31 may 22:01olke

“Bu, “Qəbələ”də son matçım idi”

“Bu, “Qəbələ”də son matçım idi”
Qriqorçuk hara getdiyini açıqlamadı
Mükafatlandırma mərasimindən sonra “Qəbələ”nin artıq sabiq baş məşqçisi Roman Qriqorçuka yaxınlaşıb fikirlərini öyrəndik. Komandasının məğlub olmasına necə üzüldüyünü onun səs tonundan da hiss etmək mümkün idi. Danışarkən səsi titrəyən Qriqorçukun gözləri də dolmuşdu.
- Oyundan əvvəl hamı sizi favorit görürdü…
- Bu cür oyunlarda, xüsusilə də finalda favorit olmur. Həmişə şanslar bərabərdi. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Matç bərabər səviyyədə keçdi. Sadəcə, rəqib qol imkanından istifadə etdi, biz isə yox. Əlbəttə, çox məyusuq. Ümid edirdik ki, Qəbələdəki finalı qazanacağıq. Futbolçulara görə məyusam, onlar çox üzülüblər. Halbuki kuboku qazanmağı çox istəyirdilər, bu arzuyla yaşayırdılar. İndi isə belə məyus vəziyyətdədilər. Oyuna hazırlıq dönəmində hamısı ilə bir-bir söhbət etmişdim. Bütün oyunçular bu matça xüsusi köklənmişdi, qalib gəlmək arzsunda idilər. Bunu onların gözlərindən də hiss edirdim. Lakin çox təəssüf… Matça aid hər şeyi – taktikanı, strategiyanı - müzakirə etmişdik. Düşündüklərimizi həyata keçirə bilmədik.
- Mövsümdə ilk dəfə 5 müdafiəçi ilə oynadız. Bu taktiki dəyişikliyi nə ilə əsaslandıra biləsiz?
- Bu haqda artıq danışmağa dəyməz. Çünki nominal taktiki sxem heç bir əhəmiyyət daşımır. Önəmli olan onun necə işləməsidi. Bu gün onu necə istifadə etdiyimizə baxsaq, demək olmaz ki, sırf beş müdafiəçi ilə oynadıq.
- Filip Ozobiçlə bağlı qərarınız gözlənilməz oldu. O, niyə ehtiyatda qaldı? Əsas heyətdə meydana çıxmağa tam hazır deyildi?
- Hər şeyi təhlil edəndən sonra belə qərar verdik. Ozobiçin zədəsi vardı. Bu üzdən bir qədər məşqlərdən uzaq düşmüşdü. 90 dəqiqə çıxış etməyə hazır deyildi. Ona görə ehtiyatda saxladıq. Sonradan meydana buraxdıq və oyunu sürətləndirdi.
- Səhv etmirəmsə, bu “Qəbələ”də son oyununuz idi?
- Bəli.
- Qazaxıstana yollanırsız?
- Yox. Hələ heç nə deyə bilmirəm. Hara gedəcəm? Sizlərə qərarımı oyundan sonra açıqlayacağımı demişdim. İndi hara yollanacağımla bağlı danışmaq istəmirəm. Bu, o vaxt açıqlanır ki, rəsmi müqavilə imzalanır, hər şey həll olunur. Ağ vərəqin üstünə qara hərflərlə nəsə yazılır.
- Qazaxıstan mətbuatına inansaq, bu ölkəyə yollanırsız. Hətta “Astana”nın prezidenti ilə görüşdüyünüzü də qeyd ediblər…
- İndi kimin nə yazdığını müzakirə etməyin vaxtı deyil. Əvvəla, bunu oxumamışam. İkincisi də biz peşəkarlar bunu necə müzakirə edə bilərik? Dəqiq bir şey olanda deyirəm. İndisə bir şey deyə bilmərəm.
- Necə düşünürsüz, məğlubiyyətdə yalnız bəxtsizlik rol oynadı, yoxsa başqa nəsə çatmadı?
- Bəxtsizlik haqda heç bir söz demədim. Sadəcə, onu vurğuladım ki, bərabər səviyyəli oyun idi. Ola bilər ki, bir az ərazi üstünlüyümüz var idi. Ancaq bu, heç bir rol oynamır. Belə qarşılaşmada qol vurmaq vacib idi. Kim vuracaqdı, o da qazanacaqdı. Bunu “Keşlə” bacardı.
- “Qəbələ” kuboku qazansaydı, getmək qərarınıza yenidən baxa bilərdiz?
- İndi deyə bilmərəm ki, bu belə olmayıb, başqa cür olsaydı, vəziyyət necə olardı.
- Qərarınız nəticəyə görədi?
- Məsələni incələyə bilmərəm. Sadəcə, sizə onu bəyan edirəm ki, bu, “Qəbələ”də son matçım idi. Düşünmürəm ki, necə oynamağımız hansısa önəm daşıyardı.
- Karyeranızın Azərbaycan səhifəsini necə dəyərləndirərdiz?
- Əvvəla, bunun qələbəylə yekunlaşmasını çox istəyərdim. Çünki futbol planında çox yaxşı anlarımız olub. Burda həmişə insanların özümə qarşı hörmətini hiss etmişəm, bütün jurnalistlərdən daim peşəkar münasibət görmüşəm. Buna görə indi fürsətdən istifadə edərək sizə minnətdarlığımı bildirirəm. Onu deyə bilərəm ki, bu münasibət qarşılıqlıdı. Dəfələrlə bildirmişəm ki, burda çox şey öyrənmişəm. Azərbaycan xalqına, xüsusilə də futbol azarkeşlərinə çox minnətdaram. Futboldan danışırıq, ancaq onu da bilirəm ki, bu gün ölkə böyük bayramı qeyd edir. Fürsətdən istifadə edib bütün Azərbaycanı 100 illik yubiley, Cümhuriyyət Günü münasibətlə təbrik etmək istəyirəm.Tək azarkeşlərə yox, bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar