10 in 12:57olke

Heyif o “Kəpəz”dən, o azarkeşlərdən...

Heyif o “Kəpəz”dən, o azarkeşlərdən...
Gəncəli azarkeşlərin gözqamaşdıran statistikası
Belə baxanda, Azərbaycan çempionatı gərginliyinə və oyun səviyyəsinə görə heç də pis təsir bağışlamır. Rusiya və Ukrayna çempionatını çıxsaq, qalan MDB ölkələrinin çempionatları premyer-liqamızla ayaqlaşa bilmir. Əbəs yerə “avrokuboklar çempionatın güzgüsüdü” demirlər ki. Son 5 ildə “Neftçi”, “Qəbələ” və “Qarabağ” Avroliqanın qrupunda üst-üstə 6 dəfə çıxış edib. Ağdamlılar hətta daha artığını edib, Çempionlar Liqasının qrupuna yüksəldi. Yəni dünyanın istənilən ortabab futbolçusu Azərbaycanda çıxış etməyə ağız büzə bilməz.
Sadəcə, bir böyük dərdimiz – azarkeş sayının azlığı var ki, illərdi buna çarə tapılmır. Düzünə qalsa, “peraşki” dövründə ölkə futboluna maraq indikindən çox idi. İnternet dövrü gəldi, oyunlar televiziya vasitəsi ilə canlı yayınlanmağa başladı, təmsilçilərimizin avrokuboklardakı uğurlu çıxışı daxili birinciliyə marağı öldürdü – bütün bunlar bir çox futbolsevərin stadiona gedən ayağını “kəsdi”. Bu mənada “Xəzər Lənkəran”la “Neftçi” arasındakı “böyük oyun”un tarixə qovuşmasını da qeyd etməliyik.
İstənilən halda, azarkeş sayı ilə bağlı durum ürəkaçan deyil. Rəqəmlərin yaratdığı biabırçı statistik vəziyyətə vaxtilə ölkəmizdə legioner həyatı yaşamış futbolçular dəfələrlə toxunub, bəziləri Azərbayacana gəlmək istəməməsini sırf azarkeşsizliklə əlaqələndirib. Budəfəki yazıda premyer-liqanın ilk yarısında qeydə alınan rəqəmlərə göz gəzdirib, müəyyən nəticələr çıxardıq.
Oyunbaşına 2007 nəfər düşür
Əvvəla ondan başlayaq ki, 28 turdakı 112 oyunu ümumilikdə 224826 nəfər izləyib. 28 tura böləndə hərəsinə 8029 nəfər düşür. Oyunbaşına isə 2007 nəfər edir. Maraqlıdı ki, çempionatın ilk yarısına ikinciyə nisbətən daha böyük maraq olub. Premyer-liqanın dekabra qədər olan bölümünü ümumilikdə 126670 nəfər canlı izləmişdisə, fevraldan maya qədər olan rəqəm 98156-dı. Bu da heç şübhəsiz, Gəncə şəhər stadionuna gələnlərin sayındakı kəskin azalmaya görədi. Turlar üzrə statistik göstərici belədi:
1-ci tur – 7526 azarkeş
2-ci tur – 6300
3-cü tur – 8100
4-cü tur – 4153
5-ci tur – 5120
6-cı tur – 3900
7-ci tur – 6575
8-ci tur – 3870
9-cu tur – 12550
10-cu tur – 10050
11-ci tur – 17400
12-ci tur – 15500
13-cü tur – 11626
14-cü tur – 13950
15-ci tur 5500
16-cı tur – 4350
17-ci tur- 4488
18-ci tur – 10458
19-cu tur – 6900
20-ci tur – 6700
21-ci tur – 8000
22-ci tur – 9700
23-cü tur – 11600
24-cü tur – 4900
25-ci tur – 3750
26-cı tur – 7300
27-ci tur – 4910
28-ci tur - 9600
Rəqəmlərdən də göründüyü kimi, ən çox futbolsevərin əziyyət çəkib stadiona təşrif buyurduğu 11-ci tur olub. Həmin 17400 nəfər noyabrın 4-5-də arenaların yolunu tutub. 25-ci turdakı durum isə faciəvidi. 4 oyuna ümumilikdə 3750 nəfər canlı baxıb. Bunun 1200-ü “Sumqayıt” – “Səbail” oyununa təsadüf edib.
Bölgələrdə “Kəpəz”in ev oyunları...
Ən çox azarkeşin izlədiyi oyun 11-ci tura təsadüf edib. “Kəpəz”in Gəncədə “Qarabağ”a 0:2 hesabıyla məğlub olduğu qarşılaşmada tribunalarda 13300 tərəfdar olub. Yerli azarkeşlərin Çempionlar Liqasının qrupunda çıxış etmiş rəqibi canlı izləmək istəyi başadüşüləndi. Buna yaxın rəqəmlər də məhz qərbin paytaxtında qeydə alınıb:
Kəpəz – Sumqayıt 9500
Kəpəz – Səbail 9300
Kəpəz – Qəbələ 8500
Kəpəz – Neftçi 8000
Kəpəz – Qarabağ 8000
Maraq üçün qeyd edək ki, “Kəpəz”lə “Qarabağ” arasında keçirilən 4 oyunu ümumilikdə 25588 nəfər izləyib ki, bu da hər matça orta hesabla 6397 nəfər deməkdi.
...paytaxtda “Neftçi” – “Qarabağ” duelləri
Bölgələrdə futbola olan maraq haqda uzun-uzadı danışmağa ehtiyac yoxdu. Futbolla yeni-yeni maraqlanmağa başlayanlar da vəziyyətlə tanışdı. Paytaxtda ən çox azarkeş toplayan oyun isə çempionatın açılış turuna təsadüf edib. “Neftçi” – “Qarabağ” matçında “Bakcell Arena”ya 4800 nəfər təşrif buyurub. Maraqlıdı ki, buna yaxın rəqəmlərdə də “ağ-qaralar”ın adı var:
Qarabağ – Qəbələ 4200
Neftçi – Sumqayıt 4000
Keşlə - Kəpəz 4000
Neftçi – Qarabağ 4000
Qarabağ – Neftçi 3500
Keşlə - Neftçi 3500
“Qəbələ”nin haqq etmədiyi say
Ən az azarkeşin baxdığı matç bölgədə baş tutub. Həm də bölgə təmsilçilərinin oyununda. 7-ci turdakı “Qəbələ” – “Kəpəz” qarşılaşması zamanı stadionda vur-tut 175 tərəfdar olub. “Qəbələ” – “Səbail” görüşündə tribunalarda 250, “Qəbələ” – “Sumqayıt” qarşılaşmasında isə 550 futbolsevər olub. Ardıcıl iki il Avroliqanın qrup mərhələsində çıxış etmiş, “Qarabağ”a boy verən “Qəbələ”nin yerli insanlar tərəfindən bu cür “hörmətə” layiq bilinməsi ürəkağrıdan mənzərədi. Buna yaxın rəqəmlər isə “Səbail”in “aktivindədi”.
Səbail – Neftçi 200
Səbail – Qəbələ 200
Səbail – Keşlə 250
Səbail – Keşlə 300
Yaxşı ki, gəncəlilər var
Keçək yazının “yağlı” hissəsinə. İllərdi danışılan bölgə - paytaxt rəqabətinə. Çempionatda əyalətdən cəmi iki iştirakçı var: “Qəbələ” və “Kəpəz”. Hər iki bölgə təmsilçisi 14 ev oyunundan cəmi 13-nü “doğma divarlar” arasında keçirdi. Gəncəlilər örtüyün yenilənməsinə görə 3 ay gözləməli oldu ki, belədə qarşılaşmalardan 1-i Yevlaxda oynanıldı, amma istənilən halda bölgədə baş tutdu. “Qəbələ” isə “Qarabağ”la qarşılıqlı razılaşmadan sonra 28-ci turda Qəbələdə keçirilməli olan matçın Bakıda baş tutmasına müvəffəq oldu. Qısası, 27 oyunu üst-üstə 107207 nəfər izləyib. Bu göstəricidən cəmi 16475-i “Qəbələ”nin payına düşür. Qalan 90732 nəfər “Kəpəz”in azarkeşləri olub. Bu isə o deməkdi ki, ümumi azarkeş sayının – 224826-nın təxminən yarısı bölgələrin hesabındadı. Qısası, bölgələrdə keçirilən həmin 27 oyunun ümumi azarkeş sayı Bakıda və Sumqayıtda baş tutan 85 oyundakı tərəfdarların sayı ilə aşağı-yuxarı eynidi.
“Səbail” kimə lazımdı?
“Sumqayıt” ekvator xətti kimidi. Nə paytaxta aiddi, nə də bölgə saya bilirik. Bakıyla rayonların arasında yerləşir. Ona görə də “kimyaçılar”ın göstəricilərini heç birinə aid etmirik. “Kapital Bank Arena”da keçirilən 14 oyunu ümumilikdə 19878 nəfər izləyib. Bu da orta hesabla 1419 edir.
Bakıda və Bakıətrafı qəsəbələrdə baş tutan 71 qarşılaşmada stadionlara 97741 nəfər gəlib. Gəncəylə Qəbələdəkindən az. Paytaxtdakı göstəricilərdə “Səbail”in vəziyyəti isə ürək ağrıdır. Debütant, demək olar, azarkeşsizdi. 14 ev oyununu vur-tut 5453 nəfər izləyib ki, onlardan yarısı qonaq fanatlar olub. Deyək ki, ev oyunlarının “Dalğa Arena”da keçirilməsi müəyyən mənada öz təsirini göstərib.
oyun sayı ümumi say ortalama
Kəpəz 14 90732 6480
Qarabağ 15 31188 2079
Neftçi 14 27720 1980
Keşlə 14 21120 1508
Sumqayıt 14 19878 1419
Qəbələ 13 16475 1267
Zirə 14 16260 1161
Səbail 14 5453 389
Statistik rəqəmlər üzərində “gəzişəndən” sonra əlavə şərhə ehtiyac qalmır. Vaxtilə lənkəranlı azarkeşlərin ölkə futboluna göstərdiyi marağı bu dəfə gəncəlilər nümayiş etdirib. Həm də hansı komandaya? Məğlubiyyətləri sıralayan, mövsümboyu heç cür özünə gələ bilməyən və yekunda sonuncu yeri tutub premyer-liqanı tərk edən komandaya. Rövnəq Abdullayev hər nə qədər sponsorsuzluqdan gileylənsə də, yaxın ətrafının maliyyə ayırdığı “Səbail”in vəziyyətinə baxmaq yetər. Bakının “yağlı” rayonunu təmsil edən komandanı dəstəkləyən yox dərəcəsindədi. 5-10 nəfərdi ki, onlar da ya muzdlu azarkeşlərdi, ya da hansısa futbolçuların yaxınlarıdı. Odu ki, Azərbaycan premyer-liqası paytaxtdan kənara çıxana qədər azarkeş marağından, intriqadan danışmaq artıqdı. Sadəcə, “bizim ölkədə də futbol var” mənzərəsini yaratmaqdı bugünkü durum. Heyif o “Kəpəz”dən, o azarkeşlərdən...
HƏBİB
Народ кто желает играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb Dünən, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Dünən, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb Dünən, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb Dünən, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə Dünən, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir Dünən, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi Dünən, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı Dünən, 13:38 2018-in son turunda “qütblərarası savaş” Dünən, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı Dünən, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” Dünən, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq Dünən, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu Dünən, 13:12 “Qarabağ” oteli dəyişdi Dünən, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma Dünən, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar