03 in 12:05olke

“Sumqayıt” toplanış üçün Türkiyəyə üz tutacaq

“Sumqayıt” toplanış üçün Türkiyəyə üz tutacaq
Riad Rəfiyev: “Cavid bizim futbolçudu və onu buraxmaq fikrimiz yoxdu”
Premyer-liqanın son turundan sonra başsız qalan “Sumqayıt” hələ də Samir Abasovun boş qoyduğu kresloya namizəd tapa bilməyib. Ötən saylarımızın birində məsələyə münasibət bildirən “kimyaçılar”ın idman direktoru Zamiq Hüseynov tezliklə komandanın “sükanı arxasına” keçəcək mütəxəssisin adını açıqlayacaqlarını bildirsə də, bu günə kimi bu yöndə heç bir yenilik yoxdu. Bütün bunları nəzərə alıb dünən “ağ-göylər”in prezidenti Riad Rəfiyevlə danışmağı lazım bildik.
- Deyəsən, axtardığınız baş məşqçini tapmaqda çətinlik çəkirsiz?
- Elə deməzdim, namizədlər var. Sadəcə, tələsik qərar vermək istəmirik. Addım atmamış yüz ölçüb, bir biçmək istəyirik ki, sabah seçimə görə peşman olmayaq.
- Məndə olan məlumata görə, Emin Ağayevlə danışıq aparmısız. Lakin sonda ortaq məxrəcə gələ bilmədiyinizdən Ağayev “Səbail”ə üz tutub.
- Ağayev namizədlər arasında olub. Ancaq onunla heç bir görüşümüz olmayıb. Danışıqlar masası arxasına keçməmişik ki, nədəsə ortaq məxrəcə gəlməyək. Ağayev seçimini edib.
- Samir Əliyevin “Sumqayıt”ı çalışdıracağı deyilir...
- Bu gün işsiz olan bütün mütəxəssislərin adları “Sumqayıt”la yanaşı hallanır. Bu da hardasa başadüşüləndi. Mətbuat hər gün hansısa məşqçini bizim kluba göndərir. Yazılanlardan fərqli, bizim öz strategiyamız var. Seçim zamanı da ona üstünlük verəcəyik.
- “Sumqayıt”ın “sükanı arxasına” əcnəbi məşqçinin keçmək ehtimalı var?
- Bu suala konkret cavab verəcəm: “Sumqayıt”ı yerli məşqçilərdən biri çalışdıracaq. Uzağı bu həftənin sonuna kimi onun adı ictimaiyyətə açıqlanacaq.
- Hələ baş məşqçi təyin olunmasa da, bəzi futbolçularla müqaviləni yenilədiz. Bəlkə yeni gələn mütəxəssis həmin oyunçularla işləmək istəməyəcək? Onda necə olacaq?
- Biz ancaq komandanın özəyini təşkil edən futbolçularla müqaviləni yeniləmişik. Onların hər biri yerli oyunçulardı. Məncə, səviyyəli yerli futbolçuların kasadlığı fonunda heç bir məşqçi bizim anlaşma imzaladıqlarımıza qapını göstərməz. Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə, Cavid Tağıyev ötən mövsüm əsas heyətin üzvləri idi.
- Fərhad Vəliyev karyerasını başa vurduğunu açıqladı. Ölkədə qokiper çatışmazlığı yaşandığı bir vaxtda onun yaratdığı boşluğu kimin hesabına doldurmaq planınız var?
- Gəlin tələsməyək. Gedən varsa, mütləq onu əvəzləyəcək birini tapacağıq. Fərhad qərarını hələ bu gün (dünən) açıqlayıb. Yəqin ki, yaxın vaxtlarda düşərgəyə yeni qokiper dəvət edəcəyik.
- Cavid İmamverdiyevin məsələsi nə yerdə qaldı? Onunla həm yerli, həm də əcnəbi klubların maraqlandığı deylirdi. Komandanın liderini satacaqsız?
- Cavidin “Sumqayıt”la müqaviləsinin müddəti gələn yay başa çatır. Bizim futbolçudu və onu buraxmaq fikrimiz yoxdu. Açığı, İmamverdiyevə görə təklif də almamışıq. Onunla maraqlanan olsaydı, kluba müraciət edərdi.
- Əsas komanda ilə yanaşı, əvəzedici heyətin baş məşqçisinin adı da bəlli deyil. Bu məsələ nə vaxt həllini tapacaq?
- Hər şey əsas komandanın baş məşqçisinin təyinatından sonra həllini tapacaq. Həm əvəzedici heyəti kimin çalışdıracağı, həm də akademiyamıza rəhbərlik edəcək mütəxəssisin adı bəlli olacaq.
- Heç olmasa, “Sumqayıt”ın mövsümlərarası fasilədə harda toplanış keçəcəyinə aydınlıq gəlib?
- Bu yöndə heç bir problem yoxdu. Komanda ötən mövsüm olduğu kimi, bu dəfə də təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. Ancaq toplanışın dəqiq tarixi yeni baş məşqçinin təyinatından sonra müəyyənləşəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar