08 in 00:11olke

Sönük oyun “feysbuk”u coşdurdu

Sönük oyun “feysbuk”u coşdurdu
“Zaman baxımından göydəndüşmə məğlubiyyətdi”
Sentyabrda start götürəcək Millətlər Liqasına hazırlaşan milli bu dəfə yoxlama görüşü üçün Qazaxıstana yollanmışdı. Qurban Qurbanovun rəhbərlik etdiyi yığma bu ölkənin paytaxtının adını daşıyan “Astana Arena”da Stanimir Stoilovun baş məşqçisi olduğu komanda ilə münasibətləri aydınlaşdırdı. “Dişimizə görə rəqib” bildiyimiz “sarı-göylər” Qurban bəyin çalışdırdığı komandanı 90 dəqiqə boyunca “sürüdü”. Xüsusilə ilk yarı yığma üçün bərbad keçdi desək, yanılmarıq. “Sarı-göylər” ötən əsrin 90-cı illərində gördüyümüz, futbol dahisi Valeri Lobanovskinin baş məşqçisi olduğu Kiyev “Dinamo”su kimi ilk 15 dəqiqədə ağlasığmaz temp ortaya qoyaraq, Qurbanovun komandasına göz açmağa imkan vermədi. Qırğızıstan üzərində qazanılan böyükhesablı qələbə azarkeşləri nə qədər sevindirmişdisə, Astanadakı bərbad oyun fonunda qeydə alınan böyükhesablı məğlubiyyət azərbaycanlı futbolsevərləri qəm dəryasına qərq etdi. Yığmanın Qazaxıstana uduzması idman yazarlarını da dilxor edib. Onların bəziləri “feysbuk”da matçla bağlı fikirlərini bölüşüblər. Qurbanovun yetirmələrinin bərbad çıxışına yönələn paylaşımların bəziləri ilə sizləri tanış edirik.
Erkin İbrahimov: “Bu da sizə Rəşadsız müdafiə xətti. Rəşad, Bədavi, Almeyda, qol duyumu olan hücumçu (ağla gələn ilk isim Dəniz Yılmazdı, o da dəyəsən, bizim millidə oynamaq istəmir)...Bunlar heyətdə olsaydı, 0:3 hesabı ilə uduzmazdıq. Yenə də yoldaşlıq oyununda böyükhesablı məğlubiyyət faciə kimi qələmə verilməməlidi. "Mainstream"ə qoşulub mən də deyirəm ki Cavid Hüseynov ilə Ruslan Qurbanovun yeri əsas heyət deyil. Yəqin ki, bunu bu gün Qurban Qurbanov da anladı. Hər halda, bu məşqçiyə inanmağa məcburuq. Qurbanov işi ilə özünü sübüt edib, rəğbətimizi qazanıb. Yoldaşlıq oyunlarında uduzaq, zəif yerlərimizi bir də görək.
P.S. Hazırda “Neftçi” də, “Qəbələ” də mərkəz müdafiəçisi axtarışındadı. Götürün Ruslan Qurbanovu, müdafiənin mərkəzində oynadın da. Adam kişi kimi bu gün Qazaxıstandan 3-cü “zadni” oynadı”.
Ceyhun Rzayev: “Ağır məğlubiyyət oldu. Çox da "yoldaşlıq oyunudu" desək də. Amma zaman baxımından göydəndüşmə məğlubiyyətdi. Kosovo ilə matçda da gələ bilərdi bu andıraqalmış, dünəndən əhvalımızı təlx edən darmadağın. Baş məşqçimiz Qazaxıstanla matçın videoyazısını dəfələrlə izləyəcək, bizim gördüyümüzdən daha artığını görəcək, ondan sonra futbolçulara səhvləri göstərəcək, ola bilsin, bəzilərini göndərəcək. Bəzi mövqelərdə çox ciddi problemlər var. Rəşad Sadıqovun gedişi müdafiənin mərkəzini çökdürüb. Tərslikdən Bədavi də müvəqqəti yoxdu. Qurbanov Maksimlə Ruslanı oynadır. Maksim - Ruslan tandemi Rəşadla Bədavinin heç üçdəbiri deyil.
Maksim mərkəzə çəkildiyindən sağ cinahda müəyyən axtarışlar gedir. Fakt budu ki, Medvedev "sağ"ın ağasıdı və məcburi rotasiya yığmanın əleyhinə işləyir. Sol cinahda isə Təmkin normal görünür, oyundan-oyuna da artıracaq. Dünən 8-10 dəfə stopperləri “sığortalayıb” mərkəzə düşdü.
Nəfəsimizi kəsdilər, göz açmağa imkan vermədilər. Qazaxıstanın 1-ci zonada tətbiq etdiyi öldürücü pressinqin öhdəsindən gəlməməyimizin başlıca səbəblərindən biri Almeydanın yoxluğuydu. 3 mərkəz yarımmüdafiəçimizdən yalnız Qara ayaqda çox top saxlamır. Cavidlə Nazarov topla oynamağı sevir. Topu qəbul edən kimi komanda yoldaşını axtarmağı, birtoxunuşlu qısa ötürmələri, "stenka"nı unutmuşduq. Fikir verin, fasilədən sonra Coşqun Qaraya yaxın, Cavid isə bir qədər irəli - Dimanın mövqeyinə çəkiləndən sonra mərkəzdəki ötürmə trafiki nisbətən düzəldi. Ruslan Qurbanov mərkəz hücumçusu kimi effekt vermədi. Yunanov da ən yaxşı halda 5-10 dəqiqə forma şansı qazana bilər. Mədətov və ya Şeydayev. Başqa seçim də yoxdu. Yazını uzatmaq istəmirəm. Yekun etibarilə bu, yoldaşlıq oyunu idi. Yoldaşlıq oyunu isə eksperiment aparmaq üçündü. Ayın 9-da Latviya ilə oyun Millətlər Liqasından əvvəl son sınağımızdı. Həmin oyunda da məğlub ola bilərik. Hər məğlubiyyəti faciəyə çevirmək lazım deyil. Əsas sentyabrın 7-nə hazır olmaqdı. Və hazır olacağımıza da inanıram. Qurbanov - Rəhmanov - Çakarov “üçlüy”ü bu işin öhdəsindən gəlməlidi”.
Kənan Məstəliyev: “Vallah, heç Almaniya bizi belə "döyməmişdi". Qurban Qurbanov inadından yox, məhz tərsliyindən geri dönməyincə bizə Avropada "pəpə" yoxdu. Müdafiənin mərkəzində mərkəz, özü də hazır mərkəz müdafiəçiləri, hücumda hücumçu oynamalıdı. Yəni bunu görmək o qədər çətindi ki, Qazaxıstan kimi ucaboy, fiziki hazırlığa güvənərək oynayan komandalara qarşı meydanda Ramil Şeydayev olmalıdı? Standart vəziyyətlərdə boyu heç olmasa, 185-188 sm olan MƏRKƏZ müdafiəçiləri oynamalıdı, Maksim Medvedev yox. Ruslan Abışovun bundan sonra düzələcəyinə ümid qığılcımı belə olmadığını görmək belə çətindi? Eksperimentin də bir həddi var. Arada araya 3-5 qram məntiq də səpmək lazımdı axı”.
Elçin Cəlilov: “Oyun yeri Astana, milli girdi bostana...”.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar