06 in 19:24olke

Maksimov Ukrayna mətbuatına danışdı

Maksimov Ukrayna mətbuatına danışdı
b]“O şərtlə qalmağa razılıq vermişəm ki, futbolçular da qalsın”[/b]
“Keşlə”nin baş məşqçisi Yusi Maksimov hazırda vətənində istirahət edir, mövsümün yorğunluğunu çıxarır. Bununla belə, ukraynalı həmkarlarımız onu rahat buraxmayıb. Belə ki, www.ua-football.com saytının əməkdaşları Maksimovdan müsahibə alıb. “Keşlə”dəki işindən məmnun qalan mütəxəssis yeni müqavilə üçün klub rəhbərliyinin qarşısına şərt qoyduğunu söyləyib.
[b]- Ötən ilin dekabrında “Keşlə”nin “sükanı arxasına” keçdikdən sonra rəhbərlik qarşınıza hansı tələbləri qoymuşdu?[/b]
- Hədəf avrokuboklara vəsiqə idi. Lakin mənim də şərtlərim oldu. Qarşıya qoyulan məqsədə çatmaq üçün heyət keyfiyyətli futbolçularla gücləndirilməli idi. Avropa Liqasına vəsiqə qazandıqsa, deməli, tələb yerinə yetirilib.
[b]- Azərbaycan kubokunun finalında “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazandığınız matç barədə danışardız...[/b]
- Final görüşünü səfərdə keçirdik. “Qəbələ” bizi öz meydanında qəbul edirdi və azarkeşlərinin onlara güclü dəstəyi var idi. Onlara kuboku qazanmaq imic üçün lazım idi. Lakin biz də özümüzü sübut etmək istəyirdik və bu alındı. Final bizim üçün daha asan oldu, çünki futbolçular rahat idilər, üzərlərində təzyiq yox idi. Finala çıxmaq isə çox çətin oldu. “Sumqayıt”la yarımfinal görüşləri çox ağır keçdi. İlk oyunda evdə 1:0 hesabıyla qalib gəldik, cavab matçında bərabərə (1:1) qaldıq. Bu oyunlarda 2 qol vuran Sezar Meza Kolli bizi finala çıxardı. Sezar əvvəllər “İnter”də oynamış, sonra bir ilə yaxın futbolsuz qalmışdı. Menecerlər vasitəsilə yenidən komandaya dəvət edildi və özünü yaxşı tərəfdən göstərdi.
[b]- Gələcəklə bağlı planlarınız nədi? Sizə yeni müqavilə təklif edilibmi?[/b]
- Rəhbərlik yeni birillik müqavilə bağlamağımı istəyir. Mən də razılıq vermişəm. Ancaq o şərtlə ki, komandadakı futbolçular da qalsın. Üstəlik, heyəti gücləndirə də bilək. İyunun 20-də Bakıya gedəcəm. Həmin vaxt rəhbərliklə danışıq aparıb, yekun qərarı verəcəyik.
[b]- Klubun idman infrastrukturu hansı vəziyyətdədi?[/b]
- Baza və stadion bir yerdədi (gülür). Futbol meydanımız süni örtüklüdü. Orda həm məşq edir, həm də oyun keçiririk. Vəziyyət çox da yaxşı deyil. Belə meydanda futbolçular tez-tez zədələnir. Premyer-liqada 8 komanda var ki, onlardan 4-ü süni, 4-ü isə təbii örtüklü meydanda oynayır. Bu, isti iqlimli ölkə üçün böyük minusdu. Ancaq çempionat çox maraqlıdı. Asan oyun yoxdu - ən vacib məqam da budu. 8 klub 4 dövrəli sistemlə çıxış edir və çempionatda istənilən komanda sürpriz edə bilir.
[b]MİRAĞA hazırladı[/b]
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar