04 in 13:17olke

25-ci çempionat: rəqəmlər nə deyir?

25-ci çempionat: rəqəmlər nə deyir?
Futzal Federasiyasının mətbuat xidməti çempionatı dəyərləndirib. Statistik yazıda mövsümün yekunları təhlil olunub. Kiçik düzəlişlə yazını təqdim edirik…
Sentyabrın 30-da start götürən yüksək liqada mövsümə mayın 15-də yekun vuruldu. Bu müddət ərzində 84 oyun keçirilməli idi ki, “Xəmsə”nin son iki turda meydana çıxmaması göstəricini 82-yə endirdi.
Ən məhsuldar....
Mövsüm ərzində 665 qol vuruldu ki, ən çox rəqib qapısına yol tapan “Araz” oldu – 148 dəfə. Bu göstəricidə autsayder hamıdan geri qaldı. “Xəmsə” cəmi 49 qol vurmağı bacardı.
...ən az top buraxan...
Ən etibarlı müdafiə xətti çempiona məxsusdu. Joze Alesio da Silvanın rəhbərlik etdiyi komanda 24 oyunda qapısından 34 top buraxıb. Autsayder “Xəmsə” həm də topu qapısından ən çox çıxarmaqla yadda qaldı.
...ən çox qələbə qazanan..
Yüksək liqada komandaların hər biri 24 oyun keçirdi. Ən çox qələbə sevincini də elə “Araz” yaşadı. Bu komanda 21 matçdan maksimum xalla ayrıldı.
...ən az uduzan komanda
“Araz” cəmi 1 çempionat oyununda meydanı xalsız tərk edib. Çempion titulu təmin etdikdən sonra aprelin 28-də keçirilən 26-cı turun oyununda uğursuzluqla üzləşib. “Olimpik Star”da baş turan dueldə Alesionun komandası “Marafon”a yenilib (4:6). “Araz” iki oyunda da xalları yarı bölüb. Ümumiyyətlə, mövsüm ərzində çempionu büdrədən ilk komanda “Neftçi” olub. 6-cı turun oyununda sona 22 saniyə qalmış Məhəmməd Katebinin qolu “status-kvo”nu bərpa edib - 2:2. “Araz”dan sonra məğlubiyyət qrafasında ən aşağı göstərici gümüş medalçı “Marafon”a məxsusdu. Debütant 6 qarşılaşmada yenilib ki, bunlardan 3-ü “Araz”la dueldə qeydə alınıb. Qalan 3 məğlubiyyətdən biri “Neftçi”nin, digəri isə “Ekol”un payına düşür. “Yasamal” da debütantı yenməyi bacaran komandalar sırasındadı.
Qələbəsiz “Xəmsə”
Yüksək liqada mövsümü qələbəsiz başa vuran yeganə komanda “Xəmsə” oldu. Bu komanda heç bir oyunda 3 xal sevinci yaşamadı. Arif Vəliyevin yetirmələri cəmi 2 oyunda heç-heçə etməklə xal hesabını 2-yə çatdırdı. 22 oyunda isə məğlub oldular. Qələbə qrafasında ən az göstəriciylə “Yasamal” da diqqəti çəkir. Əsasən iranlı legionerlərdən qurulan komanda 5 oyunda qələbə sevinci yaşadı.
Ən erkən və ən gec açılan hesab
Mövsümün erkən qolu hakimin start fitindən cəmi 24 saniyə sonra vuruldu. 20-ci turun “Xəmsə” – “Ekol” qarşılaşmasında Samir Həmzəyev buna nail oldu. Həmin oyunda 6 qol vuran futzalçı komandasının 18:3 hesablı qələbəsində müstəsna rol oynadı. İkinci turda baş tutan FK.İD – “Ekol” oyununda Namiq Məmmədkərimovun komandasına qələbə qazandıran yeganə qol isə ən gec vurulandı. Belə ki, həmin qolu izləmək üçün 37 dəqiqə 40 saniyə gözləmək lazım gəldi.

Bol qollu oyun...
Ən çox qol 20-ci turda keçirilən “Xəmsə” – “Ekol” oyununda vuruldu. Nominal meydan sahibləri 3, qonaqlar isə 18 dəfə rəqib torunu silkələdi. İki qarşılaşmada isə 1 dəfə top qapı xəttini keçdi. Hər iki oyunda tərəflərdən biri FK.İD komandasıdı. Bu, 2-ci turun FK.İD – “Ekol” və 15-ci turun “Marafon” – FK.İD qarşılaşmalarıdı.

Ən çox “qızaranlar”
Üç futzalçı yüksək liqanın oyunları zamanı 2 dəfə qırmızı vərəqə ilə cəzalandırıldı. Onlardan biri “Yasamal”ın, digər ikisi “Araz”ın üzvləridi. “Yasamal”dan Omid Oraz 14-cü turda iki sarı, 25-ci turda isə birbaşa qırmızı vərəqə aldı. Elə “Araz”ın üzvü Eduardo Borges də eyni aqibətlə üzləşdi. Millinin də formasını geyinən müdafiəçi 5-ci turda iki sarı, 26-cı turda isə birbaşa qırmızı vərəqə ilə cəzalandırıldı. Əvəzində komanda yoldaşı hər iki halda “qırmızı”nı birbaşa aldı. Belə ki, İsa Atayev 6-cı və 26-cı turda birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk etdi. Ən kobud tur isə 3-cü və 26-cı tur oldu. Hər iki turda hakimlər 4 oyunçuya qırmızı vərəqə göstərdi. Maraqlıdı ki, 3-cü turda qırmızı vərəqələr 4 fərqli komandanın oyunçusuna göstərildisə, 26-cı turda “Araz”ın üzvləri hamını qabaqladı. Həmin turda göstərilən vərəqələrin hamısı çempionun oyunçularına “qismət oldu”.

FK.İD - mövsümün intizamlı komandası
Qırmızı vərəqələrin təsnifatını klublar üzrə aparsaq, “Araz” və “Neftçi” “zirvə”də qərarlaşıb. Hər iki komandanın passivində 6 qırmızı vərəqə var. “Yasamal” onlardan cəmi 1 addım geri qalır – 5 “qırmızı”. “Xəmsə” 3, “Marafon” və “Ekol”da isə 2 qırmızı vərəqə var. Mövsümün intizamlı komandası FK.İD-di desək, yanılmarıq. Çünku bu komandanın cəmi bir üzvü “qırmızı”da ilişib.

Tyaqo əlçatmaz oldu
Bombardirlərin yarışına gəlincə, bu siyahıya uzun müddət “Marafon”un kapitanı Renat Sultanov başçılıq edirdi. Ancaq qış fasiləsindən sonra təcrübəli oyunçu əməliyyat olundu və yalnız son turun oyunlarında meydana döndü. Artıq gec idi və “Araz”ın “stolba”sı vəziyyəti xeyrinə dəyişmişdi. 34 qol vuran Tyaqo yüksək liqanın bombardiri oldu. “Yasamal”ın üzvü Mortoza Cahandost 25 qolla ikincidi. İranlı legioner yüksək liqada top qovan 20-yə yaxın həmyerlisi arasında ən məhsuldar olmağı bacardı. Renat Sultanov isə üçüncülüklə kifayətləndi. “Marafon”ın kapitanı çempionat oyunlarında rəqib torunu 22 dəfə silkələdi.

Bir turda iki oyun
Yüksək liqanın oyunlarının canlı yayını cari mövsümün əsas qazancalarından biridi. Belə ki, “CBC Sport” 28 turun 21oyununu canlı yayınlamaqla xeyli vaxtdı ekranlardan kənarda qalan futzalı yenidən tamaşaçıların menyusuna daxil edib. 19-cu turun isə 2 oyunu canlı yayınla tamaşaçılara təqdim edildi. Müxtəlif məkanlarda keçirilən oyunlardan isə videosüjetlər hazırlanırdı. Müəyyən turlarda digər telekanallar da kameralarını futzala tuşlamağı lazım bildi. Ümumiyyətlə, əvvəlki illərlə müqayisədə KİV yenicə başa çatan mövsümə kifayət qədər diqqət ayırdı. Turdan sonra nəticələrin və turnir cədvəlinin yayınlanması, müsahibələrin dərc edilməsi, oyunlar zamanı hesabın onlayn yazılması təbliğat adına uğurlu addımdı. Təbii ki, dəstəyə və əməkdaşlığa görə federasiya adından həmkarlarımıza təşəkkürümüzü bildiririk. Bir faktı da qeyd edək ki, yüksək liqanın oyunlarının həftəsonundan həftəiçinə keçirilməsi məhz canlı yayınla bağlıdı.

Rekordçu Nurullayev
Növbə çatdı hakimlərə. Yüksək liqa oyunlarına ümumilikdə 12 hakim təyinat alıb. Ancaq onlardan cəmi 6-sı baş hakim funksiyasını icra edib. Ümumiyyətlə isə ən çox oyun idarə edən referi bugünlərdə ikinci kateqoriyaya yüksələn Yusif Nurullayevdi. FİFA referisi 44 matçın iştirakçısı olub ki, onlardan 23-də birinci, 9-da ikinci referi funksiyasını yerinə yetirib. FİFA referisi 3-cü hakim kimi də 12 oyuna təyinat alıb. Birinci hakim kimi ən çox oyun idarə edən Elçin Səmədlidi. O, 25 qarşılaşmada fitini səsləndirib. Cəmi bir görüşdə ikinci hakim kimi iştirak edib. Səmədli ilə bağlı maraqlı məqamlardan biri də eyni turda keçirilən 3 oyunun birinci hakimi olmasıdı. Belə ki, 22-ci turun oyunları 3 fərqli gündə keçirilib ki, Səmədli hamıdan çox təyinat alıb. Amma o, heç bir oyunun 3-cü hakimi olmayıb. İkinci referi kimi isə cəmi 1 qarşılaşmada iştirak edib. Digər FİFA referisi Ramil Namazov ümumi sayda Səmədlini qabaqlasa da, cəmi 4 matçın baş hakimi olub. Namazov 25 qarşılaşmada ikinci hakim funksiyasını yerinə yetirib. Hikmət Qafarlı da Elçin Səmədli kimi 26 oyunun iştirakçısı olub. Ancaq Qafarlı cəmi 2 matçda əsas söz sahibi olub. 23 qarşılaşmada ikinci olan referi 1 görüşdə də üçüncü hakim vəzifəsini icra edib. “Üçüncü hakimliy”in “kralı” isə Azad Hüseynovdu. Təcrübəli hakim 3 qarşılaşmada ikinci referi olduğu halda, 28 matçda həmkarlarına kənardan kömək edib. Sabiq FİFA referisi Elçin Məmmədov 24 matçda fitini səsləndirib. Digər həmkarlarından fərqli, o, ancaq birinci hakim kimi təyinat alıb. İnqilab Məmmədov isə cəmi bir qarşılaşmada ikinci hakim olub.
1 2 3 4
Elçin Səmədli 25 1 - 26
Elçin Məmmədov 24 - - 24
Yusif Nurullayev 23 9 12 44
Ramil Namazov 4 25 - 29
Azər Əsgərov 3 6 - 9
Hikmət Qafarlı 2 23 1 26
Əli Cəbrayılov - 9 3 12
Ramiz Məhərrəmov - 5 3 8
Azad Hüseynov - 3 28 31
İnqilab Məmmədov - 1 - 1
Kənan Məlikov - - 23 23
Anar Fərəcov - - 11 11
1- hakimlər, 2 - 1-ci, 3 - 2-ci, 4- 3-cü 5- cəmi
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar