13 in 23:47olke

Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə

Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə
“Zirə” 12 legionerin xidmətindən yararlansa da, ortada heç nə yoxdu
Əvvəlki illərlə müqayisədə ölkəmizə gələn legionerlərin sayı xeyli azalıb. Bu da səbəbsiz deyil. Həm klubların sayı 12-dən, 10-dan 8-ə enib, həm də pula pul deməyən “Bakı”yla “Xəzər Lənkəran”, o cümlədən hər zaman əcnəbi sevgisini göstərən “Simurq” yoxdu. Ölkənin iqtisadi durumunun zəifləməsi və futbola yatırılan pulların aşkar dərəcədə azalması da başlıca amildi.
Lakin bu o demək deyil ki, klublar legionerlərin xidmətindən imtina edib, yerlilərə güvənməkdə maraqlıdı. Elə indinin özündə də klublar, iddiasından asılı olmayaraq, əcnəbilərin transferində maraqlıdı. Baş məşqçilər ağzını açanda bu məqama toxunurlar, sərəncamında əcnəbi futbolçuların olmasının vacibliyini qeyd edirlər. Bəziləri bundan fayda götürürsə, digərləri sponsorların pullarını küçəyə səpir. Hər halda, gəlmələrə çəkilən xərc təkcə maaş deyil. Ev kirayəsi, bonus və mükafatlar da öz yerində.
Yazıda 2017/2018 mövsümündə premyer-liqa həyəcanı yaşamış legionerlərin sayına nəzər salıb, komandalarına nə dərəcədə fayda verdiklərini araşdıracağıq. Bəribaşdan qeyd edək ki, “Sumqayıt”da bir əcnəbi belə meydana çıxmayıb. Qalan 7 komanda isə ümumilikdə 73 əcnəbinin xidmətindən yararlanıb ki, hər komandaya orta hesabla 10 nəfər düşür.
Qarabağ: Dino Ndlovu, Tarik Elyunussi, İbrahim Şehiç, Anton Kanibolotski, Ansi Aqolli, Yakub Jezniçak, Miçel, Dani Kintana, Vild-Donald Gerye, Pedro Enrike.
Komanda çempion olubsa, futbolçuları saf-çürük etmək mənasızdı. Hər halda, ortada nəticə var. Belədə isə kimisə qınamaq anlamsız olur. Lakinin yazının “canı” budusa, araşdırma aparmağa məcburuq. Çempionatda “Qarabağ”a fayda verə bilməyən legionerlər arasında iki ad – Tariklə Anton diqqəti çəkir. Birinci zədəyə görə ölkəmizdə möhkəmlənə bilmədisə, ukraynalı qapıçı Şehiçin “kölgəsində yatdı”. Şans qazandığı oyunlarda isə kobud səhvlərlə diqqəti çəkdi. Faizlə danışsaq, ağdamlılar əcnəbilərin 80 faizindən xeyir görüb.
Qəbələ: Endi Hallidey, Deyv Bultuis, Ekiqo Ehiosun, Dmitri Bezotosnı, Vitali Vernidub, Voislav Stankoviç, Dion Malone, Filip Ozobiç, Stiven Jozef-Monroz, Baqali Dabo, Famussa Kone.
Təəssüf ki, eyni sözləri bölgə təmsilçisi haqda deyə bilməyəcəyik. Çempionluq şansını vaxtından əvvəl itirən, kubokun finalında məğlub olan komandanın iddialarından uzaq düşməsinin əsas səbəblərindən biri məhz əcnəbilərdən lazımi faydanın görülməməsidi. Yayda gerçəkləşdirilən bəzi transferlərin yararsızlığı hələ çempionatın qışa qədər olan bölümündə özünü göstərdi. Hallidey, Bultuis və Ehiosun yaxşı mənada heç nə ilə yadda qalmadı. Özləri yaxşı pul qazandılar, amma komandaya heç nə qazandıra bilmədilər. Təxminən eyni sözləri mövsümboyu kobud səhvlərə yol verən Verniduba və “Qəbələ”yə necə gəlib çıxması müəmmalı qalan Maloneyə də aid edə bilərik. Qalanı isə bacardıqlarını etməyə çalışdılar. Faizlə danışsaq, “qırmızı-qaralar” əcnəbilərdən 55-60 faiz xeyir görüb.
Neftçi: Pavel Dreksa, Daniel Seqoviya, Hüqo Barqas, Kiril Petrov, Derlis Meza Kolli, İqnasio Errera, Lukas Qomes, Mayk Kampaz, Fransisko Qarsiya, Soni Mustivar.
Komandanın 5 illik medal həsrətinə son qoyub “bürünc” qazanmasında yerlilərin əməyi daha çox oldu. Ruslan Abışov, Rəşad Əzizli, Anton Krivotsyuk, Emin Mahmudov, Rəhman Hacıyev, Namiq Ələsgərov əcnəbi həmkarlarından daha xoş təsir bağışlayırdı. Errera ilə Petrov, həmçinin mövsümün sonuna yaxın gətirilən Mustivar seçilənlər arasındaydı. Hə, qışa qədər Barqasın sərgilədiyi oyunu da unutmamalıyıq. Digərləri isə ciddi mənada heç nə ilə fərqlənmədi. Hətta bəziləri ehtiyat oyunçular skamyasının “bəzəyinə” çevrildi. Faizlə danışsaq, bakılılar əcnəbilərdən 40 faiz xeyir görüb.
Zirə: Kervens Belfort, Qabriel Matey, David Manqa, Yani Urdinov, Jozef Bum, Yovan Krneta, Riçard Qadze, Milan Duriç, Viktor İbokoyi, Aleksandr Dedov, Comal Uilyams, Sadio Tounkara.
Mövsüm ərzində ən çox legionerin xidmətindən istifadə edən komandadı. Ayxan Abbasov ilk turdan sona qədər 12 gəlməyə güvənib. Aralarında üz güldürənləri də oldu, heç nə ilə yadda qalmayanlar da. Matey, Urdinov, Qadze, Duriç, Dedov və Tounkara zirəliləri irəli aparan futbolçulardan sayıla bilər. Bum zədəyə görə mövsümün təxminən yarısını boşa verməsəydi, o da ən yaxşılardan biri olacaqdı. Faizlə danışsaq, “Zirə” əcnəbilərdən 50 faiz xeyir görüb.
Keşlə: Denis Silva, Adrian Skarlatake, Sezar Meza Kolli, Ebrima Sohna, Nemanya Stoyanoviç, Herve Tçami, Pablo Podio, Andre Klennon.
Qış fasiləsinə qədər yalnız Denislə Adrianın xidmətindən istifadə edən “qırmızılar” çempionatın ikinci yarısında daha 6 əcnəbinin köməyindən yararlandı. Komanda heç kimin gözləmədiyi halda kubokun finalına yüksəlib, həlledici matçdan qalib ayrıldısa, üstəgəl, mövsümün son oyunlarında məğlubiyyət acısı dadmadısa, deməli, transfer siyasəti uğurlu sayılmalıdı. Yalnız Podio ilə Tçami bacarığını “Keşlə”də ortaya qoya bilmədi. Faizlə danışsaq, Yuri Maksimovun rəhbərlik etdiyi komanda əcnəbilərdən 75 faiz xeyir görüb.
Səbail: Edqaras Jarskis, Adrian Popoviçi, Renan Telyes, Ayron Stati, Tamazi Tsetsxladze, Maudo Jarjue, Yevgeni Koçuk, Vahid Orazsaxedov, Elman Taqayev, Faruk Miya, Nikoloz Apakidze.
Samir Əliyevin “Səbail”dən ayrılmasının dəqiq səbəbini bilmirik. Amma gedişində məhz toxunduğumuz məsələ də az rol oynamadı. Debütant avqustdan maya qədər nə az, nə çox – 11 legionerin xidmətinə ehtiyac duydu. Və bir çoxunun Bakıya vaxtını keçirmək üçün gəldiyi göz qabağında idi. Başqa cür desək, səviyyələri premyer-liqada oynamağa imkan vermirdi. Jarskis, Popoviçi, Telyes, Stati, Orazsaxedov, Taqayev, Jarjue bir çox oyunlarda şans qazansalar da, faktiki komandalarına kömək edə bilmədilər. Samir Əliyev qışda “ayıldı” və nisbətən bacarıqlı görünən Koçuk, Miya, Apakidzenin keçidinə razılıq verdi. Faizlə danışsaq, “Səbail” əcnəbilərdən 35 faiz xeyir görüb.
Kəpəz: Samba Diallo, Mansur Alaci, Viktor Laki, Dedimar Fereyra, Dario Federiko, Dieqo Qusmao, Qiuli Mancqaladze, Sergey Litovçenko, İqor Korotetski, Şadon Vinçester.
Gəncəlilərin transfer çalışmaları, yəni əcnəbi seçimi biabırçı durumda idi. Bu haqda geniş bəhs etməyə ehtiyac yoxdu. Qısaca onu deyək ki, ən çox azarkeşi olan komandada yalnız Dario Federiko yaxşı mənada fərqlənirdi. Digərləri isə ya səviyyəsinə görə elitada oynamağa hazır deyildi, ya da zaman azlığı özlərini göstərməyə mane oldu. Pulsuzluqdan gileylənən, düz-əməlli bazası olmayan, yekunda çempionatı tərk edən komandanın 10 əcnəbini yedizdirməsinin özü maraqlı, eyni zamanda ürək ağrıdan faktdı. Faizlə danışsaq, “Kəpəz” əcnəbilərdən 10 faiz xeyir görüb.
Adlardan və rəqəmlərdən də göründüyü kimi, klublarda transfer işləri heç də lazımi səviyyədə deyil. Başqa cür desək, düzgün seçim aparılmır. Bir çox hallarda kimlərsə şəxsi mənafeyini düşünür, bəzən də baş məşqçilər tələsik qərarlarla sponsorların pullarının havaya sovrulmasına şərait yaradır. Sonra da yanıb tökülürük: iş adamları futbola niyə pul xərcləmək istəmir?
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar