03 in 11:48olke

Orxan Sadıqlı karyerasını Türkiyədə davam etdirə bilər

Orxan Sadıqlı karyerasını Türkiyədə davam etdirə bilər
“Hər dəfə yadıma düşdükcə, tüklərim biz-biz olur”
Ölkə kubokunun finalından öncə “Keşlə”nin şansları elə də yüksək qiymətləndirilmirdi. Lakin paytaxt təmsilçisi “Qəbələ”ni Qəbələdə məğlub etməyi bacardı. Bununla da Yuri Maksimovun yetirmələri həm mövsümü titulla başa vurdu, həm də Avroliqaya vəsiqə qazandı. Düzdü, finalda “Keşlə”nin qapısını Kamran Ağayev qoruyurdu. Lakin Orxan Sadıqlı da bir epizodda diqqət mərkəzinə düşdü. O, sona yaxın İlqar Qurbanovla qarşıdurma yaşadı və hərəkətinə görə sarı vərəqə də aldı. Ümumiyyətlə, Sadıqlı ilə danışmaq üçün səbəblər çox idi. Həm kubokun qazanılması, həm İlqarla aralarında yaşanan epizod, həm “Keşlə” ilə müqaviləsinin başa çatması ilə bağlı fikirlərini öyrənmək qərarına gəldik.
- Yəqin ki, istirahətdəsən...
- Hazırda yoldayam, rayona gedirəm.
- Kubokdakı uğurun ab-havası ilə istirahətə yollanmaq necə hissdi?
- Hər dəfə həmin qələbə yadıma düşdükcə, tüklərim biz-biz olur. Mənim üçün 5-ci final idi. İkinci kubokumu qazandım. Komanda, məşqçilər, rəhbərlik – hər kəsin uğurda payı var. Hələ ki bu uğurun atmosferindəyəm. İnşallah, sabahdan istirahət edəcəm.
- Səncə, “Keşlə” nəyin hesabına qalib gəldi?
- İstəyin. Qışda komanda yenidən formalaşdıqdan sonra hər kəs hədəfimizin kubok olduğunu bilirdi. Çempionatda da “Qarabağ”ı udduq, “Qəbələ” ilə iki heç-heçə etdik, “Zirə”ni iki dəfə məğlub etdik, “Neftçi”ni yendik. Həmin oyunlar bizim üçün stimul idi. Bu ab-havada kubok matçına hazırlaşırdıq. Finaldan öncə də “Səbail”i məğlub edib əhval-ruhiyyəni daha da yüksəldə bildik. Komandamızda istək həddən artıq idi. Daha çox istədik və şükürlər olsun ki, qalib gələn tərəf biz olduq. Çox sevinirik. Həqiqətən bu kubokun tam başqa yeri var. Çünki hər kəs bizə yuxarıdan aşağı baxırdı. “Keşlə” göstərdi ki, ölkə çempionatında istənilən rəqibi məğlub edə bilər.
- Həlledici qarşılaşmadan öncə daha çox “Qəbələ”nin kuboku başı üzərinə qaldıracağı proqnozlaşdırılırdı. Rəqibiniz doğma meydanda oynayırdı, heyətlər arasında fərq göz qabağındadı. Lakin “Keşlə” bütün təxminləri alt-üst etdi...
- “Qəbələ”nin büdcəsi ilə bizim klubun büdcəsini müqayisə etsək, aradakı fərqi görərik. Bundan başqa, qeyd etdiyiniz kimi, onlar “doğma divarlar” arasında oynayırdılar. Çoxları bölgə təmsilçisinin qalib gələcəyini düşünürdü. Lakin bizə də inananlar, bizim yanımızda olanlar da var idi. Yekunda Allah bizə qismət etdi. Əziyyət çəkib, qalib gəldik.
- Belə bir informasiya almışıq ki, qələbəyə görə rəhbərlik hər oyunçuya 5 min manat mükafat verib. Doğrudu?
- Mükafatımız verilib, ancaq məbləği demək istəmirəm. Aldığımız mükafatdan da razıyıq. Hər şey yaxşıdı.
- Final oyunundan söz düşmüşkən, İlqar Qurbanovun qırmızı vərəqə aldığı epizodla bağlı fikirlərini bilmək maraqlı idi. Çünki sən də rəqib oyunçunun üzərinə yeridin. Orda nə baş verdi?
- Bizim ehtiyatda olan uşaqlardan biri səhv elədi. Etməməliydi...
- O kim idi?
- Adını demək istəmirəm. Sadəcə, İlqardan belə hərəkət gözləmirdim. Ancaq onu da başa düşürəm. Hesabda geridilər, ab-hava, təzyiq, stress, qalib gəlmək istəyi... Qurbanovu da anlayıram. Futbolda baş verə biləcək epizoddu, fikrimcə, orda da qalmalıdı. Reaksiyam isə belə idi ki, o uşaqdı, onu başa düşmək olar. Bilməyib, belə hərəkət edib, lazım deyildi. Lakin İlqarın topla vurması məni özümdən çıxardı. Orda komanda yoldaşımı qorumaq niyyəti ilə hərəkət etdim. Belə şey olmaz axı. Nə oldusa, orda qaldı. Dediyim kimi, İlqarı da başa düşürəm, bəzən belə hallar məndə də olub. Oyuna tez başlamaq istəyirsən, top sənə gec verilir, əsəbləşirsən.
- Məsələnin təəccüblü tərəfi sakit tanıdığımız futbolçuların olayın mərkəzində olması idi.
- Düz deyirsiz. Futboldu, orda olan kənara çıxmamamlıdı. Hamımız insanıq. Bir-birimizi tanıyırıq, azərbaycanlıyıq. Orda problem yaranmasını istəmərik. İlqarı da neçə illərdi tanıyıram, o da məni tanıyır. Həmişə bir-birimizin hörmətini saxlamışıq. Sadəcə, qarşılaşmanın son dəqiqələrinin olması və gərginlik əsəbləri tarıma çəkmişdi.
- Belə deyək, günahı təkcə İlqarda görmək doğru deyil.
- Təbii, təkcə İlqarı günahlkandırmaq düzgün olmaz. Bizim balaca qardaşımız da səhv etmişdi, etməməliydi. Epizodun davamında isə həm İlqar, həm də mən elə davanmamalıydıq. Lakin belə hallar olur, keçir.
- Oyundan sonra İlqarla barışdın?
- Bəli, görüşdük. Qarşılaşma bitdikdən sonra bir-bir rəqib oyunçulara yaxınlaşıb, onları qucaqladım. Futboldu, biz də uduza bilərdik. Ən əsası insanıq. Onların da duyğularını başa düşürük. Axırda İlqarla görüşdüm, söhbət etdik. Hər şey qaydasındadı.
- Kubokun finalını bir kənara qoysaq, ümumiyyətlə, “Keşlə” qış fasiləsindən sonra çox inamlı təsir bağışlayırdı. Halbuki komanda fasiləyə heç də yaxşı vəziyyətdə getməmişdi. Yuri Maksimov nəyi dəyişdi? Komandanın uğurunun sirri nədədi?
- Ən əsası, bizdə inamsızlıq var idi. Çünki premyer-liqanın ilk yarısında 8 oyunda uduzmuşduq. Həmin vaxt meydana çıxanda “uduzacağıq” düşüncəsini üzərimizdən ata bilmirdik. Maksimov gələndən sonra bizim üçün hər şey etməyə çalışırdı. Yeməyimizdən tutmuş məşqimizi hansı meydanda etməyə qədər. Kollektivdə ab-hava normallaşdı. İkinci yarıda komandada ab-hava çox yaxşı idi. Hamı mehriban idi, bir-birimizin sözü boğazımızdan keçirdi. Nəsə kiçik mübahisə olanda da öz aramızda həll edirdik ki, böyüməsin. Bir də rəhbərliyin dəstəyini qeyd etməliyəm. Həqiqətən də Zaur müəllim bizim üçün əlindən gələni edirdi. O kluba rəhbər təyin olunana qədər 4 ay idi maaş almırdıq. Nəinki əməkhaqqı verilmirdi, gəlirdik bazaya, qaranlıq olurdu, işıq yox idi. Heç kim onu görmürdü. Həmin günlərdən bu günə gəldik.
- Bu komandadan Avroliqada nə gözləyək? Heyət güclənməlidi, yoxsa belə də davam etmək olar?
- Açığı, bu heyətlə Avroliqada uzağı ilk mərhələnin bir oyununu uda bilərik. Çünki komanda çempionat üçün formalaşdırılıb. Doğrudu, əsas heyət düzəlir. Lakin ehtiyatda oyunçu az olur. Heyətin gücləndirilməsi rəhbərliyin, məşqçinin qərarına bağlı məsələdi, onlardan asılı olan bir şeydi. Mən də istəyərəm çıxış etdiyim komanda güclənsin, Avroliqada mərhələlər keçək. Gördüyüm, bildiyim odu ki, transferlər olacaq. Avroliqaya, növbəti mövsümə daha inamla gedəcəyik.
- Sənin də müqavilənin müddəti bitir. “Keşlə” ilə yoluna davam edəcəksən?
- Hər futbolçuya təklif olur. Mənim özümə də təklif var. Sadəcə, indi istirahətdəyəm. Bir ildi əziyyət çəkirik, 15 gün dincəlmək üçün vaxtımız var. İstirahətdən sonra hansı qərarı verəcəyəmsə, açıqlanacaq. Ola bilər, “Keşlə”də qalım. Türkiyəyə də gedə bilərəm. Real variantlar var. Hər şey ola bilər. Sadəcə, bir-iki nüans var ki, onları həll etmək lazımdı. Türkiyəyə getməsəm, çox güman, “Keşlə”də qalacam.
- Qış fasiləsinə kimi daim “çərçivə” sənə etibar olunurdu. Kamran Ağayevin gəlişindən sonra isə növbəlilik prinsipi ilə şans qazanmısız. Ancaq nə qədər ki Ağayev “Keşlə”dədi, sənə ikinci qapıçı gözü ilə baxılacağı şübhə doğurmur. Bu məqam səni narahat edir?
- Sizinlə razıyam. Kamran gələndən sonra yarı-yarıya oynamışıq. Hər şey göz qabağındadı, reallıq var. Əslində mövsümün ilk yarısını götürsək, mənim bir-iki səhvim olub. Fasilədən sonra da səhvsiz oynadım. Zaur müəllimlə danışacam. Düzü, danışığım olub, o da məni komandada saxlamaq istəyir. Mən də burda qalmaqdan razıyam. Lakin daim oynamaq məsələsini düşünürəm. Artıq 25 yaşım var, mən milliyə dəvət almaq istəyirəm. Bir-iki həftə sonra hər şeyə aydınlıq gələcək.
- Sonda mövsümü ümumi dəyərləndirməni istəyərdim. Çünki başa çatan “futbol ili” komandanız üçün olduqca təzadlı keçdi. Üç baş məşçi dəyişdi, xoşagəlməz olaylar yaşandı, ancaq yekunda kuboku qazandız.
- Mövsümün əvvəli o qədər də pis deyildi. Lakin məlum üzücü olaylar oldu, məşqçi dəyişikliyi baş verdi, son turlarda gənclərə şans verildi. Mövsümün ilk yarısını uğursuzluq kimi qiymətləndirirəm. Həmin müddətdə 4 qələbə qazanıb, 2 heç-heçə etsəydik, indi 3-cü yerin sahibi kimi Avroliqaya gedirdik. Bu da qismətdi. Nə baş verdi, necə oldu – bilmirəm. Fasilədə formalaşdırılan heyət, bir-birimizə dəstək bəhrə verdi. Nəticədə kuboku qazandıq. Qışdan sonra çox az sayda yenilgimiz var. Mövsümün ikinci yarısında hər şeyi yaddan çıxardıq. Marafonu boşa vermədik. Avroliqada mübarizə aparacağıq. Bu həm komandanın, həm də futbolçuların gələcəyi baxımından böyük stimuldu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar