04 in 13:30olke

“Mən onun “Astana”dan təklif aldığını ötən ilin noyabrından bilirdim”

 “Mən onun “Astana”dan təklif aldığını ötən ilin noyabrından bilirdim”
Səbuhi Səfiyarlı Qriqorçukla vida görüşündən danışdı
“Qəbələ”nin mövsümü titulsuz başa vurması hələ də mətbuatda ən çox müzakirə olunan mövzudu. Rəhbərlik kubokun finalından sonra “qırmızı-qaralar”dan ayrıldığını söyləyən Roman Qriqorçukun yerinə artıq əvəzləyici də tapıb. Şimallıları növbəti mövsüm Sənan Qurbanov çalışdıracaq. Klubun gələcəyi və teransfer siyasətinə aydınlıq gətirmək üçün 2017/18 mövsümünün gümüş mükafatçısının meneceri Səbuhi Səfiyarlı ilə söhbətləşməyi lazım bildik. Onu da qeyd edək ki, Səbuhi bəy Qriqorçukun “Qəbələ”dən ayrılmasına ən çox üzülənlərdən biridi. Bunu onun sosial şəbəkədəki paylaşımından da görmək mümkündü. Səfiyarlı ilə söhbətdə həm bu, həm də bizi maraqlandıran başqa suallara cavab tapmağa çalışdıq.
- “Qəbələ” növbəti dəfə mövsümü titulsuz başa vurdu. Uğursuzluğu nə ilə əlaqələndirərdiz?
- Çempionatda “Qarabağ” bizdən güclü idi. Bunu etiraf etmək lazımdı. Kuboka gəlincə, həlledici oyunu lazımi səviyyədə keçirə bilmədik.
- Bəlkə futbolçular “çemodan” ab-havasında olduğu üçün finala istənilən kimi köklənə bilmədilər?
- Belə deməzdim. Hamı finalda qalib gəlmək istəyirdi. Hamı deyəndə futbolçuları da bura aid edirəm. Ancaq təəssüf ki, oyun alınmadı. Bəzi şeylər var ki, onlar özümüzə aiddi və bu haqda geniş danışmağa ehtiyac duymuram.
- Roman Qriqorçukun klubdan ayrılması ilə bağlı sosial şəbəkədə paylaşdığın status çox kədərli notlar üzərində qurulmuşdu. Ukraynalı mütəxəssis doğrudanmı belə fikirlərə layiq idi?
- Sözün həqiqi mənasında çox yaxşı məşqçi idi. Bu günə kimi bir çox mütəxəssislə çiyin-çiyinə çalışmışam. Ancaq onun kimisini görməmişdim. Onun gedişinə çox təəssüfləndim. Futbolda təsadüfi heç nə olmur. Roman İosifoviç iki dəfə “Qəbələ”ni Avropa Liqasının qrupuna daşımaqla səviyyəsini ortaya qoymağı bacarmışdı. Onu da nəzərə almaq lazımdı ki, hər dəfə də komanda ilk mərhələdən mübarizəyə qoşulmuşdu. Məşqçinin işini qiymətləndirmək üçün qazandığı nəticələrə diqqət yetirmək lazımdı. Bizim heyətdən daha güclü futbolçulara malik komandalar, ölkəmizə gəlib-getmiş daha adlı-sanlı məşqçilər Qriqorçukun etdiyini bacarmayıb.
- Ancaq bir nüans var ki, bunu ukraynalının passivinə yazmaq lazımdı. Nədənsə Qriqorçuk yerli oyunçularla yola getmirdi...
