03 in 12:02olke

Vernidubla Qurbanov da “Qəbələ”dən ayrıldı

Vernidubla Qurbanov da “Qəbələ”dən ayrıldı
Ozobiç yol üstədi, Dabo düşünür
“Qəbələ”nin baş məşqçi vəzifəsinə Sənan Qurbanovu gətirməsi fonunda klubun büdcəsinin xeyli azaldılacağı gözləniləndi. Ötən sayımızda da qeyd etdiyimiz kimi, “qırmızı-qaralar” bundan sonra əsasən yerlilərə - Futbol Akademiyanın yetirmələrinə güvənəcək. “Kəpəz”də icarə əsasında çıxış etmiş Roman Hüseynov və “Sumqayıt”da eyni şərtlər altında oynayan Bəhlul Mustafazadə növbəti mövsümdə “Qəbələ”nin sıralarında olacaq. Çox güman, gənc mütəxəssis mövsümlərarası fasilədə əvəzedici heyətdən daha bir neçə oyunçunu əsas komandaya cəlb edəcək.
Başqalarına gəlincə, daha öncə əksər futbolçularla müqavilənin müddətinin bitmək üzrə olduğunu və kubokun finalından sonra onların durumuna aydınlıq gələcəyini xəbər vermişdik. Beləliklə, “təmizlik” əməliyyatına start verilib. Famussa Konenin geri qayıdacağını daha öncə yazmışdıq. İcarə əsasında “Qəbələ”də forma geymiş hücumçu müqaviləylə məxsus olduğu “Göztəpə”yə qayıdıb. Ondan başqa, Vitali Vernidub və Ruslan Qurbanovla da yeni anlaşma imzalanmayıb. 2015/16 mövsümündə “qırmızı-qaralar”a qoşulan ukraynalı müdafiəçi bölgə təmsilçisində 78 oyun keçirib. 3 qol vuran ukraynalı müdafiəçi premyer-liqada 45, Avropa Liqasında 26, ölkə kubokunda 7 oyuna çıxıb. O, ölkə çempionatında 2, avrokubokda 1 dəfə fərqlənib. 2016-cı ilin yayından qırmızı-qara formanı geyən Qurbanov “Qəbələ”də 59 oyun keçirib, 11 qol vurub. Yarımmüdafiəçi çempionatda 45 (6 qol), kubokda 8 (3 qol), Avroliqada 6 (2 qol) oyuna çıxıb.
Ruslan “feysbuk” səhifəsində bu sözləri paylaşıb: “Qəbələ”də keçirdiyim 2 ilə görə təşəkkürümü bildirirəm. Rəhbərliyə dəstəyə və inama görə “sağ ol” deyirəm. “Qəbələ”yə Avropa Liqasında uğurlar. İzləyəcəyik və azarkeşlik edəcəyik!!!”
Qeyri-adi bir şey baş verməsə, Filip Ozobiç də müqavilə müddətini uzatmayacaq. “Qarabağ”ın heyətinə qatacağı gözlənilən yarımmüdafiəçi “Qəbələ”dən elə böyük məbləğ istəyib ki, bölgə klubu geri addım atıb. Ancaq məsələyə hələ nöqtə qoyulmayıb. Müqavilə müddəti bitən legionerlərdən Baqali Daboyla da hələ razılıq əldə olunmayıb. Premyer-liqanın bombardiriylə münasib məbləğə yeni anlaşma əldə etmək istəyən rəhbərlik hələ ki arzusuna çatmayıb. Eyni sözləri Cavid Hüseynov, Elvin Məmmədov, Asif Məmmədov, Ürfan Abbasov, Rasim Ramaldanov və Aqil Məmmədov haqda da deyə bilərik. Onlarla danışıqlar davam edir.
Komandanın harda təlim-məşq toplanışı keçəcəyinə də aydınlıq gəlməyib. Yaxın bir-iki gündə yay hazırlıq planı müəyyənləşəcək. Türkiyə, Sloveniya və ya Gürcüstanda toplanışın baş tutmaq ehtimalı yüksəkdi.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar