25 may 00:55olke

“Səbail” Samir Əliyevlə yollarını ayırdı

“Səbail” Samir Əliyevlə yollarını ayırdı
“Fikir ayrılığı olanda işi davam etdirmək olmur”
"Səbail" gözlənilmədən ibaş məşqçi dəyişikliyinə qərar verib. Mayın 22-də rəhbərliklə baş məşqçi Samir Əliyev arasında görüş keçirilib. Görüşdə komandanın geridə qalan mövsümdə çıxışı barədə ətraflı müzakirələr aparılıb. Qarşılıqlı razılıq əsasında Əliyevin "Səbail"in baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib. Baş məşqçi kimi fəaliyyətinə görə ona təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıblar. Halbuki 39 yaşlı mütəxəssis debütantla 3 illik müqavilə imzalamış,dı əsas hədəflərini 2018/19 və ondan sonrakı mövsümə planlaşdırırdı. Nəticənin vacib olmadığını desələr də, çempionatda 23 xalla 7-ci yeri tutmağı ona bağışlamayıblar. Onu da qeyd edək ki, Əliyev sona bir tur qalmış "Neftçi"ylə "Dalğa Arena"dakı matçda hakimləri təhqir etdiyinə görə AFFA İntizam Komitəsi tərəfindən ağır - 5 oyunluq cəzalandırlmışdı.
Gənc mütəxəssislə əlaqə saxlayıb, bu ayrılığın səbəbini öyrənməyə çalışdıq. Dilə gətirməsə də, belə aydın oldu ki, Samir Əliyevin növbəti mövsüm üçün iddanın artırılması yönündə şərtləri rəhbərliyi qane etməyib: “Dünən rəhbərliklə oturub 3 saata yaxın söhbət etdik. Bir ildə gördüyümüz ümumi iş, gələcək haqda danışdıq, bir çox məsələlərə toxunduq. Sonda qərara gəldik ki, yollarımızı ayıraq. Bu, rəhbərliklə aramda olan məsələdi. Ona görə də səbəbini mətbuata açıqlamaq istəmirəm. Sadəcə, fikir ayrılığı oldu. Belə olanda isə işi davam etdirmək olmur. Fikir ayrılığı nə nəticələrlə bağlıdı, nə mənim İK tərəfindən cəzalanmağımla, nə də maddiyyatla. Bu, futbol həyatıdı. Razılıqla getdim. Sağ olsun rəhbərlik, mənə yaxşı şərait yaratdı. Bir mövsüm birgə işlədik, yaxşı komanda qurmağa çalışdıq. Ən əsası, geridə qalan mövsüm mənim üçün yaxşı təcrübə oldu. "Qarabağ", "Qəbələ", "Neftçi" kimi iddialı komandalara qarşı yaxşı mübarizə apardıq, bizimlə matçlarda çətin anlar yaşadılar. Özüm üçün təhlil edəcəm ki, nəyi düz elədim, nəyi səhv, gələcəkdə nəyi düzəldə bilərəm, hansı səhvləri təkrarlamamalıyam. İstərdim ki, baş məşqçi işimi davam edim. Mənim də gələcəklə, görməli olduğum işlərlə bağlı planlarım var idi. Ancaq bu həyatdı, hərdən hər şey istədiyin kimi olmur. Çünki məşqçidən də yuxarıda rəhbərlik var. Əslində mənim üçün müqavilə formal bir şeydi. İki və ya 3 illikdi, önəmli deyil. O Avropada olur ki, özlərini sığortalayırlar, çünki işsiz qalmaq təhlükəsi olur. FİFA-ya müraciət edirlər, kompensasiya istəyirlər. Mən heç vaxt təzminat söhbəti etmərəm. Çünki yaxşı münasibət var. Açığı, mənə iş də təklif etdilər, klubda qalmağımı istədilər. Dedim ki, oturub fikirləşərəm. Bəlkə qaldım, başqa bir vəzifədə çalışdım. Yəqin ki, hansısa bir vəzifə verərlər. Bir az səbirli olun, istirahətə gedim-gəlim, baxarıq”.
Samir Əliyev mövsümün yorğunluğunu ölkə xaricində çıxaracaq. Daha doğrusu, o, dünən axşam Ukraynaya yola düşəcəkdi: “Bu bir ildə stress, həyəcan keçirdim, əsəblərim yerində deyil. Buna görə də mənə həm istirahət lazımdı, həm də müalicə. Doğrudan da buna ehtiyac var. Bu gündən Ukraynaya - Truskavetsə müalicəyə yollanıram. Allah qoysa, iyunun 10-da qayıdacam. Orda da düşünməyə yetərincə vaxtım olacaq. Yenə də sağ olsunlar ki, mənə belə bir iş təklif ediblər. Çox güman, müsbət cavab verəcəm”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar