17 fev 13:45olke

Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi”

Kamran Quliyev: “Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi”
Ölkə futbolu ilə yaxından maraqlanan hər kəs dünənki tarixi həsrətlə gözləyirdi desək, yanılmarıq. Xeyr, təqvimin hansısa özəlliyi yoxdu. Məsələ ondadı ki, “Boulevard Hotel Baku” otelində yeni ildə Klublar Komitəsinin (KK) ilk iclası baş tutdu. Bu həm də “Sumqayıt”ın prezidenti Kamran Quliyevin KK sədri kimi ilk, yəni debüt iclası idi. Əslində futbol ictimaiyyətini iclasın nə vaxt keçirilməsi yox, tədbirdə nələrin müakirə olunması maraqlandırırdı. Çünki dekabr və yanvar aylarında futbolumuzda KK-nın iclasında müzakirə oluna biləcək xeyli olay baş vermişdi. Premyer-liqa oyunlarındakı saysız-hesabsız hakim səhvləri, çempionatın 4 iştirakçısının futbolçuların qəniminə çevrilmiş süni ot örtükləri və sair. Hə, bir də hələ Fikrət Hüseynovun hakimiyyəti dövründə müzakirə olunmuş, amma həllini tapmayan və həllini tapmalı olan məsələlər də var idi. Məsələn, çempionatın yayın hüququna malik “CBC Sport”un klublara ödəməli olduğu məbləğ, premyer-liqa sonuncusu ilə birinci divizionda üçüncü yeri tutmuş komanda arasında keçirilmək ehtimalı olan pley-off oyunları və başqa məqamlar. Lakin dünən bütün bunlar kölgədə qaldı. KK-nın iclasında yuxarıda sadalanan məsələlərin, demək olar ki, heç biri müzakirə olunmadı. Klub rəsmiləri saatyarım lazımsız, mənasız söhbətlər edib, kofe və çaydan içib dağılışdılar.
Səhər saat 11-də başlamalı olan tədbir 8 dəqiqə gec start götürdü. Buna səbəb “Zirə”nin icraçı direktoru Natiq İsmayılovun yubanması idi. Tədbirə KK sədri Kamran Quliyev, “Qarabağ”ın meneceri Asif Əsgərov, “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov, “İnter”ə səlahiyyətli nümayəndə təyin olunan Rəmiş Malıyev, “Neftçi”nin icraçı direktoru Orxan Hüseynzadə və AZAL-ın vitse-prezidenti Fikrət Hüseynov qatılmışdı. Klub rəsmilərinin müzakirəsi üçün isə iki məsələ gündəmə salınmışdı: 1. Əvəzedici heyətlərin oyunları əsas komandaların matçlarından sonra keçirilsin, 2. U-10, U-11, U-12, U-13 və U-14 liqalarında final mərhələsinə yüksələ bilməyən komandaların daha çox oyun keçirməsi üçün təqvimin müzakirəsi. Müzakirələr qapalı qapılar arxasında keçirilsə də, tədbir iştirakçılarının emosiyalı səsləri dəhlizdə də eşidilirdi. Səsi ən gur gələn iki nəfər isə Fariz Nəcəfovla Asif Əsgərov idi. Çox güman, tərəflər arasında yenə premyer-liqada hakimliklə bağlı mübahisə yaşanıb.
İclasdan dərhal sonra KK sədri Kamran Quliyev mətbuat nümayəndələrinin önünə çıxdı. O əvvəlcə müzakirə olunan məsələlər haqda danışıdı: “Gündəlikdə iki məsələ var idi: uşaq komandaların yarışlarının keçirilməsi və əvəzedicilərin oyunlarının formatı. AFFA-dan da nümayəndə dəvət edilmişdi və bununla bağlı müzakirələr oldu. Bilirsiz ki, U-10, U-11, U-12, U-13 və U-14 liqalarında çempionat qrup mərhələsində olur. Lakin qrup mərhələsi martda başa çatır. Bu vaxt da qrupda qalan komandalar maya kimi futbolsuz qalırlar. İstədik ki, onlar da oynasın. Bu təklif “Zirə”dən gəlmişdi. Bu haqda təkliflər paketi hazırlanacaq və AFFA-nın müvafiq şöbəsinə ötürüləcək. Bir neçə ildi klub rəsmiləri və baş məşqçilər tərəfindən əvəzedicilərin oyunlarının premyer-liqa matçlarından bir gün sonra baş tutması təklifi var. Nəhayət, bütün klublarda vahid fikir yaranıb. Yaxın günlərdə bununla bağlı PFL-ə müraciət edəcəyik.
- Ancaq bütün dünyada əvəzedicilər əsas komandalardan bir gün əvvəl oynayırlar...
- Biz dünyada gedən prosesləri təhlil etdik. Bir çox ölkədə əvəzedicilərin çempionatı fərqli formatda keçirilir. Bizdə əsas komandanın tərkibində 21 yaşadək bir oyunçu mütləq meydanda olmalıdı. Baş məşqçilər ehtiyatda qalacaq oyunçuları müəyyənləşdirəndə ən azı 2 gənci nəzərdə tuturlar. O futbolçular əvəzedicilərə qatıla bilmirlər. Çünki həmin vaxt premyer-liqa oyunlarına hazırlaşırlar. Dəyişiklikləri də nəzərə alsaq, bir oyunda maksimum 14 futbolçu iştirak edə bilər. 4 nəfər isə kənarda qalır. Biz deyən format qəbul olunsa, əsas komandada ehtiyatda qalan gənc oyunçular bir gün sonra əvəzedicilərdə iştirak edə bilərlər.
- İclasda premyer-liqadakı hakimlik müzakirə olundumu? Olmazdı ki, Hakimlər Komitəsinin sədrini də dəvət edəydiz?
- Klublar hakimliklə bağlı öz fikirlərini bildirdilər. Hakimliklə bağlı bəzi fikirlər narazılıq hissi ilə deyildi. Bu, gündəlikdə yox idi. Amma hər iclasda hakimlik müzakirə olunur. Komitə ilə bağlı hansısa tövsiyəyə lüzum olsa, təbii ki, rəhbərini dəvət edə bilərik.
- Premyer-liqanın 8 komandasından yarısı təbii ot örtüyünə həstərdi. Bu isə qalan 4 klubu narahat edir. Onlar oyunçularının zədələnməsindən narazıdılar. İclasda bu məsələ müzakirə olundumu?
- Bu barədə ötən iclasda söhbət oldu. Bu dəfə gündəmə gətirən olmadı. Yeni bir şey icad etməyəcəm. Hamımız komandaların təbii örtükdə oynamasını istərdik. Təbii örtüklü meydanın hazır vəziyyətə gətirilməsi, komandaların həftə ərzində orda məşq etməsi üçün lazımi şərait yoxdu. Gərək hər şeyə real baxaq. İndiki vəziyyətdə “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın nisbətən şəraiti var. Digər komandaların təbii örtüklü meydanları saxlamaq imkanları yoxdu. Bizim iki futbolçumuz diz bağlarının qopması ucbatından uzun müddətə sıradan çıxıb. Hər ikisi Türkiyədəki təlim-məşq toplanışında. Özü də təbii örtükdə zədələnib. Bu, təsadüf ola bilər. Nədənsə bizim oyunçular süni örtüyə öyrəşiblər (gülür).
- “Sumqayıt”ın stadionunun süni örtüyü nisbətən normal olsa da, azarkeş tutumu azdı. Bununla bağlı hansısa dəyişiklik planlaşdırılırmı?
- Son vaxtlar mətbuatda məlumatlar yayılır ki, yenilik olacaq, stadion tikiləcək. Son iki ildə Sumqayıtda kifayət qədər dəyişiklik olub. Girişindən tutmuş bulvara qədər yenilənib. İnanmaq istəyirik ki, bunun futbol təsərrüfatımıza da təsiri olacaq. Mən ilk beynəlxalq görüşü Sumqayıtda görmüşəm. Türkiyə ilə Azərbaycanın olimpiya yığmaları üz-üzə gəlirdilər. Türklər 2:1 hesablı qələbə qazanmışdılar. İstərdim ki, sumqayıtlılar böyük, əzəmətli stadionda oynasınlar. Stadion hazırda şəhərin balansındadı. Belə vəziyyətdə nəsə deməyim doğru olmaz. Məlumatlar var, dəqiq heç nə yoxdu. Təki yazılanlar doğru olsun.
- Bir ara Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbi mütəxəssisin gətirilməsi müzakirəyə çıxarılmışdı. Demək olarmı ki, həmin söhbət bağlanıb?
- Hakimlərlə bağlı bütün məsələləri klublar AFFA-ya fərdi şəkildə bildiriblər. Bu gün hansısa tövsiyə səslənməyib. Problem var, bunu bilirik. Bütün klublar da bunun nədən qaynaqlandığını anlayır. Klublar fərdi qaydada HK-ya və PFL-ə müraciət edirlər.
- Hələ Fikrət Hüseynov dönəmindən müzakirəsi açıq qalan məsələ də “CBC Sport”un yayına görə klublara ödəməli olduğu vəsait idi. Yayından əldə ediləcək gəlirlə bağlı yeni təkliflər, müzakirə oldumu?
- Bilirik ki, bu məsələ açıq qalıb. Futbol termini ilə desək, top hazırda “CBC Sport”un tərəfindədi. Bizə məlumat verilmişdi ki, premyer-liqanı “CBC Sport” yayınlayacaq. Hər kluba da 70 min pul nəzərdə tutulmuşdu. Sizə ötən mövsümdən danışıram. Kanalın rəhbəriylə də burda görüş təşkil etmişdik. Burdakı həmkarlar futbol sahəsində məndən də çox yer alırlar. 2011-ci ildə bir oyunun yayınlanması üçün nə qədər vəsait verirdik. Keyfiyyətdən heç danışmaq istəmirəm. “CBC Sport” əla iş görür. Təbii ki, kanalın klublara vəsait ödəməsində biz də maraqlıyıq. Həmçinin geyimlərin satışından, yayından da gəlir əldə etmək istəyirik. Amma gəlin reallığa baxaq. “CBC Sport” yayın məsələsində işinin öhdəsindən məharətlə gələ bilir. Premyer-liqanın oyunları yüksək səviyyədə yayınlanır. Biz də istəyirik ki, buna görə vəsait alaq. Bu təkcə bizim, AZAL-ın, “Zirə”nin istəyi deyil. İmkanlı klubların da istəyi belədi. Yayından əldə edilən gəlir bir futbolçunun illik maaşı ola bilər. Yalnız yayından yox, bilet satışından, reklamdan da gəlir əldə etmək istəyirik.
- “Sumqayıt” avrokuboklara vəsiqə qazansa, əcnəbi futbolçu transferi ilə bağlı qadağa aradan qaldırılacaqmı?
- Avrokuboklara vəsiqə qazansaq, ola bilər. Amma indidən dəqiq bir söz deməyə çətinlik çəkirəm. Ölkəmizi təmsil etsək, ola bilsin, müvəqqəti buna getdik. Bizdə qadağa yoxdu, bu siyasətdi. Bunda bir dəyişiklik etmək üçün komanda gərək hansısa nəticə əldə etsin.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:06 “Rəvan” rəhbərliyi apellyasiyadan cavab gözləyir Dünən, 18:03 “İnter”lilər hələ də maaş gözləyir Dünən, 17:56 “Qəbələ” Macarıstanda oynayacaq Dünən, 17:52 “Son mövsümdə cəzalanmayan hakim olmadı” Dünən, 16:37 Almanları təəccübləndirməyə bir xal çatmadı Dünən, 16:31 Elxan Abdullayev: dili var, dilçəyi yoxdu! Dünən, 16:28 Qurban Qurbanov azarkeşlərlə futbol oynadı Dünən, 16:26 Yığma bolqarlara yenə uduzdu Dünən, 16:21 "Kəpəz"in növbəti transferi də diviziondandı Dünən, 16:16 “Sumqayıt” “Von Abant” otelini seçdi Dünən, 16:02 Dünən ad günü olan Ülfət Mədətov “Rimini turniri”ndən danışdı Dünən, 15:58 "Zirə" legionerləri saxladı Dünən, 15:51 Füzuli Məmmədov “İnter” rəhbərliyinin qərarına izah tapa bilmir Dünən, 15:28 Lafferti: “Azərbaycanı məğlub etsək...” Dünən, 15:22 Rüstəm Əfsərli “Neftçi”də! Dünən, 15:19 Derlis Meza Kolli indi də “Neftçi” yolundadı Dünən, 15:14 Elvin Səfərli Qəhrəman Əliyevi “naşükür” adlandırdı Dünən, 11:37 Rüstəm DÇ-yə qədər heç bir yarışda çıxış etməyəcək Dünən, 11:34 İkinci Avropa Oyunlarının proqramı və təqvimi müəyyənləşdi Dünən, 11:31 AÇ-dən iki “gümüş”lə Dünən, 11:29 Füzuli Musayevin məclisində bədbəxt hadisə Dünən, 11:25 Qadın şahmatçılarımız ilk dəfə dünya çempionatında iştirak edəcək Dünən, 11:22 Çempionlar Liqasında təmsilçimiz olmayacaq Dünən, 11:16 Maşallah Əhmədovun oğlu məhkəmənin ədalətinə inanır 26-05-2017, 18:26 Bilet satışından 3 milyon manat əldə olunub 26-05-2017, 18:23 Səmədağa Şıxlarov işdən çıxarılmasının səbəbini bilmir 26-05-2017, 18:19 Prosineçki yığma üzvlərinin U-23-ü canlı izləməsinə qadağa qoyubmuş... 26-05-2017, 18:08 Plan suya düşdü: yığma Avstriyada yoldaşlıq oyunu keçirməyəcək 26-05-2017, 15:41 Hakim Maşallah Əhmədova xəbərdarlıq etdi 26-05-2017, 15:38 “Elvin Səfərli futbol adamı deyil” 26-05-2017, 15:37 Naxçıvana yalnız MOİK öz hesabına yollanır 26-05-2017, 15:36 Premyer-liqa avqustun 12-13-də, birinci divizion sentyabrda başlayacaq 26-05-2017, 15:34 “Qəbələ” İtaliyadan qələbəsiz qayıdır 26-05-2017, 15:31 Divizionda çalışanlar Tərlan Əhmədovla razılaşmadı 26-05-2017, 15:29 Tərlan Əhmədov “Şüvəlan”a lazım olmadı 26-05-2017, 15:27 Nikayla Rəşad da “Qəbələ”dən ayrıldı 26-05-2017, 15:18 İslamiadada yer tutan idmançılara müraciәt! 26-05-2017, 15:17 Averin 15 aylıq cəzalandı 26-05-2017, 15:13 Polina Rəhimova “Fənərbaxça”da! 26-05-2017, 15:09 Türkiyə ilə bacarmadıq 26-05-2017, 15:07 Millimiz Bolqarıstana uduzdu 26-05-2017, 15:06 Medalsız qaldılar 26-05-2017, 15:05 Minskə beş qrossmeyster gedəcək 26-05-2017, 15:04 AÇ üçün hazırlıq başlayır 26-05-2017, 15:00 Antalyadan altı medalla 26-05-2017, 14:59 Füzuli və Xaqani Məmmədov qardaşları “İnter”dən göndərildi 26-05-2017, 14:26 Klublarımızın avrokuboklarda mərhələ və “səbət” müəmması 26-05-2017, 14:25 Elvin Məmmədov “Zirə”ni tərk etdi 26-05-2017, 14:07 Veteranlar Əli Rəhmanovu yad edəcək 26-05-2017, 14:04 “Qarabağ” İtaliyadan hücumçu gətirir? 26-05-2017, 14:03 “Rəmzi yığma”ya düşənlərin sayında azalma var 26-05-2017, 14:00 Rusiya yığmasının qapıçısı Şeydayevi xatırladı 26-05-2017, 13:58 “Baku Fayr”dan çətin qələbə 26-05-2017, 13:57 “Sumqayıt” – “Qəbələ” əməkdaşlığı davam edir 24-05-2017, 17:43 “Bakı müsəlman aləminin Las Veqasıdı” 24-05-2017, 17:39 Almeydanın “milliləşdirilməsi” ilə bağlı yenilik yoxdu 24-05-2017, 17:36 “Qəbələ” “qızıl” sayında hamını qabaqladı Bütün xəbərlər
Ən çox oxunanlar