25 may 01:06olke

Sumqayıtın təsəllisi Region Liqası oldu

Sumqayıtın təsəllisi Region Liqası oldu
Srağagün “Bayıl Arena”da AFFA-nın ilk dəfə təşkil etdiyi Region Liqasında final və 3-cü yer uğrunda oyunlar keçirildi.
“Araz Naxçıvan” yenə penatilərdə üzüldü
Öncə azarkeşlər “bürünc”ün sahibini müəyyənləşdirən “Füzuli” - “Araz Naxçıvan” qarşılaşmasını izlədi. Yeri gəlmişkən, onu da qeyd edək ki, matçı izləyənlər arasında vaxtilə birinci dəstədə Naxçıvan təmsilçisinə çempionluq sevinci yaşadaraq elitaya yüksəltməyi bacaran Əsgər Abdullayev də var idi. Saat 14.00-da start görtürən qarşılaşmanın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac duyuldu. Artırlmış 30 dəqiqədə də komandaların heç biri toru silkələməyi bacarmayaınca qalibi müəyyənləşdirmək üçün penalti zərbələri vuruldu. Yarımfinalda olduğu kimi, naxçıvanlılar bu dəfə də hədəfi dəqiq nişan ala bilmədilər. “Loterya”da 5:4 hesabı ilə qalib gələn “Füzuli” bürünc medallara sahib çıxdı.
Mühafizəçilərin özbaşınalığı, AFFA-nın xahişi
Yarımfinaldan fərqli, final görüşü daha münasib vaxta təyin olunmuşdu. Saat 18.00-da start götürən matçı izləmək üçün istər Sumqayıtdan, istərsə də Mingəçevirdən xeyli azarkeş gəlmişdi. Açığı, “Bayıl Arena”ya yollananda tribunalarda bu qədər tamaşaçının olacağınız gözləmirdik. Onu da qeyd edək ki, təşkilatçılar matçın “CBC Sport”la canlı yayınlayacağını nəzərə alıb azarkeşləri gün düşən tərəfdə, daha dədiq desək, “skay-box”larla üzbəüz tirbunalarda oturtmuşdular. Kim ki buna etiraz edib kölkə olan tribunalara yollanmaq istəyirdi, mühafizə xidməti buna imkan vermir, “yuxarı”dan göstərişin belə olduğunu bildirib, zorla azarkeşləri qızmar günəş altında “yanmağa” məcbur edirdilər. Bu da istər-istəməz narazılıq yaradırdı. Həmin an sumqayıtlı azarkeşlərdən biri “mən demişdim axı, ucuz ətin şorbası olmaz” söyləyib, oyuna gəldiyinə görə peşam olduğunu bildirdi. Sumqayıtlı qonağa yaxınlaşıb peşmanlığının səbəbini öyrəndik: “Uğur”da yaxın dostum oynayır. Ona görə komandanın, demək olar ki, bütün oyunlarını canlı izlımişəm. Finalı qaçıra bilməzdim. Özüm “Bayıl Arena”ya gəlmək istəyirdim. Matçdan bir gün öncə dedilər ki, AFFA “Uğur” rəhbərliyindən 3 avtobus azarkeş gətirməsini istəyib. Nəqliyyat xərclərini isə assosiasiya özü qarşılayacağına söz verib. Mənə də təklif olundu ki, həmin avtobusla gəlim. İndi bizi günün altında futbol izləməyə məcbur edirlər”. Həmsöhbətim AFFA-nın mingəçevirlilərə də eyni şərtləri təklif etdiyini bildirdi. Onu da qeyd edək ki, mühafizəçilər media mənsublarına, o cümlədən bəndənizə qarşı da hörmətsizlik etməklə yadda qaldılar. Oyunu izləmək üçün media tribunasına keçmək istəyirdim ki, qapıda dayanan “qara paltarlılar”dan biri “bura olmaz, gedin qarşı tribunada əyləşin” dedi. Ona vəsiqəni təqdim etməyimin də xeyri olmadı. “Sizə kim belə göstəriş verib” sualıma isə qarşı tərəfin cavabı belə oldu: “Adını bilmirəm. Ancaq kostyumlu, uzansaç müəllim”. Onun dediyi göstəricilərə isə Region Liqasının Təşkilat Komitəsinin üzvlərindən biri olan Yusif Vəliyev uyğun gəlirdi. Doğrudan da həmin arada Yusif bəy bir yerdə dayanmır, özünü ora-bura vurub göstərişlər verirdi. Artıq mühafizəçiyə heç nə deməyib, iradımı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya söyləyib qarşı tribunya yollandım. Ancaq çox keçmədən Yusif bəy mənimlə telefonla əlaqə saxlayıb harda olduğumu soruşdu. Oyunu izlədiyim yerə gələn Vəliyev əvvəlcə yaşananlara görə üzrxahlıq edib, mühafizəçiyə media nümayəndələri ilə bağlı heç bir göstəriş vermədiyini bildirdi. Və məni jurnalistlər üçün nəzərdə tutulmuş sektora dəvət etdi.
Kuboku Şeydayev gətirdi
Region Liqasında mövsümün əsas qarşılaşmasını izləmək üçün stadiona xeyli sayda tanınmış qonaq təşrif buyurmuşdu. AFFA-nın baş katibi Elxan Məmmədov, qurumun birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvləri Kabek Tuayev, Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvləri Şakir Qəribov, Ağasəlim Mircavadov və başqalarını qeyd etmək olar. Qalib komandaya təqdim olunacaq kuboku matçdan öncə əlində bayraq tutan gənclərin əhatəsində meydanın mərkəzinə millinin forvardı Ramil Şeydayev gətirdi. Tədbirin aparıcısı isə Sənan Şəfizadə idi.
Avropa Liqası olmasın, Region Liqası olsun!
Qrup mərhələsini və pley-off qarşılaşmalarını inamla başa vuran “Uğur”un finalda da qalib gələcəyini güman edənlərin sayı çox idi. Qəzənfər Abbasovun komandasının heyətində vaxtilə müxtəlif yaş qrupu üzrə millilərin şərəfini qorumuş futbolçularla yanaşı, birinci dəstədə yetərincə oyun təcrübəsinə malik oyunçular yer almışdı. Proqnozlar artıq ilk hissədə özünü doğrultdu. 9-cü dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət edən sumqayıtlılar 25-ci dəqiqədə artıq hesab arasındakı fərqi iki topa çatdırmağı bacardılar. Fasilədən sonra da üstün oyun sərgiləyən “Uğur” iki top üstünlüyünü sona qədər qorumağı bacardı və Rəhim Həsənovun final fiti onları ilk dəfə təşkil olunan Region Liqasının qalibi etdi. Düzdü, “Energetik” ikiinci yarıda bir qədər özünə gəlməyi bacarmışdı, ancaq futbolçuların fərdi ustalıq səviyyəsi özünü göstərdi. Bu şəhərin premyer-liqadakı eyniadlı təmsilçisi Avroliqaya vəsiqəni əldən versə də, “Uğur” qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyi bacardı. Region Liqasının kubokunu Sumqayıta aparmaqla yerli azarkeşlərə az da olsa, təsəlli verdi.
Hakimin final fitindən sonra mükafatlandırma mərasimi təşkil olundu. Elxan Məmmədov, Rauf Əliyev, İsgəndər Cavadov və Vaqif Sadıqov qalibə kubok, mükafatçılara isə medallar təqdim etdilər. Çempionun üzvü Nahid Mehrəliyev “ən yaxşı futbolçu”, “Füzuli”nin qolkiperi Şöhrət Rəhimov “ən yaxşı qapıçı”, “Şağan”ın forvardı Balazahir Əsədullayev isə “ən sərrast futbolçu” nominasiyası üzrə mükafatına qovuşdu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar