03 in 12:15olke

Tərlan Əhmədov getdi, “feysbuk”a “bomba düşdü”

Tərlan Əhmədov getdi, “feysbuk”a “bomba düşdü”
“Haqqınız boyunlarında qaldığı üçün o medal hər zaman onlara yük olacaq”
Dünən günortadan sonra “feysbuk”un gündəm statusları Tərlan Əhmədovla bağlı idi. İstifadəçilər ürəyindən gələnləri yazır, fikirlər bildirirdilər. Təbii, böyük əksəriyyət rəhbərliyin qərarı ilə razılaşmır, Əhmədovun yola salınmasını yanlış addım kimi qələmə verir.
“Neftçi”nin rəsmi “feysbuk” səhifəsində yerləşdirilmiş məlum xəbərin altında yazılan şərhlərə nəzər salanda, maraqlı fikirlərlə tanış olduq.
Taleh Kerimov: “Tərlan Əhmədov kimi, indiki rəhbərlik də müvəqqətidi. Daim olan bizlərik – azarkeşlər. Düz elədiz müqaviləni yeniləməməklə. Mən də dəstəkləyirəm sizi bu mövzuda. Amma “Neftçi”yə uğur qazandıran məşqçi gətirməsəz, siz də “istefa” şüarı eşidəcəksiz”.
İntizar Qurbanov: “Burda başa duşməməli nə var ki? 10 min Tərlan bəyə vermədilərsə, əcnəbi məşqçiyə 25-30 min verirlərsə, deməli, “Neftçi”də hədəflər böyükdü . Qarşıdan Avroliqa gəlir, “Neftçi” qrupda oyanayacaq, gələn il də “Neftçi” çempion olacaq. Rəhbərlik bilir, nə edir”.
Fikret Abdul Bendeli: “Hər şeyə görə təşəkkür, Tərlan Əhmədov. Rəhbərlik hər zaman gəlir və gedir. Qalan klubun adı və tarixi olur. Siz klub tarixinin bir hissəsisiz. İstər oyunçu, istər məşqçi kimi. Nə zamansa bu rəhbərlik də gedəcək, heç adlarını xatırlayan olmayacaq. Amma siz “Neftçi” var olduqca var olacaqsız, adınız “Neftçi” ilə bərabər yaşayacaq. Bu mövsüm qazandığınız “bürünc” “qızıl”a bərabərdi. Siz gələnə qədər normal hücum edə bilməyən, ardıcıl üç-dörd ötürmə verə bilməyən komandanı qapazaltı olmaqdan qurtardız, medala doğru daşıdız. O qədər güclü olmayan heyətlə məzmunlu və hücum futbolu gördük. Rəhbərlik qiymət verməsə də, bizlər dəyər verdik. Haqqınızı biz azarkeşlərə və “Neftçi”yə halal edin. Sizin qazandığınız medalı rəhbərlik rahat boynundan asdı. Amma haqqınız boyunlarında qaldığı üçün o medal hər zaman onlara yük olacaq. Bir daha təşəkkür. Biz sizə “əlvida” yox, “hələlik” deyirik. Nə vaxtsa ağ-qara formada texniki zonada yenə göstərişlərinizi verib, “Neftçi”ni çempion edəcəksiz. Bu ayrılıq müvəqqətidi. Sizə karyeranızda uğurlar arzu edirik. Rəhbərliyi isə Allaha tapşırırıq!”
Rasul Rasulov: “Yalnız Azərbaycanda klubu dibdən qaldırıb Avroliqaya aparan məşqçini komandadan göndərirlər. Və sonra da deyirlər, niyə uğur qazana bilmirik?”
Senan Quliev: “Mən belə düşünürəm ki, “Neftçi” rəhbərliyi klubu dağıtmaq istəyir. Niyəsini də bununla əsaslandırım ki, yeni heyət gələndən sonra bütün futbolçuları qovdu, müqaviləyə xitam verdi. Komanda batmışdı. Tərlan müəllim yazıq da gəldi, can qoydu, sonuncu pillədən qaldırdı üçüncü sıraya, Avroliqaya vəsiqə qazandı. Bu komanda hətta ”Qarabağ”ı rahat udacaq gücdədi. Qardaş, nə istəyirsiz, nə etməliydi bu yetim? Kimi gətirəcəksiz Tərlan müəllimin yerinə? Elvin Atakişiyevi, Ruslan Dadaşovu, yoxsa Əli Mirəliyevi? Sən futbolçu transferləri elə, sonra məşqçidən tələb et!”
Rasul Mammadov: “Mənə elə gəlir, Qurban Qurbanovda edilən səhv təkrar edilir. Tərlan Əhmədov da gedib “Qəbələ” və ya digər komandalardan biri ilə uğur qazananda, kənardan baxa-baxa qalarıq yenə”.
Roma Roma: “İndi artıq rahat Samir Abasovu gətirərlər. Haram olsun 3-cü yer, Tərlandan güclüsünü gətirməsələr”.
Subhan Aliyev: “Düz qərardı, amma gələn il üçün hər bir şeyin yaxşısını edin, legioner güclü məşqçi gətirin!”
Parvin Aliev: “Axır ki, canımız qurtardı. Tərlan öz gücünə “Səbail”də, “Sumqayıt”da, “Kəpəz”də uğur qazana bilər, amma “Neftçi” onluq deyildi”.
Ramil Karimov: “Bu, konkret “Neftçi”yə düşmənçilik deməkdi. Bir insanın çəkdiyi əziyyətlərin nəticəsi bu idi? Bundan sonra komandanın hər uğursuzluğunun səbəbkarı yalnız sizsiz”.
Fuad Sherifov: “Edilə biləcək ən böyük haqsızlıq idi ki, bunu da yeni rəhbərlik etdi. Məncə, əsl “Neftçi” azarkeşi, sevimli komandalarının oyununu stadionda izləyənlər bu hərəkəti cavabsız qoymamalıdı. Azarkeşlər ilk Avroliqa oyununda ya stadionda öz etirazını bildirməli, ya da oyunu stadiona gəlməməklə boykot etməlidi”.
İlqar Alixanlı: “Tərlanın əməyi danılmazdı, amma “Neftçi” kimi komanda daha səviyyəli baş məşqçiyə layiqdi. Ümid edirəm, güclü xarici məşqçi gətirərlər”.
Əli Memmedov: “Bitdi! Bu qədər! Amma haqsızlıq oldu ona qarşı. Maraqlıdı, rəhbərlik Tərlan müəllimdən nə istəyirdi ki, o verə bilmədi? Təkcə qış fasiləsindən sonrakı nəticələrə baxanda, “Neftçi” 30 xalla birincidi. Ondan daha yaxşısını gətirmsələr, çox səhv addım oldu. Amma daha vaxt itirmək olmaz. Ən qısa zamanda yeni məşqçi tapılmalıdı ki, komandanı Avroliqaya qədər hazırlasın. Məncə, gürcü məşqçi “Neftçi”yə uyğundu.Vaxtında gətirsələr, istədiyi komandanı formalaşdıra bilər”.
Erkin İbrahimov: “Neftçi”nin Tərlan Əhmədovla müqavilənin uzadılmamasına dair qərarına reaksiyalara baxanda elə bildim ki, söhbət ÇL-i ardıcıl 3 dəfə qazanan Zidandan gedir. İşə bax ki, bu qərardan 2-3 saat sonra Zidan da “Real”dan ayrıldı. O fərqlə ki, Zizu özü istefa verdi, Tərlan bəylə isə əməkdaşlıq davam olunmadı. Klub rəhbərliyinin qərarına mənim da şəxsi, ola bilsin ki geniş kütlə üçün bəyənilməyən, “mainstream” ilə uzlaşmayan fikirlərim var.
Dəqiq bilmirəm, Tərlan bəy UEFA “PRO, yoxsa “A” lisenziya sahibidi. UEFA Məşqçi kurslarında gənc mütəxəssislərə tövsiyə olunan ən önəmli məqam münasibətlərlə bağlıdı. İstər mətbuat&ictimaiyyət ilə, istərsə də klubdaxili münasibətlər. Bax, bu baxımdan tək Tərlan Əhmədov yox, məşqçilərimizin mütləq əksəriyyəti axsayır”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar