31 may 22:05olke

Möhtəşəm təşkilatçılığa azarkeş biganəliyi kölgə saldı

Möhtəşəm təşkilatçılığa azarkeş biganəliyi kölgə saldı
Mükafatlar boş tribunalar önündə təqdim olundu
Finaldan bir gün öncə Qəbələdən həyəcanlı xəbərlər gəlirdi. Yox, elə düşünməyin ki, Respublika Gününə təyin olunan ölkə kubokunun finalının təşkilatçılığı ilə bağlı hansısa problem ortaya çıxmşdı. Əksinə, PFL rəhbərliyi iki gün əvvəldən oyunun keçiriləcəyi məkana yollanmış, finalın yüksək səviyyədə baş tutması üçün əlindən gələni etmişdi. Bu dəfə şıltaq təbiət bir qədər təşkilatçının əsəbləri ilə oynamağı, “fors-mayor” vəziyyətə hazır olub-olmadığını yoxlamağı lazım bilmişdi. Belə ki, yerli sakinlərin sözü olmasın, son 20 ildə Qəbələ belə leysan görməmişdi. Ancaq mayın 28-də, bütün ölkənin Cümhuriyyətin yüzilliyini qeyd etdiyi gündə Qəbələdə əsl yaz havasının olması hamını sevindirdi, o cümlədən oyunu işıqlandırmaq üçün Bakıdan Qəbələyə gedən jurnalistlər qrupunu da.
Qələbəyə inanan Qəbələ və “ağladan” ssenari...
Kubokun finalını canlı izləmək, finalın keçiriləcəyi məkanda yaşananları futbolsevərlərə operativ çatdırmaq üçün müxtəlif mətbu orqanları və telekanalları təmsil edən təxminən 35 jurnalist Qəbələyə yollanmışdı. Qələm əhli qədim Alban dövlətinin mərkəzinə çatanda günorta saatları idi. Qəbələnin küçələrində şütüyən avtomobillərdən asılan klub bayraqlarından hiss etmək olardı ki, bölgə oyuna hazırdı və final qarşılaşmasında stadionda anşlaq olacaq. Sonuncu dəfə “qırmızı-qaralar” Avroliqa çərçivəsində Tiflis “Dinamo”su ilə qarşılaşanda rayon mərkəzində belə ab-havanın olduğuna şahidlik etmişdik. Gözləntilər özünü doğrultdu. Oyunun başlamasına 1 saatdan da artıq qalmasına baxmayaraq, qəbələlilər, demək olar ki, tribunaları doldurmuşdu. Bəziləri bunu oyundan əvvə “Papito” ilə dünya şöhrəti qazanmış Seeyanın konserti ilə əlaqələndirsə də, bəribaşdan qeyd edək ki, stadion sona qədər dolu qaldı. Rumın müğənninin ifasından sonra isə tamaşaçılar PFL-in final üçün nəzərdə tutduğu möhtəşəm ssenariyə şahidlik etdilər. Əvvəlcə meydana hər iki klubun, Çempionlar Liqasında olduğu kimi və üzərində “Azərbaycan kuboku” yazlmış dairəvi bayraqları gəldi. Ardınca isə müxtəlif alətlərdə Azərbaycanın dövlət himni ifa olundu. Ssenarinin kuliminasiya nöqtəsi heç şübhəsiz, 2016-nın aprelində qəhrəman əsgərlərimizin böyük şücaəti nəticəsində geri qaytarılan Lələtəpə yüksəkliyində Azərbaycan əsgərinin himni ifa etməsi oldu. Onu da qeyd edək ki, bu videoyazı stadiona toplaşan hər kəsi təsirləndirdi, hətta media tribunasına yaxın sektorlarda əyləşənlərin bəzilərinin göz yaşlarını saxlaya bilmədiyini də gördük. Yeri gəlmişkən, meydanın ot örtüyünə nəzarət edənlər qazonun üzərində hər iki klubun gerbini pis-yaxşı əks etdirmişdilər.
Su butulkasına tuş gələn məşqçi
90 dəqiqədə nələrin yaşandığına, matçın hansı hesabla başa çatdığına toxunmadan keçək hakimin final fitindən sonra yaşananlara. Artıq uzatma dəqiqələrindən etibarən hesabdan narazı olan “Qəbələ” azarkeşlərinin çox əsəbi olduqları səsləndirdikləri şüarlardan da məlum idi. Mövsümboyu stadionu doldurmayan, bu dəfə minimum sayı 5500 olan “qırmızı-qaralar”ın azarkeşləri 3-cü uzatma dəqiqəsindən etibarən “istefa” qışqırıb, həm komandanın baş məşqçisi Roman Qriqorçuka, həm də futbolçulara sərt formada narazılıqlarını bildirdilər. Çox maraqlıdı ki, həmin an stadionda asayişi təmin edən polislər “bizimkiləri söyməyin, rəqibə nə desəz, olar” deməklə narazı kütləni sakitləşdirməyə çalışırdı. Buna baxmayaraq, qəbələlilər dayanmadan şüarlar səsləndirir, etiraz əlaməti kimi meydanı butulka atəşinə tutmağı lazım bildilər. Belə sərrast “atəşdən” sonra su butulkasından biri Qriqorçukun köməkçisi Sənan Qurbanovun ayağına tuş gəldi. Qurbanov gözlənilməz zərbədən sonra özünü itirsə də, cavab vermədi və başını aşağı salaraq meydanı tərk etdi. Ən miskin durumda isə Qriqorçuk idi. Vaxtilə avrokuboklarda “Qəbələ”ni uğurlara daşıyan, daxili çempionatda mükafatçılar sırasına yüksəldən ukraynalı mütəxəssis tənqidlərə (təhqirlərə yox) tuş gəlincə, ətrafa baxmadan dilxor vəziyyətdə paltardəyişmə otağına yollandı.
Boş tribunalar önündə mükafatlandırma
“Qəbələ” final qarşılaşmasında nominal qonaq olsa da, təbii ki, tribunalara toplaşanların böyük hissəsi şimallılara azarkeşlik edirdilər. Yalnız VİP-in solundakı qapının arxasında “Keşlə”nin azarkeşləri yer almışdılar. Onu da bildirək ki, paytaxt təmsilçisinin fanatları saylarının az olmasına baxmayaraq, matçboyu yerli azarkeşlərdən daha fəal görünür, səsləri daha gur gəlirdi. “Qırmızı-qaralar”ın fanatları isə ancaq bayraq yellədir, arada “Qəbələ”, “Qəbələ” deyərək, sevimlilərinə dəstək olmağa çalışırdılar ki, bu da effektli alınmırdı. “Qəbələ” məğlub olunca isə stadion tam boşaldı. AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev qalibə və finalın digər iştirakçısına kubok və medalları, demək olar ki, boş tribunalar önündə təqdim etdilər. Bu fakt bir daha göstərdi ki, Azərbaycanda hələ də futbol mədəniyyəti deyilən anlayış tam formalaşmayıb.
Lüt qalan futbolçular
Mükafatlandırma mərasimindən sonra Azərbaycan stadionlarında görməyə adət etdiyimiz mənzərə yaşandı. Pusquda dayanan azyaşlılar yerli və legioner bilmədən futbolçulara yaxınlaşaraq, forma istəyirdilər. Hətta aralarında oyunçulardan getr istəyənlər də oldu ki, bu da kənardan çox utandırıcı görünürdü. Xüsusilə legionerlərin azyaşlı azərbaycanlılara irad bildirməsi... “Bir formamız” var deyib azyaşlıların istəyini geri çevirərək paltardəyişmə otağına yollanan “Keşlə”nin əksər futbolçularından fərqli, Kamran Ağayev qəbələli uşaqların arzusunu yerinə yetirdi. O formasını və əlcəklərini uşaqlara bağışladı. Kapitan sarğısını istəyənlərə isə “bunu və millinin formasını heç kimə vermərəm” deyib hamı ilə sağollaşdı. Onun bu sözləri toplum tərəfindən alqışlarla qarşılandı. “Qəbələ”nin futbolçularının əksəriyyəti isə formalarını azarkeşlərə verməkdə xəsislik etmədilər.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar