08 in 23:16olke

AFFA hakimləri prokurorluğa verdi

AFFA hakimləri prokurorluğa verdi
Anar Salmanov: “Rüşvətə görə həbs olunmalı adam varsa, o da Xaqani Məmmədovdu”
Birinci divizion AFFA və PFL-in başına bəladı. Ötən mövsüm aşağı dəstədə alğı-satqıya görə sərt tədbirlərə əl atılsa da, görünür, bu kimlərəsə dərs olmayıb. UEFA-dan başa çatan son mövsümlə bağlı da təlimat gəlib. Qitə futbol qurumu assosasiyaya şübhəli oyunların siyahısını göndərib. Baş katib Elxan Məmmədov isə öz növbəsində hüquq-mühafizə orqanlarını işə qoşub. Əldə etdiyimiz bilgiyə görə, bununla bağlı AFFA-dan prokurorluğa rəsmi müraciət ünvanlanıb. Divizionda oyun alveri ilə bağlı Bakı şəhər Prokurorluğu araşdırma aparır və prosesi Bakı şəhər Baş Polis İdarəsi də nəzarətə götürüb. Dindirilənlər kifayət qədərdi. Adının açıqlanmasını istəməyən AFFA-dakı mənbəmiz siyahıda 30-dək şəxsin dindirilməyə cəlb edibldiyini bildirdi. Bunlar arasında hakimlər, klub prezidentləri, baş məşqçilər və futbolçular da var. “Sabah”, “Qaradağ Lökbatan” və "Turan Tovuz" klublarının iştirakıyla keçirilən qarşılaşmalar şübhəli bilinir. Bir neçə hakimdən izahat alındığı bildirilir ki, dindirilənlərdən premyer-liqadan tanıdığımız İnqilab Məmmədov, Orxan Məmmədov, Knyaz Əmiraslanov və Rza Məmmədovun adını dəqiqləşdirə bildik.
Sabiq FİFA referisi Anar Salmanov dünən redaksiyamızla əlaqə saxlayaraq, “Futbol+” vasitəsilə hüquq-mühafizə orqanlarına səsləndi. O, prokurorluqla əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı. Ancaq bir şərtlə: “Mən də eşitmişəm uşaqlarımızın prokurorluğa çağırıldığını və müstəntiq tərəfindən sorğu-sual olunduqlarını. Dövlət orqanlarının araşdırma aparması normaldı, bu onların vəzifəsidi. Amma mənə maraqlıdı, niyə komitə sədrini dindirmirlər? Rüşvətə görə həbs olunmalı adam varsa, o da Xaqani Məmmədovdu. “Heç-heçəyə görə 15 verirlər” videosu dəlil-sübutdu. “Yutub”da da var, özümdə də diskləri saxlamışam. Lazım gəlsə, onları prokurorluğa təqdim edə bilərəm. Xaqani Məmmədovun kupedə yazdığı izahat isə AFFA-dadı. Əliyar Ağayevin 1-ci kateqoriyaya yüksəlməsini öz adına çıxır. Halbuki “kor da bilir, balıq şordu”. Fürsətdən istifadə edib Əliyarı yeni kateqoriyaya keçməsi münasibətilə təbrik edirəm. O, istedadlı hakimdi və öz gücünə daha da irəli gedəcəyinə inanıram. Babək Quliyevlə Anar Salmanovun qarşısını qərəzli şəkildə aldılarsa, qoy heç olmasa, o ölkəmizi təmsil etsin. Ancaq hamı bilir ki, Əliyarın yetişməsində əməyi olan şəxs onun atası Kərim Ağayevdi, bir də Rüstəm Rəhimov. Xaqani Məmmədov hər fürsətdə Əliyarı vurmağa çalışır. Çempionatda səhv edəndə başqalarına 3 oyun verirsə, onu 5 oyunluq cəzalandırır, bu faktdı. Necə olur, Ağayev FİFA-da yaxşı qiymətlər alır, özümüzdə reytinqdə “3-lüy”ə güclə düşür, ən çox cəzalanan da odu? Əliyarın 1-ci kateqoriyaya yüksəlməsindən tutmuş futbolumuzun inkişafı naminə bir çox işlər AFFA-nın baş katibi Elxan Məmmədovun adı ilə bağlıdı. O kişinin qitə futbol qurumu ilə əlaqələri böyük rol oynayır. Allah onun canını sağ eləsin. Ancaq futbolumuzu, hakimliyimizi təmizə çıxarmaq istəyirsə, Xaqani Məmmədovu komitədən kənarlaşdırmalıdı”.
MİRAĞA
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok Bütün xəbərlər
Ən çox oxunanlar