01 in 00:32olke

“Zirə” Avroliqadan kənarda qaldı, planlar dəyişdi

“Zirə” Avroliqadan kənarda qaldı, planlar dəyişdi
Ayxan Abbasov: “Bu nəticəyə də hazır idik”
Beləliklə, 2017/18 mövsümü başa çatdı. “Qarabağ” çempionatın qalibi oldusa, “Keşlə” ölkə kubokunu qazandı. Bu isə o deməkdi ki, “köhlən atlar” Çempionlar Liqasında, paytaxt təmsilçisi ilə yanaşı, “Qəbələ” və “Neftçi” Avroliqada mübarizə aparacaq. Xatırladaq ki, “qırmızı-qaralar” premyer-liqada gümüş, flaqman bürünc medallara sahib çıxdı. Təbii, bu dəfə də təmsilçilərimizin beynəlxalq arenada üzümüzü güldürəcəyinə ümid edirik. Artıq bunun gerçəkləşib-gerçəkləşməyəcəyi zamanın işidi və qarşıda bizi gözləyən püşkatmanın nəticəsi də böyük maraq doğurur.
Ölkədaxili yarışlarda finişə doğru maraqlı mübarizəyə şahidlik etdik. Qış fasiləsindən sonra uzun müddət qələbəyə həsrət qalan “Zirə”nin Avroliqa şansı çox aşağı dəyərləndirilirdi. “Sumqayıt” isə əksinə, uğurlu traektoriya cızmaqla 3-cü pilləyə yüksəlmişdi. Digər tərəfdən isə “Neftçi” müsbət nəticələri sıralamaqla Avroliqa mübarizəsində iddiasını ortaya qoymuşdu. “Ağ-qaralar” sona qədər bu tempi qoruya bildi və “bürünc”ə sahib çıxmaqla beynəlxalq arenaya vəsiqə qazandı. Düzdü, paytaxt klubu kubokun yarımfinalında uğursuzluğa düçar oldu. Lakin mükafatçılar sırasına düşməsi və Avroliqaya vəsiqə həmin nəticələri unutdurdu. “Sumqayıt” isə son turlarda uğursuzluğa düçar oldu və komanda heç cür “qara zolaqdan çıxa” bilmədi. “Zirə” əsas rəqiblərindən biri olan “kimyaçılar”ın enişi ərəfəsində özünə gəldi, aradakı xal fərqini azaltdı. “Qartallar” son turdan öncə “gənclik şəhəri” təmsilçisindən bir pillə öndə idi. Tərəflər premyer-liqanın 28-ci turunda “Kapital Bank Arena”da üz-üzə gəldi. Hər iki komandanın hədəfi 4-cü yeri tutmaqla Avroliqa şansını qorumaq idi. Düzdü, həm “Sumqayıt”ın, həm də “Zirə”nin üçüncülük perspektivi də var idi. Bunun üçün həmin turda “Neftçi”nin səfərdə, “Kəpəz”lə oyunda uduzması və ya xal itirməsi lazım idi. Bu da inandırıcı deyildi və “ağ-qaralar” Gəncədə qələbə qazandı.
Sumqayıtdakı görüşdə isə məhz 4-cü yeri tutan komandanın adına aydınlıq gəldi. Gərgin mübarizənin sonunda əzmkar qələbə qazanan “Zirə” 4-cü oldu. “Qartallar” həmin zəfəri böyük sevinclə qeyd etdilər. Axı, komanda Avroliqaya son şansını dəyərləndirə bilmişdi. Bununla belə, Ayxan Abbasovun yetirmələrinin taleyi öz əlində deyildi. Qəsəbə təmsilçisinin ikinci dəfə beynəlxalq arenada iştirakı üçün kubokun finalında “Keşlə” məğlub olmalıydı. Həlledici matçda doğma meydanda oynayan “Qəbələ” favorit sayıldığından, “Zirə”nin Avroliqaya vəsiqə qazanacağına inamı böyük idi. Lakin Yuri Maksimovun rəhbərliyi altında inamlı təsir bağışlayan “Keşlə” kubokun qalibi oldu. Bu təkcə “Qəbələ”ni titulsuz qoymadı, “Zirə” də Avroliqadan kənarda qaldı. Bu həm də o anlama gəlir ki, “Sumqayıt”la oyunda yaşanan gərginlik, qələbə sevinci boşuna imiş. Həmin şadyanalığın ömrü cəmi 8 gün çəkdi.
Görəsən, bu vəziyyət “Zirə”yə necə təsir edib? Avroliqadan kənarda qalması komandanın planlarına təsir edib? “Qartallar”ın baş məşqçisi Ayxan Abbasovla danışdıq: “Bu futboldu. Hər şeyi gözləyirdik. “Keşlə” yaxşı komanda olduğunu son vaxtlar göstərə bilmişdi. Biz bu nəticəyə də hazır idik. Bəli, planlarımızda dəyişiklik var. Avroliqaya hazırlaşmaq başqadı, çempionata hazırlaşmaq başqa. İndi vaxtımız daha çoxdu. Daha rahat fikirləşəcəyik, hazırlıq prosesini dəyərləndirəcəyik. Gedənlər də olacaq, gələnlər də. İlk mərhələni Bakıda gerçəkləşdirəcəyik, ikinci mərhələni Türkiyədə keçmək istəyirik. Hər şey hələ tam konkretləşməyib. Bu yöndə işlər gedir”.
Yeri gəlmişkən, artıq “Zirə”də “təmizlik” işlərinə start verilib. Komandanın heyətində bəzi futbolçuların müqavilə, bəzilərinin isə icarə müddəti bitib. Mövsümün sonunda zədə üzündən təxminən iki ay yaşıl meydanlardan uzaq qalan Yovan Krneta, həmçinin Milan Duriçlə Viktor İbokoyi ilə yeni anlaşma əldə olunmayıb. Bundan başqa, “Zirə”də icarə əsasında çıxış edən Yani Urdinov məxsus olduğu "Bohemians"a (Çexiya), Comal Uilyams isə "Murselaqos"a (Meksika) dönüb. Yerlilərdən icarə müddəti bitən Elşən Abdullayev növbəti mövsüm qəsəbə təmsilçisinin formasını geyməyəcək. Qeyd edək ki, yarımmüdafiəçi müqavilə ilə “Qarabağ”a məxsusdu. Orxan Əliyevlə Aleksandr Şemonayevlə də müqavilələr yenilənməyib.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar