27 may 12:07olke

Region Liqasında növbəti mövsüm payızda start götürəcək

Region Liqasında növbəti mövsüm payızda start götürəcək
Yusif Vəliyev: “İyunda keçiriləcək iclasda bu məsələ xüsusi müzakirə olunacaq”
Mayın 22-də “Bayıl Arena”da baş tutan görüşlərlə ilk dəfə təşkil olunan Region Liqasına nöqtə qoyuldu. Xatırladaq ki, üçüncülük uğrunda qarşılaşmada “Araz Naxçıvan”a qalib gələn “Füzuli” bürünc” qazandı, finalda “Energetik”ə qalib gələn “Uğur” isə kuboku başı üzərinə qaldırdı. Mingəçevirlilərin qəniməti “gümüş” oldu. Final qarşılaşmasından sonra qəzetimizə açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov ilk dəfə keçirilən turnirdən razı qaldığını, bəzi çatışmazlıqlara baxmayaraq, Region Liqasının gələcəyinin olduğunu vurğulamışdı. Baş katib onu da qeyd etmişdi ki, qısa vaxtda populyarlıq qazanan liqaya nöbəti mövsümdə qatılmaq istəyən yetərincə komanda var. Bəs görəsən, onlar hansı bölgələri təmsil edir?
Bu suala cavab tapmaq üçün Region Liqasının təşkili üzrə işçi qrupun üzvü Yusif Vəliyevlə əlaqə saxladıq: “Doğrudan da, ilk dəfə təşkil olunan Region Liqasına maraq gözlədiyimizdən də çox oldu. Düzdü, müəyyən çatışmazlıqlar oldu, ancaq çalışacağıq növbəti mövsümdə turniri daha yüksək səviyyədə təşkil edək. Debüt ilində belə nüanslar qaçılmazdı. Mövsüm başa çatandan sonra istər mübarizəyə qatılan, istərsə də bu niyyətdə olan bəzi komandalardan müraciətlər olub. Ancaq tez-tələsik qərar vermək istəmirik. İyunda Region Liqasının təşkili üzrə işçi qrupun toplantısı olacaq. Orda bir çox məsələləri müzakirə edəcəyik. İndidən hansısa komandanın adını çəkmək istəmirəm. Çünki bizim də mübarizəyə qoşulmaq istəyən komandaların qarşısında müəyyən tələblərimiz olacaq. Bayaq qeyd etdiyim kimi, istəyirik ki, Region Liqasının səviyyəsi ildən-ilə artsın”.
Geridə qoyduğumuz mövsümdə Region Liqasında iştirak edən bəzi komandaların oyunlara getmədiyinə şahidlik etdik. Bu xoşagəlməz məqam son turlarda özünü xüsusilə büruzə verdi. Yusif bəy bizimlə söhbətdə yeni “futbol ili”ndən belə məsələlərə ciddi yanaşacaqlarını söylədi: “Qeyd etdiyiniz kimi, son turlarda bəzi komandalar üzürsüz səbəbdən meydana çıxmadılar. Belə neqativ halların yaşanmasının qarşısını almaq üçün Region Liqasında çıxış etmək istəyən komandalara xəbərdarlıq olunacaq, qarşılarına ciddi tələblər qoyulacaq. İstəmirik ki, liqanın imici aşağı düşsün. İyunda keçiriləcək iclasda bu məsələ xüsusi müzakirə olunacaq. Ola bilsin, geridə qalan mövsümdə reqlamentə əməl etməyən komandalar 2018/19 “futbol ili”ndə çempionata buraxılmasın”.
İlk dəfə təşkil olunan turnir ötən il bir qədər gec, daha dəqiq desək, dekabrın ortalarında start götürsə də, yeni mövsümdə payızda başalayacaq. Bunu da bizə Yusif bəy dedi: “Region Liqasının yaradılması ilə bağlı qərar İcraiyyə Komitəsinin oktyabrdakı toplantısında qəbul olundu. Qısa vaxtda iştirakçıları, formatı müəyyənləşdirmək qeyri-mümkün idi. Bu üzdən ilk mövsüm obyektiv səbəbdən bir qədər gec - dekabrda start götürdü. Firimcə, artıq belə problemimiz olmayacaq. Yayboyu iştirakçı sayını dəqiqləşdirib, turnirin hansı formatda keçiriləcəyini müəyyənləşdirəcəyik. Böyük ehtimalla, Region Liqasında ikinci mövsüm payızda - sentyabr-oktyabr aylarında başlayacaq. Və ümid edirəm ki, ikinci mövsümdə turnirin əhatə edəcəyi coğrafiya daha geniş olacaq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar