01 in 00:53olke

Emin Babayev ÇSKA-dan ayrılıb, Azərbaycanda işləmək istəyir

Emin Babayev ÇSKA-dan ayrılıb, Azərbaycanda işləmək istəyir
“İndi-indi hiss edirəm ki, ailədən, uşaqlardan uzaq qalmaq çətindi”
Ölkə futbolunda maliyyənin və klubların sayının azalmasına görədi ki, sabiq futbolçuların bir çoxu xaricə üz tutur. Vaxtilə “Qarabağ”da çalışmış Nəbi Xanciqazov Almaniyada işləyir, futzalda “Xəzər adaları”nı çempion etmiş Elnur Qəmbərov Kanadada yeniyetmə və gənc futbolçulara bu oyunun sirlərini aşılayır. Dmitri Kramarenko ilə Emin Ağayev də dünənə kimi rusiyalı uşaqlara məşq keçirdi.
Belələrindən biri də Emin Babayevdi. Vaxtilə U-15 və U-17 yığmalarında, “Neftçi”də, “Simurq”da çalışmış həmyerlimiz artıq xeyli vaxtdı Rusiyadadı. ÇSKA-nın futbol akademiyasında yetişən gənclərlə məşğul olur. DÇ-2018-lə bağlı tədbirdə iştirak etmək üçün Moskvaya səfər edəndə öyrəndim ki, Emin “hərbçilər”in akademiyasında kifayət qədər hörmətə sahibdi. Buna baxmayaraq, yenidən vətənə qayıtmaq, Azərbaycanda çalışmaq istəyir. Səbəb isə ailəsinin Bakıda olmasıdı.
Dünən Babayevlə əlaqə saxlayıb, bir çox mövzular ətrafında söhbətləşdik. Söhbət əsnasında məlum oldu ki, Emin bəy futbolçu nəslindəndi. 1966-cı ildə “Neftçi”ylə “bürünc” qazanmış Adil Babayevin qardaşı nəvəsidi.
- Bildiyimə görə, ÇSKA-da işləyirsiz...
- Mayın sonuna qədər müqaviləm var. Sonrasına baxarıq. Çox güman, burda qalmayacam.
- ÇSKA-nın hansı komandasında çalışırsız?
- Akademiyadayam. Burda uşaqlar var ki, mən onları sıfırdan qəbul etmişəm. Öz sistemim var, o uşaqlara da həmin sistemə uyğun məşq keçirəm. Həm azyaşlılarla işləyirəm, həm də böyüklərlə.
- Konkret neçə yaşlılarla?
- Akademiyada 16 yaşa qədər olanlardı. Amma sırf mənim qrupumda yer alanlar 2005-2007 doğumlulardı. Vaxtımın əsas hissəsini 11-13 yaşlılara ayırıram. Çünki onlar öz yetirmələrim sayılır.
- Neçə vaxtdı ÇSKA-dasız?
- Təxminən ilyarımdı. “Simurq” dağılandan sonra təxminən 6 ay işsiz qaldım. Sonra “Neftçi”nin akademiyasında işlədim. Orda yarım il çalışandan sonra ÇSKA variantı ortaya çıxdım. Həmin dönəm üçün Rusiyada çalışmağı daha üstün tutduğumdan, bura gəldim. Rəhbərliklə görüşdüm, onları iş metodumla tanış etdim və müqavilə bağladıq.
- Məndə olan məlumata görə, sizi ÇSKA-ya Dmitri Kramarenko təklif edib...
- Xeyr, belə şey olmayıb. Kramarenkonun bu məsələdə yaxından-uzaqdan əlaqəsi yoxdu. Uşaqlıq dostum var, hansı ki, yığmada birlikdə çıxış etmişik, uzun illər dostluğumuz olub – Ramin Əliyev. Bir neçə il əvvəl o Rusiyaya köçmüşdü. Bura gəldiyi gündən də futbol təsərrüfatında çalışan adamlarla əlaqələri geniş idi. Raminin və daha bir Bakı rusu olan dostumun sayəsində “CV”-mi ÇSKA-ya göndərdim. Moskvaya gəldim, danışdıq, razılaşdıq. Onu da qeyd edim ki, müqaviləm əsas komandayladı, akademiya ilə yox.
- Bəs niyə akademiyada çalışırsız?
- Gələndə mənə əvəzedici komandada çalışmağı da məsləhət görürdülər. Yəni heç bir problem yox idi. Çünki ÇSKA-ya gələnə qədər 7 il böyük futbolda işləmişdim, müəyyən təcrübəm vardı. Sadəcə, həmin dönəm üçün akademiyada işləməyi qərara aldım.
- Belə başa düşdüm ki, ÇSKA-da Kramarenko ilə eyni dönəmdə işləmisiz.
- Bəli-bəli. Dima “Neftçi”dən ayrılandan sonra ÇSKA-ya gələndə, mən artıq burdaydım. Müəyyən vaxt akademiyada birgə çalışdıq. Lakin sonradan o yığmaya getməli oldu.
- Kramarenko ilə münasibətiniz necədi?
- Yaxşıdı, hətta əladı deyərdim.
- Elədisə, Dima yığmalara məşqçi təyin olunandan sonra sizə yanında çalışmağı təklif etməyib?
- Düzü, Dima həmişə istəyib ki, yanında olum. İş metoduma bələddi. Mən “Simurq”da məşqçi işləyəndə, Dima hələ futbolçu karyerasını başa vurmamışdı. Bundan başqa, tanışlığımız uzun illəri əhatə edir. Atamın əmisi Adil Babayev rəhmətlik Sergey Kramarenko ilə “Neftçi”də çiyin-çiyinə çıxış edib.
- Yenidən yığmaların birində işləmək variantı var?
- Söz-söhbət həmişə olub. Amma konkret variant yoxdu. Yanvarda Dima yığmaya gedəndə burda hamı düşünürdü ki, mən də onunla birgə gedəcəm. Gümanla, ehtimalla yaşayan adam deyiləm.
- Özünüz necə, ÇSKA-da qalmaq, yoxsa yenidən Azərbaycanda çalışmaq istəyirsiz?
- Mən bura işləməyə gəlmişəm, işləyirəm də. Bazada yer veriblər, orda qalıram. Sizi inandırım, günümün demək olar, 24 saatı burda keçir. Nadir hallarda harasa çıxaram, dostlarla 2-3 saat vaxt keçirərəm. İndi-indi hiss edirəm ki, ailədən, uşaqlardan uzaq qalmaq çətindi. Yanımda olsaydılar, işləmək olardı. Amma belə vəziyyətdə alınmır. Ona görə də Azərbaycana qayıtmaq haqda düşünürəm.
- Azərbaycanda iş tapmaq asan deyil...
- Bilirəm, başa düşürəm. Yekəxanalıq olmasın, mən iş xatirinə işləyən adam deyiləm. İlk növbədə komandada şərait olmalıdı. Bilməliyəm ki, niyə işləyirəm, məqsəd nədi? Yaxşı iş üçün hər şeydən əvvəl material, inventar olmalıdı. Gedim, günümü yola verim – mənlik deyil. Futbol sahəsi kiçikdi, hamı bir-birini yaxşı tanıyır. Necə işlədiyimi çox adam bilir. Yaxşı variant olsa, dəyərləndirməyə çalışacam.
- Qurban Qurbanovla Rəşad Sadıqovun bir gözü xaricdədi. Ölkədən kənarda top qovan əslən azərbaycanlı futbolçuları axtarırlar. Sizinlə əlaqələri var, nəyisə soruşub maraqlanırlar?
- Düzü, indiyə qədər bir dəfə də olsun, danışmamışıq. Belə, ümumi tanışlığımız var. Amma ilyarım ərzində hansısa söhbətimiz olmayıb.
- Bu gün ən böyük bəlamız bacarıqlı, əsl qapıçı görünüşlü qolkiperlərin yoxluğudu. Rusiyada “çərçivə”ni qoruyan həmyerlilərimiz var?
- Bu məsələdə sizinlə tam razıyam. Vaxtilə özüm də yığmada işləyəndə bundan əziyyət çəkirdim. Burda məşqlərdən sonra boş oluram. Ona görə də bacardıqca millilərin canlı yayınlanan oyunlarını izləməyə çalışıram. Bəzən azərbaycanlı həmkarlarımla söhbət edəndə də başa düşürəm ki, hamı eyni problemdən gileylənir. Təəssüf ki, Rusiyada rastıma çıxan azərbaycanlı qapıçı olmayıb. Sahə oyunçuları çoxdu, amma nədənsə qapıçılığı seçmirlər. Bəlkə də Rusiyanın hansısa şəhərində, vilayətində var, amma mən görməmişəm, eşitməmişəm. Bacarıqlı biri olsaydı, yəqin ki, məşqçi dostlarımdan eşidərdim. Seleksiyaçı-məşqçi var, dünən məndən soruşur ki, sənin yanına 2003 doğumlu Ruslan Əliyev ad-soyadlı qapıçı gəlməyib? Soyadını eşidən kimi sevindim.
- Bizimkidi?
- Vallah, hələ bilmirəm. ÇSKA-ya baxışa gəlməlidi, amma hələ gəlib çıxmayıb. Prinsipcə azərbaycanlı olmalıdı. Görək də...
- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Moskvada, ÇSKA-nın düşərgəsində necə qarşılandı?
- O hissləri sözlə izah etmək olmaz. Həqiqətən əla göstərici idi. İnanın, burda elə sevinirdilər ki, sanki uğura imza atan Azərbaycan yox, Rusiya komandasıydı. Qrup oyunlarında bazada gördüyüm veteran futbolçuların hamısı “Qarabağ”a azarkeşlik edirdi. Baxma da, Azərbaycan onlara yad deyil. Vaxtilə SSRİ-nin “şinelindən çıxmış” ölkədi. İstər-istəməz qan çəkir.
- Hazırda Rusiyada yaşayan sabiq futbolçularla gediş-gəlişiniz, münasibətiniz var?
- Emin Ağayevlə uzun illərin dostuyuq. Bizdən başqa, ailələrimiz də dostluq edir. Hətta Yeni ildə yoldaşım, uşaqlarım Moskvaya gəlmişdi, bayramı Emingildə qeyd etdik.
- Vyaçeslav Lıçkin?
- Lıçkin itib, yoxdu (gülür). Bildiyimə görə, Sankt-Peterburqdadı, amma xəbər-ətər yoxdu.
- Sabiq “Kəpəz”lilər – Yadigar və İmamyar Süleymanov qardaşları?
- Bu yaxınlarda azərbaycanlıların məclisindəydim, İmamyargili orda gördüm. Amma yaxın münasibətim yoxdu. Vaxtilə “Neftçi”də oynamış Kamil Bayramov gəlmişdi, onunla da görüşdüm.
- Emin Ağayevlə yaxın olduğunuzu dediz. Olmaya siz də onun kimi “Səbail”ə gəlirsiz.
- Xeyr, belə bir söhbət yoxdu. Olsaydı, gizlətməzdim.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:36 Pedro Enrike “Qarabağ”a qayıda bilər Dünən, 11:34 “İmarət” yubileyini Ağdamda qeyd edəcək Dünən, 11:30 Bordin komandasının məğlubiyyətə layiq olduğunu söylədi Dünən, 11:27 “Keşlə” “Neftçi” ilə yerini dəyişdi Dünən, 11:25 “Qarabağ”: son 4 oyunda 3-cü heç-heçə Dünən, 11:22 “Səbail”i Qəbələdə əzdilər Dünən, 11:18 Emil Balayev əla başladı, pis bitirdi Dünən, 11:16 “Qəbələ” jurnalistləri bir araya gətirdi Dünən, 11:13 Sürprizlər turu Dünən, 11:11 Moldovanın qapıçısı yığmamızı iki dəfə məyus etdi Dünən, 11:07 "6 xallıq oyun”da sumqayıtlılar sevindi Dünən, 11:04 Çempionluq Zaur Axundovun ağlından keçmir 12-11-2019, 14:13 Elnur Şıxəliyev AGİN və AMADA-nın dəstəyinə arxalanır 11-11-2019, 13:35 Zirvə iki gün ərzində ikinci dəfə "əl dəyişdirdi" 11-11-2019, 13:34 Təmkinin xanımı “Neftçi”nin azarkeşidi 11-11-2019, 11:06 “Qarabağ”da heç kim yaxasını kənara çəkməsin! 11-11-2019, 11:05 Emil Balayev Qazaxıstanda əlçatmazdı 11-11-2019, 11:04 Şəhriyar Məmmədyarov “Qarabağ” üçün hər şeyin bitdiyini düşünür 11-11-2019, 11:02 APOEL qələbəni öz ad gününə hədiyyə edib 11-11-2019, 10:59 “Qarabağ”dan izah gəldi 11-11-2019, 10:58 Yurçeviçin siyahısı sual doğurdu 11-11-2019, 10:56 Mütəxəssislər Qurbanovun taktikada Dolla uduzduğunu düşünmürlər 11-11-2019, 10:55 Bizimkilər susur, onlar danışır 11-11-2019, 10:52 Siyasət Əsgərov təcrübəsizliyi və səviyyə fərqini qabartdı 11-11-2019, 10:50 “Ən pis halda pley-offda oynamaqla vəsiqəni qazanmalıyıq” 11-11-2019, 10:48 Kiprin ən böyük idman qəzeti də Geyeni “seçdi” 11-11-2019, 10:47 Dadaşlinski hələ də Elxan Məmmədovu axtarır 8-11-2019, 20:07 Şəhriyarın şok açıqlamasına zəruri sözardı 8-11-2019, 20:06 BBBB… 8-11-2019, 12:41 “Keşlə” 13-cü turda “ASK Arena”ya qayıdacaq 8-11-2019, 12:40 Quba “Şahdağ”ı dağılmaq təhlükəsiylə üz-üzədi 8-11-2019, 12:37 Emil Balayev rəmzi komandada 8-11-2019, 12:35 Rəvan Həmzəzadə “Səbail”in qolunu “yedi” 8-11-2019, 12:32 “Maxi.az” “Sabah”ın akademiyasının sponsoru oldu 8-11-2019, 12:29 İntizam Komitəsi sərt üzünü göstərdi 6-11-2019, 12:25 Yığmamız erməniləri üstələyib “bürünc” qazandı 6-11-2019, 12:22 Mahir Şükürov iş üçün Elxan Məmmədova minnətçi düşüb 6-11-2019, 12:20 Güclü külək “Kapital Bank Arena”ya ziyan vurub 6-11-2019, 12:18 “Sumqayıt” itirdi, “Zirə” qazandı 6-11-2019, 12:15 Çempionatımızda yeni bəhanə: hava şəraiti futbol oynamağa qoymur! 6-11-2019, 12:08 “Sabah” əzmkar qələbə ilə uzun seriyaya son qoydu 6-11-2019, 12:05 İddialılar yola itkisiz davam edirlər 6-11-2019, 12:03 Heç-heçələr turu 6-11-2019, 12:01 “Əlincə”nin cəmi bir komandası qalıb… 6-11-2019, 11:58 APOEL heç-heçə, “F91 Düdelanj” darmadağın etdi 6-11-2019, 11:56 APOEL-də gərginlik davam edir 6-11-2019, 11:54 Mahirin zədəsi ciddidi, Nikosiyaya aparılmır 6-11-2019, 11:52 UEFA “Qarabağ”ı Stuxlikin həmyerlisinə tapşırdı 6-11-2019, 11:35 Rəşad Sadıqov “CBC Sport”a baş çəkib 6-11-2019, 11:33 “Neftçi İK” səhvini etiraf etdi və …hakimləri qınadı 5-11-2019, 15:05 Ağamirzənin “El Klasiko”ya aldığı bilet “yanıb” 5-11-2019, 14:59 MOİK-in baş məşqçisi kubokdan imtinanı səviyyə fərqi ilə əsaslandırdı 2-11-2019, 12:39 “Neftçi” TV dekabrda test yayına başlayacaq 2-11-2019, 12:37 Biləcəridəki bazanın taleyi ilin sonunda bilinəcək 2-11-2019, 12:35 Futbolumuzda “Sauthempton” nümunəsi yoxdu 2-11-2019, 12:32 Romero kollektiv məşqlərə qoşulub 2-11-2019, 12:28 Derbi dedik, mütəxəssislərin fikirləri haçalandı Bütün xəbərlər
Ən çox oxunanlar