Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
15 in 13:52olke
“Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı

“Bu klubun yaranması Lənkəran üçün töhfədi”
Yeni təsis edilən “Xan Lənkəran”ın Direktorlar Şurası yaradılıb. Bununla da klubun yaradılmasında əsas pay sahibi olan Təşkilat Komitəsi fəaliyyətini dayandırıb. Bundan sonra Direktorlar Şurası bu fəaliyyəti davam etdirəcək. Şuranın sədri seçilən Lənkəran Mədəniyyət Mərkəzinin direktoru, Yazıçılar Birliyi və Jurnalistlər Birliyinin üzvü Hafiz Mirzə “Xan Lənkəran”ın “feysbuk” səhifəsinə bunları deyib: “Lənkəranlılar çoxdan futbolun həsrətindədi. Digər komandalarımızın sönük oyunlarına baxıb gileylənirdilər. Ölkə futboluna rəng qatan azarkeşlər vardı burda. Təəssüf ki, qeyri-müəyyən şayiələr və bəzi insanların iddialarına görə “Xəzər Lənkəran” çempionatdan çəkildi. Amma bu, Lənkəranda futbolun yox olması demək deyil. Lənkəranda insanlar futbolla yaşayır. Bu klubun yaranması Lənkəran üçün töhfədi. İnsanlar yenidən stadiona axışacaq, futbolçularımızı qələbəyə ruhlandıracaq. Bundan Azərbaycan futbolu bəhrələnəcək. Futbol canlanacaq, rəqabət və azarkeş kütləsi artacaq. Ölkə çempionatına yeni nəfəs lazımdı. Futbol azarkeşlər üçündü. Azarkeşsiz futbol kabinet generalı kimi bir şeydi. Bu layihəni yaradan insanlar alqışlanmalı və onlara dəstək verilməlidi. Onların yanında olmaq lazımdı. Mən də onların yanındayam”.
Xatırladaq ki, “Xan Lənkəran” növbəti mövsümdən 1-ci divizionda çıxış etmək istəyir. Klubun 1 illik fəaliyyəti üçün təxmini nəzərdə tutulan büdcə 400 min manatdı. Bu məbləğin 300 mini komandanın xərclərini, 100 min manatı isə şirkətləşmə, maddi bazanın təkmilləşdirilməsi istiqamətlərini əhatə etməlidi. Gələn ilin martına, premyer-liqada iştirakla bağlı lisenziyalaşdırma tələblərinin maliyyə meyarları üzrə sənədlərinin təqdim edildiyi vaxta qədər büdcənin 1 milyon manata çatdırılması hədəflənib. Həmçinin prioritet məsələlərdən biri Lənkəranda futbol üzrə peşə liseyinin açılmasıdı.
SƏRXAN
Şərh yaz