- “Qəbələ” iki il ardıcıl Avroliqanın qrupuna düşəndə heyətdə yerli futbolçular da var idi. Yola getməsəydi, onlara güvənməzdi. Sadəcə, məsələyə başqa prizmadan yanaşmaq lazımdı. Bizim futbolçuların ciddi nizam-intizama, sərt tələblərə münasibəti ayrıca bir mövzudu. Bilirsiz, necədi? Yerli oyunçular uzun illər belə sərt tələblər görmədiklərindən kimlərsə baş məşqçidən narazı qala bilər. Xaricə yollanan futbolçular niyə legioner həyatı yaşamaqda maraqlı deyillər, uzağı 6 aydan sonra yenidən Azərbaycana dönürlər? Bunun kökündə Avropa klublarında olan nizam-intizam, sərt, peşəkarlara xas tələblər durur. Bizimkilər rejim gözləməyi, hər şeyi dəqiq etməyi xoşlamırlar. Qriqorçuk həmin meyarları “Qəbələ”yə gətirdi. Yerlilərin əksəriyyəti həftəboyu yeyib-içib dincəlmək, məşqə dırnaqarası yanaşıb həftəsonu isə meydana çıxmaq istəyir. Baş məşqçi belə tələblərlə çıxış edəndə söylədiyim problemlər baş qaldırmağa başladı. Ancaq ukraynalı mütəxəssis heç kimə belə güzəştlər etmirdi. Şükürlər olsun ki, bu gün artıq millidə də futbolçulardan bunlar tələb olunur. Peşəkarlıq baxımından bu çox vacib amildi. Futbolçular da başa düşməyə başlayıb ki, yüksək səviyyədə oynamaq üçün irəli sürülən tələbləri yerinə yetirmək lazımdı. Kim şərtlərlə barışmaq istəmirsə, bu artıq onun problemidi. Buna görə baş məşqçini ittiham etmək olmaz. “Lill”i keçmək, Dortmund “Borussiya”sı ilə başabaş oynamaq üçün hər xırda məqama belə ciddi yanaşmaq lazımdı.
- Qriqorçuku yola salan gün stol arxasında oturduz? Oturduzsa, nələrdən danışdız?
- Yola salan gün yox, bir gün əvvəl ailəlikcə bir araya gəlib süfrə arxasında oturduq. Düşərgədə çox gözəl mühit formalaşmışdı. Tez-tez hamılıqla görüşüb gözəl vaxt keçirirdik. Hətta uşaqlarımız belə bir-birini yaxından tanıyırlar. Əlbəttə, bir qədər kədərli görüş oldu. Özü də dedi ki, indi burda başqa ab-hava olmalı idi. Söhbət əsnasında daha çox yaxşı günləri yada saldıq. Dünən (srağagün) isə hava limanından Qazaxıstana yola saldıq. Vidalaşanda belə Azərbaycandan, azərbaycanlılardan, klubdakı durumundan, yaradılan şəraitdən çox razı qaldığını bildirdi.
- Qazaxıstandan söz düşmüşkən, sizə yanvardakı bir məsələni xatırlatmaq istəyirəm. Həmin vaxt Erkin İbrahimov Qriqorçukun “Astana”ya yollanacağını bildirsə də, siz bununla razılaşmamışdız. Hətta İbrahimovu şayiə yaymaqda ittiham etmişdiz. Ukraynalı çalışdırıcı artıq bu gün “Astana”ilə anlaşıb. Belə çıxır ki, Erkin bəyin iddiaları heç də əsassız deyilmiş.
- Erkin Qriqorçukun fevralın 10-da “Astana” ilə müqavilə bağlayacağını, “Qəbələ”nin baş məşqçisinin isə Kaxaber Tsxadadze olacağını bildirmişdi. Mən bu iddiaya cavab olaraq demişdim ki, boş şeydi, belə söhbət yoxdu. Şəxsən mən ukraynalı məşqçinin “Astana”dan təklif aldığını ötən ilin noyabrından bilirdim. İstəsəz, aramızda olan “vatçap” yazışmalarını da sizə təqdim edə bilərəm. Qriqorçuk Qazaxıstan klubuna “komandanı yarıyolda qoyub sizin təklifinizi dəyərləndirə bilmərəm” formasında cavab vermişdi. Mən də həmin vaxt bunları bildiyimə görə baş məşqçimizin ən azı mövsümün sonuna kimi heç hara getməyəcəyini söyləmişəm. Məhz mən dedyim kimi oldu. Qriqorçuk mövsüm başa çatandan sonra “Astana”ya yollandı, Tsxadadze isə “Qəbələ”də görünmədi. Onu da qeyd edim ki, Roman İosifoviçin hələ “Qəbələ”yə gəlməmişdən öncə Qazaxıstan klubu ilə danışığı olmuşdu. Klubun prezidenti ilə şəxsi tanışlığı var. Həmin vaxt bizimlə müqavilə bağladığından təklifi geri çevirmişdi. Qriqorçuk çox istəyirdi ki, Azərbaycanı titulla tərk etsin. Ancaq alınmadı.
- Sənan Qurbanovun baş məşqçi təyin olunması bir qədər sürpriz oldu. Digər tərəfdən də gözlənilən idi. Sürpriz ona görədi ki, çempionluğa iddialı komandanın “sükanı” debütanta tapşırıldı. Ancaq Qurbanovun “Qəbələ”nin yetişdirdiyi kadr olduğunu nəzərə alsaq, seçimi hardasa başa düşmək olar. Siz necə düşünürsüz?
- Sənan Qurbanovun təyinatını tərəddüdlə qarşılayanları hardasa başa düşmək olar. İlk dəfə baş məşqçi kimi çalışacaq. Ancaq biz Sənanın futbola baxışlarını bildiyimizdən, Muntyanu, Syomin, Qriqorçuk kimi məşqçilərin yanında “bişdiyindən”, əminik ki, işi uğurlu alınacaq. İkincisi və ən vacibi yerli mütəxəssisdi və məşqçi kimi “Qəbələ” aşağı yaş qruplarından başlayaraq əsas komandaya kimi yüksəlib. Düzdü, yerli məşqçi kimi nədənsə hamı gözləyirdi ki, Samir Abasovla anlaşacağıq. Görünür, onun son mövsümdə uğurlu işi bəzilərində belə fikir formalaşdırmışdı. Ancaq biz heç vaxt onunla nə danışmışıq, nə də görüşmüşük. Düşündük ki, yerli məşqçi ilə yola davam edəcəyiksə, ən yaxşısı öz kadrımıza güvənməkdi. O da nə vaxtsa ilk addımını atmalıydı. Bu post onun haqqı idi. Qurbanovun məşqçi kimi yetişməsinə klub olaraq sərmayə qoyulub. Bütün yeni gələn baş məşqçilərin qarşısına şərt qoyulurdu ki, köməkçilərindən biri Sənan olmalıdı. Məqsədimiz də onun məşqçi kimi lazımi təcrübəni toplaması və püxtələşməsi idi.
- Qurbanovun baş məşqçi postuna təyin olunması “Qəbələ”nin yürütdüyü siyasətə nə dərəcədə təsir edəcək? Artıq belə fikir formalaşıb ki, legionerlərdən imtina olunacaq və komandada ancaq akademiyanın yetirmələri və yerli futbolçular çıxış edəcək. Bir sözlə, “Qəbələ” də artıq sıradan bir kluba çevriləcək.
- Başa düşdüm, nəyə işarə edirsiz. Tutaq ki, Sənanın əvəzinə tanınmış, ancaq futbol savadı baxımından ondan zəif birini gətirsəydik, heç kim dedyiniz məsələ barədə düşünməyəcəkdi. Qurbanovun təyinatı o demək deyil ki, legionerlərdən imtina edəcəyik. Legioner bol olan vaxt çempion ola bilməmişik. Yenə deyirəm, hər şeyi açıqlamaq olmur. Belə düşünürəm ki, qarşıya qoyduğumuz hədəfə çatmaq üçün Sənan bizə lazım olan kadrdı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar