13 in 23:54olke

Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır

Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır
“24 yaşım var, çoxdan milli üzvü olmalıydım”
Kərim Diniyev son yarım ildə 3 klub dəyişdi. Daha doğrusu, qışda “Kəpəz”dən “Səbail”ə, mövsüm başa çatandan sonra isə “Sabah”a keçdi. Başqa sözlə, o, növbəti mövsümdə də premyer-liqanın debütantında top qovacaq. Bir vaxt adı “Neftçi” ilə yanaşı hallanan yarımmüdafiəçi ilə həm yeni komandası, həm son mövsümdəki çıxışı, həm də hələ debüt etmədiyi milli planları haqda söhbətləşdik. Şahin Diniyevin oğlunun səmimi etirafları oxucular üçün də maraqlı olacaq.
- Niyə “Sabah”ı seçdin?
- Seçmək deyəndə, elə də çox komandamız yoxdu ki. Cəmi 8 komanda var. Düzdü, başqa təkliflər də var idi. Amma seçimimdə Elşad Əhmədov amili həlledici rol oynadı. Elşad müəllimi yaxşı tanıyıram, o da mənə bələddi. Üç ilə yaxın bir yerdə işləmişik. “Neftçi”nin əvəzedicilərində məşqçim olub. O vaxtdan da münasibətlərimiz yaxşıdı. Əhmədovun məşqçi kimi nəyə qadir olduğunu, nələr edə biləcəyini bilirəm. Elə bütün Azərbaycan bunu bilir, son mövsümdə debütant “Xəzər”lə divizionun qalibi oldu. Yaxşı məşqçidi, güclü məşqçidi. Bu da seçimimdə əsas amil oldu.
- Yenə debütant komandada çıxış edəcəksən.
- (gülür) Ardıcıl üçüncü mövsümdü. “Kəpəz”ə keçəndə diviziondan yeni qalxmışdı, “Səbail” də elə, indi də “Sabah”.
- Bunun yaxşı və pis tərəfləri hansıdı?
- Çətinlik odu ki, yeni, təcrübəsiz komanda olur. Premyer-liqaya uyğunlaşdırmaq üçün heyətdə dəyişiklik çox olur. Komanda “oturana” qədər müəyyən zaman tələb olunur. Üstünlüyünə gəlincə, yeni komanda, adətən, uğura ac olur. Böyük nəticə qazanmaq istəyir, əzmkarlıq, xarakter nümayiş etdirir. Təzyiq də az olur. Düzdü, bunu “Kəpəz” haqda deyə bilmərik. “Kəpəz” köklü klubdu, orda təzyiq altında oynamağa məcbursan. Oyunlarımıza 15-20 min adam gəlirdi. Azarkeşlər çox tələbkardılar. Amma “Səbail”də belə deyildi. “Sabah”da da təzyiq olmayacaq.
- Yəni düşünürsən ki, “Sabah”ın iddiası da yüksək olmayacaq?
- Belə deməzdim. Azarkeşlərin, ictimaiyyətin təzyiq etməməsi o demək deyil ki, çempionatı yola verəcəyik. Hər kəs işlədiyi yerdə uğur qazanmaq istəyir. Məlum məsələdi, komanda iki ildi yaranıb. Bu o deməkdi ki, komanda avrokuboklara getməyə iddia edə bilməz. Qayda-qanunla bunun üçün 3 il olmalıdı. Amma “Avropaya getmirik deyə, çempionatı yola verək” yanaşması olmayacaq. Əvvəla, özünə hörmət edən futbolçu bunu istəməz. İkincisi, baş məşqçi buna imkan verməz. Necə lazımdı, elə də mübarizə aparacağıq. Yaxşı yerlərdən birini tutmağa çalışacağıq.
- Heyət buna imkan verir?
- Niyə elə fikirləşirsiz? Hamısı oynayan uşaqlardı. Mətbuatdan izləyirəm kimlərin gəldiyini. Doqquz-on yeni transfer var. Adı açıqlananlar potensiallı, premyer-liqa təcrübəsi olan uşaqlardı. Gənclər də var onların arasında. Onlara da biz kömək etməliyik ki, premyer-liqanın ab-havasına tez alışsınlar. Transferlər davam edəcək. Azı 15-16 yerli futbolçu olmalıdı. Həmçinin 5-6 legioner dəvət edilməlidi ki, say 20-22-yə çatsın. Bildiyimə görə, klub legionerlərlə də danışıq aparır. Daha dəqiqini rəhbər şəxslər, baş məşqçi bilər, onlardan soruşmaq lazımdı. Mən inanıram ki, “Sabah” çempionatın sıradan komandası, qapazaltı olmayacaq.
- “Səbail”də oyunun alınmadı. Razısan?
- Mən səmimi danışmağı xoşlayıram. Açığı, “Səbail”də keçirdiyim 6 ayı özüm üçün itki sayıram. İstədiyim oyunu nümayiş etdirə bilmədim, nəsə alınmadı. Düzdü, qışdan sonrakı 14 oyunun 13-də iştirak etdim. Bunun 11-də start heyətində, 2-də sonradan meydana çıxdım (əslində 10 matçda ilk dəqiqələrdən meydanda olub, 3-də əvəzetmədən oyuna qoşulub – M.). Amma öz oyunumdan razı qalmadım. Yeni mövqedə çıxış edirdim. Əslində əvvəllər müdafiədə çıxış etmişəm, amma uzun müddətdi dayaq yarımmüdafiəçisi kimi çıxış edirdim. Bu üzdən “Səbail”də mənim üçün çətin oldu. “Kəpəz”də liderlərdən birinə çevrilmişdim. Orda uğurlu oyunuma görə iddialı klublardan da təklif almışdım. Nə isə, mən artıq o dəftəri bağlamışam. İrəli baxıram və inanıram ki, yeni mövsüm mənim üçün çox uğurlu olacaq. Özümə, komandama və baş məşqçimə güvənirəm.
- Yeri gəlmişkən, “Sabah”a razılıq verməmişdən əvvəl başqa variantların da olduğunu dedin. Sirr deyilsə, hansı klublar sənə təklif göndərmişdi.
- Ad çəkməyəcəm, amma premyer-liqadan idi. Sadəcə, qeyd etdiyim kimi, Elşad müəllimə görə “Sabah”a “hə” dedim. “Sabah”ın premyer-liqada çıxış edəcəyi dəqiqləşməmişdən əvvəl Türkiyə variantını da götür-qoy etmişdik. Yalan nə deyim, konkret təklif yox idi. Sadəcə, yaxın adamlar, əlaqəsi olan bir-iki nəfər fikrimizi soruşmuşdu ki, Türkiyənin aşağı liqasında oynamaq istəyirəm, ya yox? “Sabah”dan təklif gələn kimi tərəddüd etmədən başqa variantları kənara qoydum.
- Qışda “Kəpəz”dən ayrılanda demişdin ki “mövsümün sonunda məlum olacaq: uğursuzluğun baiskarı bizik, ya yox”. Komanda premyer-liqada qala bilmədi. Gəncəlilərə sözün var?
- Yox, heç bir sözüm yoxdu. O məsələyə qayıtmaq istəmirəm, keçmişdə qalıb. Danışmaqla heç nə dəyişməyəcək. Əlbəttə, komandanın elitanı tərk etməsinə üzülürəm. Amma kimisə günahlandırmaq, uğursuzluğun günahını kiminsə üstünə yıxmaq istəmirəm. Necə deyərlər: “uğura şərik çıxan çox olur, məğlubiyyət isə yetimdi”. Bəzən görürsən ki, komandası mükafatçı yer tutan, özünün əməyi olmayan futbolçu medal davası edir. Uğursuzluq olanda isə səsini çıxarmır. Mən elə futbolçulardan deyiləm. Qışa qədər orda olmuşamsa, deməli, nəticəyə görə 50 faiz məsuliyyət mənim və qışda komandanı tərk edən oyunçuların üzərindədi. Kişi kimi danışmaq lazımdı, bəlkə 3-5 xal artıq toplasaydıq, vəziyyət heç bu həddə çatmayacaqdı. Amma borclu qaldığımı düşünmürəm. Oynadığım iki ilyarım, üç il ərzində canımı qoymuşam. Dayaq yarımmüdafiəçisi ola-ola 10-a yaxın qol vurdum. Təkcə son mövsümdə, daha doğrusu, qışa qədər keçirdiyim 13 oyunda 4 dəfə fərqlənmişdim. İnşallah, “Kəpəz”i yenidən premyer-liqada görərik.
- Bəs Kərimi millidə nə vaxt görəcəyik? Coşqun səndən balacadı, ancaq çoxdan yığmanın üzvüdü.
- Milli mənim zəif yerimdi. Bu il bütün məqsədim yığmaya düşməyə hesablanıb. Onun üçün çalışacam. Qurban Qurbanovun təyinatından sonra bütün futbolçuların motivasiyası ikiqat artıb. Hamı gördü ki, Qurban müəllim iddialı və ya autsayder olmasından asılı olmayaraq, hər bir komandadan futbolçu cəlb edə bilər. Çağırılmırıqsa, deməli, öz günahımızdı. Burda başqa bəhanə keçmir. 24 yaşım var, çoxdan milli üzvü olmalıydım. İnanıram ki, qarşıdakı “futbol ili” mənim ilim olacaq. Həm klub, həm də milli karyeram baxımından. İndidən çempionatın startını gözləyirəm. Heç vaxt indiki kimi motivasiyalı olmamışdım. Təki Allah zədədən qorusun. Qalanı öz əlimdədi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar