 dəqiqə şans qazandı. Kubokda isə “Beşiktaş”la matçda 44 dəqiqə meydanda oldu və rəqib qapısına yol tapmağı da bacardı. “Gənclərbirliyi” elitanı tərk etdi, hazırda bu komanda oyunçularını satır və mövsümü 3 qolla başa vuran Dəniz də özünə yeni klub tapmalıdı.
Ufuk Budak
Müdafiəçi uzun müddətdən sonra yığmaya dəvət aldı. Hərçənd Qurbanov bir neçə gün öncə başa çatan təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında Ufuka şans vermədi. Lakin gələcəkdə çalışdırıcının ona güvənməsi istisna deyil. Türkiyə 1-ci liqasında mübarizə aparan “Samsunspor”un heyətində 20 oyunda meydanda olub ki, bu da 1631 dəqiqə edir. İki dəfə “sarı”yla cəzalanıb. Ufukun ayağı samsunlular üçün düşərli olmadı. Belə ki, bu komanda daha aşağı çempionata – qardaş ölkənin sayca 3-cü liqasına yuvarlandı. Budak orda çıxış edəcəyi halda, çətin ki, yığmaya çağırılsın. Odu ki, heç olmasa, 1-ci liqa təmsilçilərindən birinə keçmək haqda fikirləşməlidi.
Dmitri Nazarov
Yığmaya kənardan cəlb olunanlar haqda fikir mübadiləsi aparılanda Nazarovla bağlı, adətən, müsbət yanaşlamalara rast gəlmək olardı. Doğrudan da, yarımmüdafiəçi müsbət mənada özünü göstərə bilmişdi. Lakin son bir ildə futbolçu əvvəlki performansını ortaya qoya bilmir. Bununla belə, klubunda daimi heyət üzvüdü. Ötən mövsüm “Ertsgebirge”nin keçirdiyi 30 matçda şans qazanan 28 yaşlı futbolçu meydanda olduğu 2478 dəqiqə ərzində 3 dəfə fərqlənib. O “Duysburq”, “Nürnberq” və Braunşveyq “Ayntraxt”ı ilə oyunlarda rəqib qapısına yol tapıb. Həmçinin 3 dəfə sarı, bir dəfə isə qırmızı vərəqə ilə cəzalanıb. Kubokda 3 oyunda (181 dəqiqə) mübarizə aparıb, passivində 1 “sarı” var. Yeri gəlmişkən, Aue təmsilçisi 2-ci bundesliqada yerini qorumaq üçün “Karlsrue” ilə pley-off da üz-üzə gəldi (3:1, 0:0) və üstün tərəf oldu. Hər iki oyunda iştirak edən Nazarov ümumilikdə 91 dəqiqə mübarizə apardı.
Renat Dadaşov
Artıq hücumçunun çıxışını izləmək üçün diqqətimiz Portuqaliyaya yönələcək. Çünki yığma üzvü bu ölkənin sequndasında mübarizə aparan “Eştoril”ə keçdi. Halbuki o, “Ayntraxt”la 3 illik müqavilə imzalayanda xeyli sevinmişdik. Ancaq Frankfurt təmsilçisi ilə yollar erkən ayrıldı. Mövsümün gedişində həm komanda yoldaşı, həm də baş məşqçi ilə problem yaşayan və buna görə cəzalanan Dadaşovun adı çəkilən klubu tərk edəcəyi gözlənilən idi. İntizamsızlığı forvarda baha başa gəldi. Hücumçu ötən mövsüm “Ayntraxt”ın əsas komandasında şans qazanmadı. Yalnız Frankfurt klubunun U-19-unda çıxış etdi. Burda 12 oyunda 1055 dəqiqə meydanda oldu. Həmin matçlarda 7 qol vurdu, 6 dəfə sarı, bir dəfə isə qırmızı vərəqə ilə cəzalandı. Düzdü, bundesliqa təmsilçisini Portuqaliya sequndasında mübarizə aparan kluba dəyişməsi yaxşı hal deyil. Ancaq “Ayntraxt”ın U-19-u heç də “Eştoril”dən üstün deyil. Əsas odu, hücumçu başını aşağı salıb inkişafına baxsın. Yəqin ki, Frankfurt təmsilçisində yaşananlar ona dərs olub. Qeyd edək ki, Renat daha çox U-21-ə lazım olur. Ola bilər, əsas yığmaya hazır deyil.
Rüfət Dadaşov
Hücumçu ötən mövsüm Almaniyanın şimal-şərq regional liqasında qolları sıraladı. O, “Dinamo”nun heyətində 25 çempionat matçında şans qazandı ki, bu da 2075 dəqiqə edir. Həmin oyunlarda 26 qol vuran Dadaşov 3 dəfə sarı vərəqə ilə “mükafatlandırılıb”. Kubokda isə 1 görüşdə 90 dəqiqə oynayıb. Düzdü, bəziləri Rüfətin qol sayına səthi yanaşa bilər. Yəni futbolçunun məhsuldarlığını çempionatın səviyyəsi ilə əlaqələndirənlər kifayət qədərdi. Lakin hazırda yığma üzvlərindən hansınınsa məhz həmin birincilikdə 26 qol vuracağı heç inandırıcı görünmür. Həm əsas heyət üzvü olması, həm də müntəzəm fərqlənməsi yığmaya dönüşünün mümkün olduğunu deyir. Bəlkə də hücumçu millinin son toplanışına çağırılacaqdı. Ancaq Qurbanov siyahını müəyyənləşdirdiyi vaxt Rüfət zədəli idi. Bu arada daha bir məqamı da unutmayaq. Dadaşov artıq növbəti mövsümdən 3-cü bundesliqada mübarizə aparacaq. O, “Proyssen”lə anlaşıb.
Eddi İsrafilov
Yarımmüdafiəçi ilə bağlı xoş sözlər demək çətindi. Çox güman, onu bir daha yığmanın düşərgəsində görməyəcəyik. İsrafilov İspaniya sequndasında 2017/18 mövsümündə iki klubun formasını geydi. Hərçənd nə “Ximnastik”də, nə də “Alkorkon”da əsas heyət üzvü oldu. “Ximnastik”də 11 (521 dəqiqə), “Alkorkon”da isə cəmi 1 matçda (22 dəqiqə) şans qazanıb. Bu oyunlarda 3 sarı vərəqə ilə yadda qalıb, kubokda isə oynamayıb. Maraqlıdı ki, Eddi məhz yığmamıza cəlb olunandan sonra karyerasında çox ciddi eniş yaşanmağa başladı.
Rauf Əliyev
Prosineçkinin dönəmində yığmadan kənarda qalan Raufun ötən yay xaricə üz tutması müsbət məqam idi. Dəfələrlə ölkə xaricində futbolçumuzun çox olmasının yığmaya faydasından yazmışıq. Düzdü, “İnter”i (komanda həmin vaxt “Keşlə” adlanmırdı – F.) “Kukesi”yə dəyişməsi o qədər də asan olmadı. Paytaxt təmsilçisi futbolçunun getmək hüququnun olmadığını, Əliyev isə əksini iddia edirdi. Hər iki tərəf dəlillərini ortaya qoydu və ikili müqavilə məsələsi ortaya çıxdı. Deyilənə görə, məhz AFFA-nın işə qarışması nəticəsində “İnter” hücumçunun Albaniya təmsilçisinə keçidinə mane olmaq fikrindən daşındı. Düşünürdük ki, Əliyev üçün “Kukesi”də özünü göstərmək çətin olmamalıdı. Lakin orda əvvəlcə işlər yolunda getsə də, sonradan durum fərqli hal aldı. Şans qazandığı 13 çempionat oyununda 3 dəfə rəqib qapılarına yol tapdı, məhsuldar ötürmə ilə yadda qaldı. Meydanda olduğu 727 dəqiqə ərzində 2 “sarı” aldı. Kubokda isə 1 oyunda 45 dəqiqə oynadı. Bununla belə, qış fasiləsi ərəfəsində Albaniya klubu ilə yollarını ayırdı. “Kukesi” tərəfi hücumçudan lazımi effekti ala bilmədiyini dedisə, Rauf albanların onu aldatmaq istədiklərini söylədi. Qış fasiləsində yenidən “Keşlə”də oynamaq variantı gündəmə gəldi, ancaq paytxat təmsilçisi onun 6 aylıq müqavilə şərtini qəbul etmədi. Beləliklə, mövsümün yarısını oynamamaq qərarına gələn Rauf “Qəbələ” ilə anlaşdı. Artıq qarşıdakı “futbol ili”ndə hücumçu “qırmızı-qaralar”ın şərəfini qoruyacaq.
Kamran Ağayev
Yayda bəh-bəhlə ölkə xaricinə yola saldığımız futbolçulardan biri də yığmanın əsas qapıçısı idi. Hərçənd bir çoxları kimi o da əli ətəyindən uzun geri qayıtdı. “Mlada Bolselav”la anlaşan “çərçivə qoruyucusu” Çexiya çempionatında 5 oyunda şans qazandı. Bu oyunlarda qapısından 10 top buraxan Ağayev 2 sarı, 1 qırmızı vərəqə ilə cəzalandı. Kubokda isə 2 görüşdə meydanda oldu, qapısında 2 qol gördü və bir dəfə “sarı” aldı. Lakin “Xəzər Lənkəran”dan sonra klubları müxtəlif bəhanələrlə əlcək kimi dəyişən qolkiperin Çexiya karyerası da uzun sürmədi. Tezliklə vətənə dönən Ağayev sabiq komandası “Keşlə”yə qayıtdı.
Pavel Paşayev
Ukraynada çıxış edən və əsas heyət üzvü sayılan Paşayev “Aleksandriya”nın formasında ötən mövsüm 25 çempionat matçında meydana çıxıb. Mübarizə apardığı 2092 dəqiqə ərzində 4 sarı vərəqə alıb. Əlbəttə, yığma üzvünün Ukrayna birinciliyində müntəzəm oynaması müsbət məqamdı. Pavel Ukrayna kubokunda isə şans qazanmayıb. Qeyd edək ki, “Aleksandriya” mövsümü ikinci “6-lığ”ın lideri kimi başa vurdu. Ancaq sonradan Ukrayna klublarının “danışılmış oyunlarda” iştirakı ilə bağlı məsələ ortaya çıxanda, Paşayevin şərəfini qoruduğu komandanın da adı hallandı.
Budaq Nəsirov
Elə Nəsirov da ölkə xaricinə böyük ümidlərlə yola saldığımız futbolçulardan idi. Düzdü, onun “Sportinq”in əsas komandasında özünə yer edəcəyi inandırıcı deyildi. Ancaq ümid edirdik ki, yaxşı oyun sərgiləməklə ən azı başqa klubların diqqətini çəkə bilər. Lakin Nəsirov nəinki diqqət mərkəzinə düşdü, əksinə, ötən mövsüm “Sportinq”in 2-ci komandasının heyətində də daim şans qazanmadı. Belə ki, 10 oyunda 443 dəqiqə oynayan yarımmüdafiəçi 1 sarı vərəqə ilə yadda qaldı. Hazırda isə onun Lissabon klubu ilə yollarını ayıracağı deyilir.
Tural Hümbətov
Müdafiəçinin ölkədən kənardakı kareyrası o qədər də uğurlu deyil. Ötən mövsüm qışa qədər “Pobeda”nın şərəfini qorudu. Mokedoniya çempionatında 7 matçda şans qazandı ki, bu da 605 dəqiqə edir. Həmin müddətdə 1 dəfə sarı vərəqə ilə cəzalandı. Daha sonra Monteneqroya üz tutan Tural “Deçiç”lə anlaşdı. Bu klubun formasında isə cəmi 2 matçda meydana çıxdı. Mübarizə apardığı 136 dəqiqədə bir dəfə qarşısında “sarı” gördü.
Amit Quluzadə
Ölkə xaricində yeganə çempionluq sevinci yaşayan Amit oldu. Qışda Kosovoya üz tutan yarımmüdafiəçi “Drita” ilə “qızıl”a yiyələndi. Ancaq Quluzadə bu komanda ilə Çempionlar Liqasında iştirak etməyəcək. Çünki mövsüm bitəndən sonra futbolçumuz klubdan ayrıldı. O ki qaldı Amitin statistik göstəricilərinə, düzü, bunu əldə etmək üçün internet qaynaqlarını ələk-vələk etsək də, təəssüf ki, tam dolğun bilgiyə varmadıq. Yalnız bir informasiya mənbəyindən 8 oyunda meydana çıxıb 438 dəqiqə şans qazandığını müəyyənləşdirdik. Lakin bu da tam dəqiq məlumat deyil.
Başqaları
Əslində legioner həyatı yaşayan futbolçularımızın siyahısı bununla bitmir. Lakin onların çoxu U-21-in üzvüdü və əksəriyyəti əsas komandalarda yox, aşağı yaş qruplarında top qovurlar. Fərid Nəbiyev, Rövlan Muradov, Ozancan Kökcü, Arzuman Rizvanov, Murad Mahmudov kimi gənclərin gələcəkdə əsas yığma üzvünə çevriləcəyi inandırıcıdı. Bundan başqa, Valeh Seyidovun da adını qeyd etməliyik. Təki hansısa bəhanələri əsas gətirib, vətənə dönməsinlər. Bu təkcə milli yox, öz karyeraları baxımından da önəmlidi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar