06 in 19:25olke

“Şövkət Orduxanov”u yeniləyən AZENCO “Şahdağ”ın divizionda oynamasına çalışacaq

“Şövkət Orduxanov”u yeniləyən AZENCO “Şahdağ”ın divizionda oynamasına çalışacaq
Rahid Əmirquliyev klubun yetirmələrini sevindirib
Ötən saylarımızın birində Şövkət Orduxanov adına Qusar şəhər stadionunda təmirə başlanıldığını xəbər vermişdik. Onu da bildirmişdik ki, bütün işlər ötən mövsüm Region Liqasında çıxış edən “Şahdağ”ın əsas himayədarı olan AZENCO şirkəti tərəfindən aparılır.
Hazırda arenada vəziyyətin necə olduğunu öyrənmək üçün “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevlə əlaqə saxladıq: “Artıq xeyli vaxtdı stadionda təmir işlərinə start verilib. Tribunalardakı bütün taxta oturacaqlar sökülüb. Yaxın vaxtlarda yeni plastik oturacaqların quraşdılmasına başlanacaq. Bundan başqa, tribunaların dağılıb-sökülən yerlərinə əlavə beton veriləcək. AZENCO tribunalarla yanaşı, stadionun ot örtüyünü də dəyişəcək. Məndə olan məlumata görə, yeni örtük təbii olmalıdı. Ancaq Qusarın iqlimini nəzərə alsaq, bu son qərar deyil. Stadionun ərazisində aşağı yaş qruplarının məşq etməsi üçün üstüörtülü meydan da salınacaq. Ölçüsü 60-ın 35-ə olan meydan ancaq uşaqlar üçün nəzərdə tutulub. 50 nəfərin qalması üçün nəzərdə tutulan bazanın tikintisinə də yaxın vaxtlarda başlanılacaq. Paltardəyişmə, hakimlər otağı da yenidən tikilərək istifadəyə veriləcək”.
Əlibabayevin sözlərindən belə çıxır ki, uzun illər baxımsızlıq səbəbindən bərbad vəziyyətə düşən Qusar stadionu tezliklə yeni simaya bürünəcək və müasir tələblərə cavab verəcək. Ötən əsrin 50-60-cı illərindən qalan paltardəyişmə otağına, ötən qışa kimi el arasında “ceyran peçi” deyilən istilik sobası ilə qızdırılan hakimlər otağına müasir istilik sistemi quraşdırılacaq. Keçəl başı xatırladan ot örtüyü isə yenidən futbol üçün yararlı meydana çevriləcək. Hələ 50 nəfər üçün nəzərdə tutulan bazanı demirik. Ancaq bir məqam var ki, ona toxunmasaq olmur. Bu qədər yeniliyin fonunda Qusarın təmsilçisi ötən mövsüm həvəskar status daşıyan Region Liqasında çıxış etdi. Görəsən, klubun sponsoru bu işləri həvəskar komanda üçün edir, yoxsa gələcək üçün daha böyük planlar var? Kamran bəyin məsələyə reaksiyası belə oldu: “Qusar respublikanın futbol mərkəzlərindən biridi. Müstəqillik illərində bizim komandada yetişən neçə-neçə futbolçu ölkənin aparıcı klublarına dəvət olunub, müxtəlif yaş qrupu üzrə yığmalarla yanaşı, əsas millinin şərəfini qoruyub. Demək istəyirəm ki, bölgənin futbol potensialı həmişə olub, var və gələcəkdə də olacaq. Bunu daha da inkişaf etdirmək üçün “Şahdağ”ın peşəkar liqada çıxış etməsi vacibdi. Belədə futbolçularımız da göz qabağında olacaq. AZENCO şirkəti “Şahdağ”ın qarşıdakı mövsümdə birinci dəstədə çıxış etməsi üçün əlindən gələni etməyə hazırdı. Bunu şirkət rəhbərliyi bizimlə söhbətdə dəfələrlə söyləyib. Bildiyim qədər növbəti mövsüm üçün birinci divizionla bağlı yeni konsepsiya hazırlanır. AFFA rəhbərliyinin bütün tələblərini yerinə yetirməyə hazırıq, təki “Şahdağ” yenidən peşəkar liqada mübarizə aparsın. Klubun aşağı yaş qrupları da formalaşıb və assosiasiyanın bayrağı altında keçirilən çempionatlarda iştirak edirlər. Son ildə Qusar futbolunda yetərincə yeniliklər olub və bütün bunlar klubun gələcəyi üçün nəzərdə tutulub. Ümid edirəm ki, 2018/19 “futbol ili”ndə ölkənin futbol təsərrüfatına rəhbərlik edən şəxslər görülən işləri nəzərə alaraq, yenidən birinci divizionda çıxış etmək üçün “Şahdağ”ın qarşısında “yaşıl işıq yandıracaqlar”.
Bu arada isə “Şahdağ”ın düşərgəsinə tanınmış qonaq baş çəkib. Söhbət Rahid Əmirquliyevdən gedir. İstirahət üçün doğma rayonuna yollanan təcrübəli yarımmüdafiəçi futbolda ilk addımlarını atdığı klubun bazasında kiçik yaşlı futbolçularla görüşüb və onlara hədiyyələr təqdim edib. Bunu da Kamran bəy bildirdi: “Bugünlərdə Rahid Əmirquliyev klubun bazasına baş çəkərək uşaqlarla görüşdü. Tanınmış futbolçu “Şahdağ”ın aşağı yaş qruplarında məşq edən azyaşlılara toplar və başqa hədiyyələr təqdim etdi. Klub rəhbərliyi isə ona “Şahdağ”ın formasını verdi. Görüşdə çıxış edən Əmirquliyev uşaqlara karyerasından danışmaqla yanaşı, böyüdüyü Şirvanovka kəndinin komandasına və kənddəki stadionun daha yaxşı duruma gətirilməsi üçün maddi yardım edəcəyini bildirdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar