27 may 11:59olke

Daim sevgiylə xatırlanacaq Riçi

Daim sevgiylə xatırlanacaq Riçi
Heç şübhəsiz, o, ölkəmizə gələn ən yaxşı legionerlərdən biri idi. Artıq ona legioner deməyimiz nə qədər düzgündü, bilmirəm. Axı, bir ildi yığmamızın da şərəfini qoruyur. Bundan başqa, “Qarabağ”da 6 uğurlu mövsüm keçirdi. Bu müddətdə “köhlən atlar”la 5 çempionluq, 3 ölkə kuboku qazandı, 3 dəfə Avroliqanın, ötən il isə Çempionlar Liqasının qrupunun həyəcananı yaşadı. Bundan da uğurlu karyera?! Bundan da artıq sevinc?! Bütün bunların əldə olunmasında onun əməyi, zəhməti, komandasına verdiyi fayda danılmazdı. Söhbətin Riçard Almeydadan getdiyini bilmək üçün xüsusi istedad tələb olunmur.
“Milliləşdirilən” braziliyalını yalnız və yalnız xoş xatirələrlə yada salacağıq. Əslində “Qarabağ”dan getsə də, yığmanın üzvüdü. Odu ki, Almeydaya “əlvida” deməyimiz doğru olmaz. Elə “Qarabağ”dakı sonuncu oyunundan sonra jurnalistlərə açıqlamasında da belə demişdi. Demişdi ki, klubdan ayrılsa da, ondan millidən imtina etməyi gözləməyək. Nə zaman dəvət olsa, can-başla gələcək, əlindən gələni edəcək. İnanırıq və hər dəfə onu yığmanın düşərgəsində görəndə sevinəcəyik.
Ancaq klub belədi ki, futbolçu hər zaman göz önündə olur. Yığma isə ayda bir dəfə, bəzən iki ayda bir dəfə toplaşır. Həmin hazırlıq proseslərində Riçardı görəyəcəyimizə əmin olmaq istəyirik. Lakin bu istəyin reallıqla uzlaşması artıq zamanın işidi. Ümid edək ki, onunla bağlı “gözdən uzaq, könüldən iraq” deyimi gündəmə gəlməyəcək. Milliyə Almeydanın nə qədər lazım olduğunu deməyə ehtiyac yoxdu. Nə az, nə çox – düz 6 il onun baş məşqçisi olan Qurban Qurbanovun da Riçardı diqqətdən kənarda qoyacağı inandırıcı deyil. Bu futbolçunun xarakterini, gücünü Qurban bəydən daha yaxşı heç kim bilə bilməz. Onun “Qarabağ”da yeri hiss olunacaq. Ümid edirik ki, hiss olunmasın. Çünki Riçardı nə qədər sevsək də, Avropada fəxrimiz olan Ağdam təmsilçisinin uğurunu daha artıq istəyirik. Almeydanın yerinin görünməsi isə bir qədər bədbin proqnoz kimi səslənir. Sadəcə, hər kəs bunu qəbul etmişdi ki, “Qarabağ”ın beyni idi. Orta xətdə gördüyü iş müqayisəyə gəlməzdi. Braziliyalılar da bizim kimi istiqanlı, bir qədər də aqressiv olurlar. Doğrudan da Riçard sanki bizlərdən biri idi. Azərbaycana bağlılığı əsas gətirilərək yığmaya calaq edilənlərdən Almeyda daha yaxın idi bizə. Onlardan daha artıq yığmanın formasını geyməyi haqq edir.
Təkcə “Qəbələ” – “Qarabağ” matçından sonra mükafatlandırma mərasimində yaşananlar hər şeyi deyir. Rəşad Sadıqov çempionluq kuboku təqdim olunanda maraqlı addım atdı. Riçardı səslədi və kuboku onun başı üzərinə qaldırmasını istədi. Kapitan 6 il çiyin-çiyinə döyüşdüyü komanda yoldaşına qiyməti bu cür verdi. Sadıqov Riçardın nə qədər dəyərli biri olduğunu bu jesti ilə göstərdi. Rəşadın xaraketinə bələd olanlar bilir ki, o hər futbolçuya görə bu addımı atmaz. Deməli, Almeyda dəyər veriləsi biridi.
Geridə qalan illərdə Riçard, demək olar, sabit oyun sərgiləyib. Bu gün “Futbol+”in qiymətləndirməsində ilk pillədə bu futbolçu qərarlaşıbsa, artıq sözə ehtiyac qalmır. “Qarabağ” üçün təısnifat mərhələlərində, qrupda vurduğu qollar çətin ki, unudulsun. “Yanq Boyz”, “Anderlext” kimi rəqiblərlə görüşdə məhz onun qolu həlledici oldu. Ancaq onu təkcə qolları, məhsuldar ötürmələri ilə xatırlamayacağıq. Komanda üçün gördüyü işdən, faydasından saatlarla danışmaq olar. Ancaq bir anı yada salaq. Riçard son dəqiqələrdə Milan “İnter”inə vurduğu qolla bütün Azərbaycanı ayağa qaldıra bilmişdi. Hansı ki, həmin qol “Qarabağ”ı Avroliqanın 1/16 final mərhələsinə daşıyırdı. Təəssüf ki, Miroslav Zelinkanın ədalətsizliyinin qurbanı olduq. Həm Riçard, həm də biz. Onun tarixi qolu sayılmadısa, azərbaycanlı futbolsevərlərin biranlıq sevinci kədərə döndü. Ancaq bir məqam dəqiqdi: Zelinkanı nə qədər nifrətlə yada salırıqsa, Riçardı bir o qədər sevgiylə xatırlayacağıq.
Yolun açıq olsun, Riçi. Sən hər şeyin ən yaxşısını haqq edirsən. Çıxdığın oyunlarda “Qarabağ”ın uğurları üçün əlindən gələni etdiyin, heç vaxt mübarizədən qaçmadığın və milyonlarla azərbaycanlını sevindirdiyin üçün. Hara getsən də, uğurun səni tərk etməyəcəyinə inanırıq. Çünki sən buna layiqsən.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar