31 may 21:56olke

“Keşlə” “Qəbələ”ni tituldan, “Zirə”ni AL-ə vəsiqədən məhrum etdi

“Keşlə” “Qəbələ”ni tituldan, “Zirə”ni AL-ə vəsiqədən məhrum etdi
Azərbaycan kuboku
final
17 Keşlə - Qəbələ 1:0 (0:0)

1. Kamran Ağayev (k)
4. Slavik Alxasov
3. Denis Silva
27. Adrian Skarlatake
33. Tərlan Quliyev
2. Sərtan Taşkın
90. Ebrima Sohna
40. Nemanya Stoyanoviç
(39. Əlibəy Məmmədli, 90+4)
7. Vaqif Cavadov
10. Sezar Meza Kolli
(88. Məmməd Quliyev, 85)
14. Andre Klennon
(9. Pərdis Fərcad-Azad, 65)
Ehtiyat oyunçular
15. Orxan Sadıqlı
16. Şahin Zəkiyev
21. Herve Tçami
22. Məqsəd İsayev
58. Sinan Akkoyun
66. Murad Qayalı
80. Rafael Məhərrəmli
Məşqçi: Sergey Revut

22. Dmitri Bezotosnı
33. Təmkin Xəlilzadə
3. Voislav Stankoviç
(19. Filip Ozobiç, 76)
5. Rasim Ramaldanov
15. Vitali Vernidub
(11. Asif Məmmədov, 85)
18. İlqar Qurbanov
8. Qismət Alıyev
28. Stiven Jozef-Monroz
14. Cavid Hüseynov (k)
45. Famussa Kone
9. Baqali Dabo
Ehtiyat oyunçular
23. Aqil Məmmədov
35. Murad Popov
4. Elvin Camalov
6. Elvin Məmmədov
29. Hacıağa Hacıyev
32. Amin Seydiyev
74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
Qol: P.Fərcad-Azad, 71.
Vərəqələr: S.Jozef-Monroz, 4 (qeyri-idman hərəkəti). T.Quliyev, 7 (qeyri-idman hərəkəti). E.Sohna, 17 (qeyri-idman hərəkəti). F.Kone, 77 (qeyri-idman hərəkəti). O.Sadıqlı, 88 (qeyri-idman hərəkəti). K.Ağayev, 90+1 (oyunun bərpasını ləngitmək). P.Fərcad-Azad, 90+5 (qeyri-idman hərəkəti) - sarı. İ.Qurbanov, 88 (aqressiv hərəkət) – qırmızı.
Hakimlər: RAUF CABBAROV, Knyaz Əmiraslanov, Nahid Əliyev, Əliyar Ağayev (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
28 may. Qəbələ. Şəhər stadionu. 4500 tamaşaçı (4500 yerlik).
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Əksəriyyət finalda “Qəbələ”ni favorit sayırdı ki, bunun üçün də kifayət qədər əsas var idi. Hər nə qədər “Keşlə” nominal meydan sahibi olsa da, “qırmızı-qaralar” “doğma divarlar” arasında oynayırdı. Bundan başqa, iki komandanın heyətini müqayisə edəndə də bölgə təmsilçisi rəqibdən üstün idi. Hələ “Qarabağ” kubokun 1/4 finalında mübarizəni dayandıranda “ikinci cəbhə”nin qalibinin “Qəbələ” olacağı proqnozlaşdırılırdı. Roman Qriqorçukun yetirmələrinin kubok həsrətini bitirmək üçün bundan yaxşı fürsəti ola bilməzdi. Ən əsas rəqib olan “köhlən atlar” sıradan çıxmışdı. Yarımfinalda isə Qriqorçukun yetirmələri möhtəşəm geridönüşlə “Neftçi”ni yolundan kənarlaşdırmışdı ki, bu da komandada əlavə ruh yüksəkliyi vermişdi. Bir sözlə, Cümhuriyyətin 100 illinin qeyd olunduğu gündə qəbələli azarkeşlər titul həsrətini bitirmək, bayramı ikiqat sevinclə keçirmək istəyirdilər. Amma…
“Qəbələ” nə qədər favorit sayılsa da, “Keşlə”nin də şanslarını heçə endirmək olmazdı. Əvvəla, finalın adı elədi ki, burda rəqiblər arasında aşkar fərq qoymaq mümkünsüzdü. İkincisi, paytaxt təmsilçisinin son vaxtlar sərgilədiyi oyun belə deməyə əsas verirdi. Yuri Maksimovun işi, sadəcə, alqışalayiqdi. Elə bu üzdən ukraynalı ilə müqavilə müddətinin uzadılması doğru qərardı. Kubokun yarımfinal qarşılaşmalarını da nəzərə alsaq, sabiq “bankirlər” finala qədər son 11 oyunda cəmi bir dəfə uduzmuşdu. Həlledici matçdan öncə ardıcıl 6 görüşdə məğlubiyyət acısı yaşamayan Maksimovun komandası bu oyunların 4-də qələbə qazanmışdı. Bir sözlə, yüksəlişdə olan və döyüşkən, qələbəyə alışmış kollektivə çevrilən “Keşlə”nin finalda asan təslim olmayacağı birmənalı idi. Belə də oldu.
Hər iki komanda meydana itkilərlə çıxmışdı. “Qəbələ”dən Ruslan Qurbanovla Ürfan Abbasov, “Keşlə”dən isə Fuad Bayramov vərəqə cəzalısı olduğuna görə finalı buraxırdı. Eləcə də Maksimov cəzalı olduğundan texniki zonada deyildi. Paytaxt təmsilçisi gözlənilən heyət və taktiki düzülüşlə meydana çıxdı. “Qırmızı-qaralar” haqda isə eyni sözləri demək olmaz. Qriqorçuk “5-li müdafiə”yə güvənmişdi. Bu seçimin özünü doğrultmadığını da qeyd etməliyik. Belədə mərkəzdə boşluq yarandı ki, ukraynalının alışmadığımız tatiki seçimi anlaşılmaz idi. Həmçinin Filip Ozobiçin ehtiyatda qalması doğru qərar deyildi. Zaman ukraynalının yanlış qərarlar verdiyini göstərdi.
Oyunun taleyini Pərdis Fərcad-Azadın 71-ci dəqiqədə vurduğu qol həll etdi. Vaqif Cavadov isə məhsuldar ötürmə müəllifi oldu. Əslində Cavadov hesab açılandan sonra da iki dəfə fərqlənməyə yaxın oldu. Lakin yaxaladığı imkanları dəyərləndirə bilmədi. Hər halda, matçda vurulan yeganə qol “Keşlə”yə tarixi ərzində ilk dəfə ölkə kubokunu qazandırdı. Düzdü, “Qəbələ”nin də şanlsarı var idi. Ancaq “qırmızı-qaralar” fürsətləri dəyərləndirə bilmədi. Oyunda yaddaqalan epizodlardan biri İlqar Qurbanovun qırmızı vərəqə aldığı an idi. Təbii, gərginliyin, əsəbin zirvədə olduğu vaxtda bəzən belə olaylar yaşanır. Ancaq sakit təbiətli İlqarın belə davranış sərgiləməsi, son dəqiqələrdə bərabərlik qolu üçün irəli atılan komandasını azlıqda qoyması yaxşı hərəkət deyildi və müdafiəçiyə heç yaraşmadı. Oyundakı idarəçiliyi isə normal dəyərləndirmək olar.
Beləliklə, “Keşlə” həm ölkə kubokunun qalibi adını qazandı, həm də Avroliqaya sonuncu vəsiqənin sahibi oldu. Bu baxımdan Maksimovun işi, komandasının ortaya qoyduğu mübarizə təqdirəlayiqdi. “Qəbələ” isə fürsəti dəyərləndirə bilıməyib, titulsuz qaldı. Bununla da bölgə təmsilçisinin baş məşqçisi postunda Qriqorçuk erası bitdi. Ukraynalı oyundan sonra istefa verdiyini açıqladı. Təbii, kubok qazanılmayacaqdısa, təcrübəli mütəxəssisin postu ilə vidalaşacağı gözlənilən idi. Bəlkə “Qəbələ” qalib gəlsəydi belə, Qriqorçuk gedəcəkdi. Ancaq fakt budu ki, komandası uduzdu, 2015-ci ildən “qırmızı-qaralar”ı çalışdıran, bu müddətdə titul qazana bilməyən, bununla belə, iki dəfə “Qəbələ”ni Avroliqanın qrupuna daşıyan Qriqorçuk ölkəmizi tərk etdi. Yeri gəlmişkən, “Keşlə”nin qələbəsi “Zirə”ni də üzdü. Çünki qəsəbə təmsilçisi “qırmızı-qaralar” qalib gələcəyi halda 4-cü yerin sahibi kimi Avroliqaya gedəcəkdi. Bir sözlə, “Keşlə” “Qəbələ”ni tituldan, “Zirə”ni isə Avroliqaya vəsiqədən məhrum etdi.
FARİZ

Reaksiyalar
Kamran Ağayev: “Hər bir futbolçu ölkə kubokunun finalında oynamaq istəyir. Çempionluq tez yaddan çıxır. Amma kubokun ab-havası başqadı. Finala yaxşı köklənmişdik. Kuboku əldə etmək istəyirdik. Çempionatda da oyunlarımız oldu. Biz komandaya qış fasiləsində qoşulmuşuq. Kollektiv 8 oyun idi uduzurdu, inamsızlıq vardı. Toparlanmaq bir az çətin idi. Şükür Allaha, komandaya inamı qaytardıq və davam edirik. Ağıllı təhlil və ağıllı oyunun hesabına rəqibə qalib gəldik. Diktofonları söndürəndən sonra deyərəm (gülür). Gələcəklə bağlı nə deyə bilərəm? Hələ heç nə bilmirik. Hamımızın müqaviləsi qurtarıb. Sabah milliyə qoşuluram. Ağır zədədən sonra meydana qayıtmışam. Hər ay dizimdəki zədəyə görə normativ verirdim. İndi özümü yaxşı hiss edirəm. Hədəfimizin nə olacağını bilmirik. Müqavilə bağlayıb-bağlamayacağımız dəqiqləşməyib. Hələlik yığmaya gedirəm. Karyeramı harda davam etdirəcəyimi zaman göstərəcək. Bəziləri bizimlə düşmən kimi rəftar edir. Yazıları oxuyuram. Qıcıqverici şeylər yazırlar, amma əhəmiyyət vermirəm. Niyə? Çünki azarkeşlərə arxalanıram. Onlar bu əziyyəti unutmurlar. Nə qədər məni gözdən salmaq istəsələr də, azarkeşlər əziyyəti yaddan çıxarmırlar. Artıq 5 və ya 6-cı dəfədi ağır zədədən sağalıram. Sanki bir çoxları məni gözdən salmağa çalışır. Özü də onların sayı çoxdu. Amma belə şeylərə fikir vermirəm. Portuqaliyaya gedəndə “bu qurtardı” dedilər. Eynisi Çexiyaya yollananda da oldu. Düzdü, ora bir az inamsız getdim. Çünki zədəliydim. Ordakı baş məşqçinin açıqlamasında oxumuşduz. Mənim artıq çəkim olduğunu söyləmişdi. Yenidən legioner həyatı yaşamaq istəyimlə bağlı çox danışmaq istəmirəm. Yaxın vaxtda hər şey bəlli olacaq”.
İlqar Qurbanov: “Deyəcək bir söz yoxdu. Rəqibin qapıya bir zərbəsi oldu, o da qolla nəticələndi. Buna mane olmamağımız diqqətsizliklə bağlı idi. Rəqibi təbrik etmək qalır ki, bunu da edirik. Qarşılaşmadan öncə həyəcan var idi. Üstəlik, evdə oynayırdıq. Bu da təzyiq yaradırdı. Həm də “Qəbələ” titulsuz olduğuna görə kuboku çox arzulayırdıq. Komandanın tarixində ilk titula sahib çıxmasını çox istəyirdik. Amma bacarmadıq. Üzgünəm. Qələbə qazanıblarsa, təbrik etmək qalır. Qırmızı vərəqəyə gəlincə, Azərbaycan futbolunda böyük-kiçik yeri qalmayıb. Böyük-kiçik yeri bilmirlər. Tanımadım həmin adamı, bilmirəm kimdi. Amma həmin şəxsi üzə çıxaracam”.
Pərdis Fərcad-Azad: “Azərbaycanda çıxış etdiyim bu illərdə ilk dəfə titul qazandım ki, buna görə sevincimin həddi-hüdudu yoxdu. Bilmirəm nə deyim? İlk növbədə “Keşlə”nin azarkeşlərini, komanda yoldaşlarımı, məşqçilər korpusunu, rəhbərliyi təbrik edirəm. Çox çətin günlərimiz oldu, ancaq birlik sayəsində ayaqüstə qalmağı bacardıq. İndi fikrimiz avrokuboklara yönəlib. Ümid edirəm ki, qitəmiqyaslı turnirdə də Azərbaycanı layiqincə təbrik edəcəyik. Əsas məqsədim klubumda uğur qazanmaqla yanaşı, milli məşqçilərinin də diqqətini cəlb etməkdi”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar